Simali Amerika - Wikipedia
Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad.
Şimali Amerika | |
---|---|
50° şm. e. 110° q. u.HGYO | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimali Amerika materikinin sahəsi 24.247 (adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü böyük materikdir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Mak-Kinli dağı Alyaska yarımadasının şimalında yerləşir. Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m). Ölüm dərəsi Kaliforniyada yerləşir. Ən ucqar nöqtəsi şimalda Merçison, cənubda Maryato, şərqdə Sent-Çarlz, qərbdə Uels şahzadəsi burnudur.
Materikin ilk kəşfi
redaktə"Amerikanın kəşfi" deyəndə ilk növbədə Şimali Amerikanın kəşfi nəzərdə tutulur. Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30–40 min il bundan əvvəl asiyalılar gəlmişlər. O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar. Sonradan isə onlar cənub istiqamətində yayılmışlar. Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinqlər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar, lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tərəfindən fəthi kimi qiymətləndirmək olmaz. Amerikanın əsl fəthi yalnız Ameriqo Vespuççi Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur.
XVIII əsrin ortalarında Şimali Amerikanın ərazisi üç Avropa dövləti olan Böyük Britaniya, Fransa və İspaniya arasında bölüşdürülmüşdü. Ən böyük əraziyə İspaniya malik idi, lakin britaniyalılar daha çox əhaliyə malik koloniyalara sahib idi. Corciyadan tutmuş Nova Skotiyayadək Britaniya koloniyalarında o vaxt təxminən 2 milyona yaxın ağ dərili adam yaşayırdı. Əhali başlıca olaraq ingilislərdən ibarət idi, onlardan başqa şotlandlar, irlandlar, hollandlar, almanlar, fransızlar və isveçlilər də Şimali Amerikadakı Britaniya koloniyalarında yaşayırdılar. 40 min əhalisi olan Filadelfiya o vaxt Britaniya İmperiyasının ikinci ən böyük şəhəri idi. Koloniyalar əhalisinə görə ana vətəndəki iri məhəllələrə bənzəyən qruplardan ibarət idi. 1754-cü ildə Britaniya hökuməti Nyu Yorkdakı Albani şəhərində fransızlara qarşı gözlənilən müharibədə koloniyaların birliyini təmin etmək ümidi ilə konqres çağırdı.
Materikin yerli əhalisi
redaktə- XV əsrdə Şimali Amerika əhalisinin sayı təqribi hesablamalara görə 12–16 mln. nəfər imiş. Bunlar yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek, ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və tanınanları imiş.
- Şimali Amerikada Kanada, Amerika Birləşmiş Ştatları, Meksika və Mərkəzi Amerika bölgəsi dövlətləri yerləşir.
Materikin relyefi
redaktəQədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şimali Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. Bu düzənliklərin üzəri qədim dövrlərdə buzlaşmaya məruz qalmışdı. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşmışdir. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşir. Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşir. Bu dağlar qədim olduğundan hündür deyildir. Appalaçın ən uca zirvəsi Mitçell dağıdır (2237 m). Materikin qərb sahilləri boyu Kordilyer dağları uzanır . Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şimali Amerika tavalarının toqquşduğu ərazidə yerləşir. Bu dağlar 3 hissədən ibarətdir: 1. Şərqi və ya Qayalı dağlar, 2. Qərb və ya Sakit okean qurşağı, 3. Daxili qurşaq (Böyük hövzə yaylası).
Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır. Şimali Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6194 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır. Şimali Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-86 m).
Vulkanları
redaktəOrisaba, Taxumulko , Reynir , Şasta , Kolima , Popokatepetl , Momotombo , Veniaminov.
Filiz yataqları
redaktəFiliz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şimali Amerika platformasının çökmə süxurlarında yayılmışdır. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir.
İqlimi
redaktəMaterikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur. Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir:
- Arktik qurşaq- qütb dairəsindən şimalda yerləşən və Şimal Buzlu okeanının təsiri altında olan əraziləri əhatə edir. Arktik hava kütlələri hakimdir. İlboyu soyuq və az yağıntılıdır. Şimal sahillərində illik donuşliq müşahidə olunur.
- Subarktik qurşaq da yayda mülayim, qışda arktik hava kütlələri hakim olduğundan yay sərin, rütubətli; qış soyuq və quru olur.
- Mülayim qurşaq Şm. Amerikada ən geniş ərazidə yayılıb. 40–600 şm enlikləri arasını əhatə edir. Mülayim hava kütlələri hakimdir. Relyefdəki fərqlər və okeandan uzaqlığı nəticəsində bu qurşaq daxildə 3 iqlim tipi- qərbdə-dəniz, daxili hissədə-kontinental, şərqdə isə mülayim-kontinental iqlim tipii yaranır.
- Subtropik qurşaqda-okean cərəyanlarının, relyefin, hakim küləklərin təsiri altında 3 iqlim tipi yaranır. Qərbdə-Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, şərqdə-musson iqlim tipi yaranır.
- Tropik qurşaq hakim olan ərazilərdə əsasən səhralar və yarım-səhralar geniş yayılıb. Temperatur yüksəkdir və yağıntı çox azdır. Tropik qurşaq iki yerə bölünür:
- Kaliforniya yarımadasında (soyuq Kaliforniya cərəyanının təsiri nəticəsində) və Meksika dağlıq yaylasında tropik səhra iqlimi yaranır.
- Materikin şərqində rütubətli tropik iqlim qurşağı yaranır. Bu iqlim tipinin yaranmasına səbəb isti okean cərəyanları və bu əraziyə okeandan rütubətli passat küləklərinin əsməsidir.
- Subekvatorial qurşaq materikin ucqar cənubunu əhatə edir. İl boyu yay isti və rütubətli, qış quraq olur.
Daxili suları
redaktəÇayları
redaktəÇayları 3 hövzəyə aiddir
- Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır. Hövzəsində yumşaq gilli süxurlar geniş yayıldığına görə , çayın suyu sarı rəngə çalır. Missipi sözünün mənası da hind dilində " lilli çay " deməkdir. Bu çaydan suvarmada geniş istifadə olunur, qolları üzərində çoxlu bəndlər və su-elektrik stansiyaları tikilmişdir. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır. Appalaç dağlarının şərq yamaclarından axan çaylar qısa və bolsuludur. Bu çaylar böyük hidro enerji ehtiyatına malikdir. Böyükk göllər hövzəsində Müqəddəs Lavrenti və Niaqara çayları vardır. Məşhur Niaqara şəlaləsi də eyni adlı çayın üzərindədir.
- Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur (hind dilində " böyük çay "). Bu çaylar üzərində iri kanyonlar(Kolorado çayının əmələ gətirdiyi Böyük Kanyonun uzunluğu 320 km , dərinliyi isə 1800 metrdir) və SES-lər var.
- Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. İlin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir.
Gölləri
redaktəKaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; , Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantikokeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir. Materikin daxilində göllər dayaz və duzludur. Məsələn: Böyük Duzlu (və ya şor), Yuta və s.
Şimali Amerikada təbii zonalar
redaktəMaterikin şimalında enlik, cənub və mərkəz hissəsində isə meridianal istiqamətdə dəyişir. Zonallığın bu çür pozulmasına səbəb relyef və Qolfstrim cərəyanının təsiridir. Materikin düzənlik hissəsində iqlim xüsusiyyətlərindən asılı olaraq aşağıdakı təbii zonalar yaranır:
- Arktik səhralar zonası-Qrelandiya və Kanada-Arktika arxipelaqının şimal hissəsini tutur. Yay qısa, sərin, qış uzun və sərtdir. Bitkiləri mamır, şibyə, tipik heyvanı ağ ayıdır. İl ərzində relyef buz ilə örtülmüşdür. Şimal sahillərində qütb parıltıları müşahidə olunur.
- Tundra — Subarktik iqlim qurşağında yerləşir. Bataqlıq tundra-qleyli torpaqlarında cırtdan tozağacı və söyüd ağacları bitir. Heyvanları müşk öküzü, karibu (şimal) maralı, ağ kəklik, şimal tülküsü və canavardır.
- Meşə tundra zonası — Tundra zonasında tayqaya keçid zonasıdır. İynəyarpaqlı kol və ağaclar bitir.
- Meşə zonası – materikin 1/3 hissəsini əhatə edir. Meşələr:
- Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri ağ və qara şam, bizon otu, heyvanları skuns, ondatra, qunduz, yenot, bizon və s.
- Qarışıq meşələr -Böyük Göllər və Şimali Appalaç dağlarını əhatə edir. Torpaqları cimli-podzal və boz meşə tipidir.
- Enliyarpaq meşə zonası — Mərkəzi düzənliyin şərqini və Appalaç dağlarının cənubunu əhatə edir. Torpaqları qonurdur.
- Musson və ya dəyişkən rütubətli meşələr- Materikin qərb sahillərində musson meşələri yayılmışdır.
- Meşə-çöl zonası boz meşə və qara torpaqlar üzərində formalaşmışdır.
- Çöl zonası –mülayim və subtropik iqlim qurşağının şabalıdı və qara torpaqları üzərində formalaşıb. Şm. Amerikanını çöl zonası preri adlanır və əkinçilikdə geniş istifadə olunur.
- Yarımsəhra və səhralar –Kordilyer dağlarının daxilini, Kaliforniya yarmadası və Meksika yaylasını əhatə edir. Bu zonanın boz, qonur və acıq şabalıdı torpaqları üzərində kaktus, yovşan və tikanlı şoran bitkilər bitir.
- Codyarpaqlı meşə və kolluqlar(Aralıq dənizi tipli)- Şimali Amerikada az yayılmışdır. Kaliforniya yarımadasının şimalında yerləşir.
Şimali Amerikada dövlətlər
redaktəÖlkə | Bayraq | Paytaxt | Pul vahidi | Sahəsi | Əhali |
---|---|---|---|---|---|
Amerika Birləşmiş Ştatları | Vaşinqton | ABŞ dolları | 9.826.675 | 310.232.863 | |
Meksika | Meksika | Meksika pesosu | 1.964.375 | 112.468.855 | |
Kanada | Ottawa | Kanada doları | 9.984.670 | 33.759.742 | |
Guatemala | Guatemala | Guatemala quetzalı | 108.889 | 13.550.440 | |
Küba | Havana | Küba pesosu ve çevrilebilir Küba pesosu | 110.860 | 11.477.459 | |
Dominik Respublikası | Santo Domingo | ||||
Haiti | Port-au-Prince | ||||
Honduras | Tegucigalpa | ||||
El Salvador | San Salvador | ||||
Nikaragua | Managua | Kordoba | |||
Kosta Rika | |||||
Panama |
Əhalisi
redaktəƏhalisi 400 mln nəfərdir. Əhali buraya 25–40 min il əvvəl şimal-şərqi Asiyadan Berinq boğazı vasitəsilə gəlmişdir. Onlar monqoloid irqinə mənsub idi. Şimali Amerikanın yerli əhalisi olan hindu, eskimos və aleutların əcdadı da onlardır. Aleutlar Alyaska yarımadası və Aleut adalarında, eskimoslar materikin şimalında və Qrelandiyada yaşayır. Amerikanın əsas sakinləri isə qırmızədərili hindulardır. Onların belə adlandırılmasının səbəbi Avropalıların buranı kəşf edəndə buraların Hindistan olduğunu zənn etmələridir. Onlar təkcə bu xalqın yox bəzi məmulatların da adlarında iz qoydular. Məsələn Hind toyuğu və Hind qozu kimi tanıdığımız məmulatlar əslində heç də "hind" deyil. Bunlardan heç birini Hindistanda görmək mümkün deyil. Bunlar əslində Amerikadan Avropaya gətirilən məmulatlar sırasındadırlar. Avropalılar onları belə adlandırmış, digər dillərə də bu söz belə həkk olunmuşdur. Amerika kəşf olunduqdan sonra bura Avropadan ingilis, ispan, fransız və s. Afrikadan zəncilər köçmüşdür. Halhazırda Amerikalıların 32 mln. əhalisinin ingilis, 58 mln. german, 39 mln. əhalinin isə irland əcdadı var. Bəzi Amerika dövlətlərində- Kuba, Meksika və Puerto- Ricoda rəsmi dil ispan dilidir. Bu da onların ispan müstəmləkəsi olduqlarındandır.
Şimali Amerikadakı bütün ölkələrin hamısının dünya okeanına çıxışı var. ABŞ və Kanada materikin İEÖ (İnkişaf etmiş ölkə)-ləridir.
İnzibati ərazi bölgüsü
redaktəŞimali Amerikada əsasən 3 böyük dövlət: ABŞ, Kanada və Meksika yerləşir. ABŞ və Kanada İEÖ-dir və Böyük yeddiliyə aiddir. Bu 2 dövlət dünyanın ən böyük iqtisadi potensialına malik nəhəng dövlətləridir. Materikin 1/10-indən kiçik bir ərazidə isə 10-a qədər kiçik dövlət yerləşir. Bundan başqa Şimali Amerikada Kuba, Haiti, Dominikan Respublikası kimi ada dövlətləri də vardır. Ərazicə ən kiçik ölkə Sent-Kits və Nevisdir.