Sam Isigi Ayiqligi - Wikipedia
Şam işığı ayıqlığı — insanların xüsusi səbəb üçün dəstək göstərmək məqsədi ilə günbatımından sonra şamlarla çöldə yığışmasıdır.[1]
Belə hadisələr daha çox cəmiyyətdəki müxtəlif qrupların çəkdiyi əzablara etiraz etmək üçün və ya xəstəlik, fəlakət, qırğın və ya başqa tragediyalarda həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilir. Həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilən mərasimlər şam işığı memorialı da adlandırılır. Şam işığı ayıqlığının adətən dəvətli spikerləri olur və mərasim yerli medya tərəfindən işıqlandırılır. Spiker mərasimin başlığında mərasimin niyə keçirildiyini və nəyi təmsil etdiyini izah edən nitq söyləyir. [2] Bu mərasimlərin dini mənası da ola bilər. Milad bayramında bir çıx kilsələr Şam işığı ayıqlığı keçirirlər
Bu mərasimlər iştirak edənləri birləşdirmək və dəstəkləməklə bərabər zor göstərmədən məlumatlandırmağı və dəyişikliyə motivasiya etməyi də mümkün edir.
İstinad
redaktə- ↑ "love to know: Organise a candlelight vigil". 5 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2012.
- ↑ "Do Something: how to organise a vigil". 4 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2012.