Saori Qalasi - Wikipedia
Şaori qalası (gürc. შაორის ციხე) — Gürcüstanın cənub bölgəsində, Samtsxe-Cavaxeti diyarının Axalkalaki bələdiyyəsində tunc dövrünə aid meqalit tikili.
Şaori qalası
შაორის ციხე | |
Ölkə | Gürcüstan |
Yerləşməsi | Axalkalaki bələdiyyəsi, Samtsxe-Cavaxeti diyarı |
Binanın tipi | siklop tikili |
Tikilmə tarixi | e.ə.II minilliyin birinci yarısı |
Quru hörgü texnikası ilə tikilmiş siklop tikili qeyri-adi tərtibata malikdir. Almaz formalı dairəvi boşluqlara malik qala eyniadlı qayalı dağda, dəniz səviyyəsindən 2752 metr yüksəklikdə, Kiçik Qafqaz dağlarında, Paravani gölünün şimal-qərbində yerləşir.[1][2] Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni abidələri siyahısına daxil edilib.[3]
Memarlığı
redaktəƏvvəllər Koroğlu qalası kimi tanınan Şaori qalası strateji cəhətdən Paravani gölünün ərazisində yerləşən digər böyük siklopik ərazi olan Abuli qalası ilə topoqrafik və memarlıq cəhətdən bir çox oxşarlıqlara malikdir.[1]
Şaori qalası heç bir tikinti materialı qarışımından istifadə edilmədən böyük bazalt bloklarından tikilmişdir. O, hər biri sıldırım zirvənin üstündə yerləşən iki hissədən ibarətdir. Mərkəzi hissəsi planda nizamsız düzbucaqlıdır və ən hündür ərazidə tikilmişdir. Qalanın eni 1 metr, hündürlüyü 1,3 metr olan şərq darvazasından içəri girmək mümkündür.[4] Şaori qalasının yerləşdiyi yer və məkan onun şəhər həyatının mərkəzi kimi istifadə olunması ehtimalını azaldır.[2][4] Qalanın dini məqsədlər üçün istifadə edilməsi göstərilən ehtimallardan biridir.
Tarixi və arxeologiyası
redaktəŞaori qalası coğrafi yazılı mənbələrdə ilk dəfə XVIII əsrin əvvəllərində yaşamış gürcü alimi Vaxuşti Baqrationi tərəfindən qeyd edilmişdir.[1] Levon Melikset 1938-ci ildə Gürcüstanın, o cümlədən Şaorinin monolit abidələrini sistemli şəkildə öyrənən ilk şəxs olub.[4]
Şaoridə ətraflı arxeoloji qazıntı aparılmamışdır, bu da ərazinin dəqiq tarixini və ya hər hansı bir mədəniyyətə aid edilməsini çətinləşdirir.[4][5] Tikinti texnikası və materialında Trialeti kurqanları ilə oxşarlıqlar qeyd edilmişdir ki, bu da qalanın tikintisinin mümkün dövr kimi e.ə.II minilliyin birinci yarısına aid olduğunu göstərir.[4]
Siklopik qalaların yayılması, Cənubi Qafqazda tunc dövrünün ortalarından sonlarına qədər sosial diferensiallaşmanı və yeni güc elitalarının meydana gəlməsini əks etdirən sosial dəyişikliklərin arxeoloji sübutudur. Bu istehkamlar adətən dağların sıldırım yamaclarında tikilirdi. Yaşayış yerlərinin genişlənməsi və mədəni materiallar onu deməyə əsas verir ki, bu dağ qalalarını saxlayanlar əkin sahələrinə və sərvətlərə nəzarət edirdilər. Bundan başqa, onlar öz daxili əraziləri üçün iqtisadi və müdafiə funksiyalarını da yerinə yetirə bilirdilər.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 Berdzenishvili. ჯავახეთის ძველი სიმაგრეები // ჯავახეთი. ისტორია და თანამედროვეობა. Akhaltsikhe. 2002. 181–203.
- ↑ 1 2 3 Sagona, Antonio. The Archaeology of the Caucasus: From Earliest Settlements to the Iron Age. Cambridge University Press. 2017. 378–379, 385–386. ISBN 9781139061254.
- ↑ "List of Immovable Cultural Monuments" (PDF) (gürcü). National Agency for Cultural Heritage Preservation of Georgia. 2019-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-14.
- ↑ 1 2 3 4 5 Narimanishvili, Goderdzi; Khimshiashvili, Kakha. The Bronze Age Settlements from Trialeti // Vakhtang Beridze 1st International Symposium of Georgian Culture — Georgian art in the context of European and Asian cultures; June 21-29, 2008, Georgia (PDF). Tbilisi. Skinner, Peter; Tumanishvili, Dimiti; Shanshiashvili, Anna. 2009. 30–31. ISBN 978-9941-0-2005-6.
- ↑ Shanshashvili, Nino; Narimanishvili, Goderdzi. Environment and Dwelling in the Early and Middle Bronze Ages South Caucasus // International Conference: Problems of Early Metal age Archaeology of Caucasus and Anatolia. November 19-23, 2014 November 19-23, 2014, Georgia (PDF). Tbilisi. Narimanishvili, Goderdzi. 2014. 247. ISBN 978-9941-0-7134-8.