Sebenik Yablonisa Milli Parki - Wikipedia
Şebenik-Yablonisa Milli Parkı (alb. Parku Kombëtar Shebenik-Jabllanicë) — Albaniyanın Elbasan vilayətinin şərqində yerləşən milli park. Parkın sahəsi 339 km²-dir və Makedoniya Respublikasının sərhəddində yerləşir.[1]. Ərazinin hündürlüyü 300 metrdən 2200 metrə qədər dəyişir. Ən hündür zirvəsi isə Şebenik və Yablonisadır. Məhs bu zirvələrin adları parka verilmiş. Milli Park Albaniyanın ən cavan parkdır. Park 21 may 2008-ci ildə qurulub. Park ərazisində müxtəlif növ heyvanlar məskunlaşıb ki, əksəriyyəti Albaniya üçün nadır növ hesab olunur:qonur ayı, qurd və balkan vaşağı[2].
Şebenik-Yablonisa Milli Parkı | |
---|---|
alb. Parku Kombëtar Shebenik-Jabllanicë | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 33900 hektar |
Yaradılma tarixi | 2008 |
Yerləşməsi | |
41°17′07″ şm. e. 20°29′43″ ş. u.HGYO | |
Ölkə | Albaniya |
Region | Elbasan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəMilli park ərazisində iki böyük çay və onlarca kiçik çay var. Ən böyük çaylar: Kirişta və Buştrisadır. Uzunluqları təxminən 22 km-dir. Ərazidə 14 buzlaq mənşəli göl var. Ən hündürdə olan dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir.[3].
Bölgədə Aralıq dənizi iqlimi hakimdir və orta illik temperatur 7 °C -dən 10° С arasında dəyişir. Park ərazisində illik yağıntı 1300 – 1800 mm-dir.[3]
Flora və faunası
redaktəPark ərazisində çoxlu nadir və endemik bitki, heyvan və köbələk növləri mövcuddur. Purpur söyüd, itiyarpaq ağcaqayın, sallaq tozağacı və avropa ağ şamı parkın şimal yamaclarında geniş yayılıb. Palıd, fıstıq, şam ərazidə geniş yayılıb.
Milli park vaşaq növünün yoxa çıxmaq üzrə olan alt növü Balkan vağağının yaşama ərazisidir. 21 aprel 2011-ci ildə PPNEA arşdırıcı birliyi ilk dəfə olaraq balkan vaşağının fotosunu çəkmiş.[4] Parkda həmçinin ayı, canavar, qarapaça, çöldonuzu, dələ geniş yayılıb. Quşlardan berqutu, qırqovulu və adi bonazi tetrasını misal göstərmək olar
İstinadlar
redaktə- ↑ "RRJETI I ZONAVE TE MBROJTURA NE SHQIPERI". Albanian Ministry of Environment, Forests and Water Administration. 2012-03-08 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "Proclamation of the natural ecosystem of Shebenik – Jabllanica as a "National Park"". Cat Specialist Group. 2017-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ 1 2 Protection and Preservation of Natural Environment of Albania (2009).
- ↑ "Arxivlənmiş surət". 2017-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.