Salcininkay - Wikipedia
Şаlçininkаy (lit. Šalčininkai, pol. Soleczniki, rus. Солечники, belar. Салечнікі) — Litvanın şimalında şəhər. Şаlçininkаy rayonunun mərkəzi.
Şalçininkay | |
---|---|
Šalčininkai | |
54°18′40″ şm. e. 25°22′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1311 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 181 m, 173 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +370 380 |
Poçt indeksi | LT-17001 |
Digər | |
salcininkai.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞalçininkayın adı Şalçya (Soyuq) çayının adından götürülüb, sahilboyu bulaqların çoxluğuna görə çayın suyu daha aşağı hərarəti ilə seçilir.
Şalçininkay rayonu Belorus ilə sərhəddə, Vilnüs ərazisinin cənub-şərqində yerləşir. Rayonun sahəsi 1492 kv.km-dir. Bu günkü gündə Şalçininkay rayonunda 40 min nəfər yaşayır, lakin əhalinin sıxlığı – 26,5 kv.km-dir (Litva üzrə orta göstəricidən iki dəfə aşağıdır). Əhalisi əsasən polyaklardan ibarətdir.
Şalçininkayın şərq hissəsindən girintili-çıxıntılı olan Şalçya – bənd çəkilmiş çay axır. Uzanan adalı göllər şəhər mənzərəsinə rəng qatırlar. Şəhəri əhatə edən meşələr də ona gözəllik gətirir : cənubi-qərbdə Tribonyu-Qrikenu, şimali-qərbdə Şalçininku-Stasilu. Rudninkay cəngəlliyi ilə Şalçininkayin şimal-şərqində yerləşən bataqlıqlı Ajubal meşəsi qovuşur. Onun bulaqları ilə Şalçya çayı da qidalanır. Şalçininkayın cənub-şərqində Raudonbale meşəsi yerləşir.
Şalçya çayının ətraflarında ilk məskunlaşmanın nə vaxt olmasını demək çətindir. Belə bir fərziyyə var ki, qədimdə burada yaşayan insanlar hunların da, Kiyev Rusyanın knyazlarının da, monqol-tatarların da hücumunu görüblər. Lakin məskənlər tez bərpa olunub və tezliklə inzibati mərkəzə çevrilib. Saxlanılmış yazılı mənbələrdə Şalçininkayın adı ilk dəfə 1311-ci ildə çəkilib : Pruss torpağının Salnaməsində əhl-səliblərin yürüşü, üç yanmış qala təsvir olunur (çox güman ki, onlardan biri Litva Böyük knyazının mülkiyyətində idi). Yürüşlərin çoxsaylı təsvirlərində Şalçininkayın adı "Salseniken" , ya da "Salezniken" kimi çəkilir.
XIII əsrdə və ya ondan da əvvəl Şalçininkay əhəmiyyətli yaşayış məntəqəsinə çevrildi, çünki onun daxilindən Litva Böyük Knyazlığının (LBK) cənub və cənub-şərqi torpaqlarına aparan yol keçirdi. Şalçininkaydan həm tacirlər, həm də hərbçilər keçirdilər. 1385-ci ildə imzalanmış Krev müqaviləsindən sonra Eyşişkes Şalçininkaya rəqib oldu. Lakin inkişafına ən böyük ziyanı XIV əsrin axırlarında və XV əsrin əvvəllərində əhl-səliblərin hücumları gətirdi.
XV əsrin əvvəllərində Şalçininkayı zadəgan Tomka idarə edirdi. Həmin dövrdə burada nəinki katolik kilsəsi, hətta Böyük knyaz Vitautas tərəfindən təsis edilmiş tatar məscidi də var idi. Xodkeviçlərın hökmdarlığı vaxtlarında, yəni XVI əsrin sonu -XVII əsrin əvvəlində katolik kilsənin əvəzinə yevangelik-reformatorların ibadət evi fəaliyyət göstərirdi.
XVI əsrin əvvəlində şəhərcik adını almış Şalçininkay Qlyabaviçyuslara, sonradan isə Xodkeviçlərə məxsus idi. Onların hökmdarlığı dövründə Şalçininkay malikanəsi genişlənmişdi, onun mülkiyyətinə Şalçininkay şəhəri, Dauçyunay, Çyujyakampis, Selay, Qudyalyay, Melnikay və Padvarnikay kəndləri daxil idi. XVII əsrdə Rudninkay cəngəlliyində ovdan sonra litva-polşa hökmdarları Şalçininkaya tez-tez gəlirdilər. Məsələn, məşhur şair Sarbeviyus Vladislovas Vazanın Şalçininkaya gəlişini təsvir etmişdi. Lakin XVII əsrin ortalarında Russiya və İsveçrə ilə müharibəyə görə şəhərin inkişafı dayandırılmışdı. XVIII əsrin əvvəlində Şimal müharibəsi vaxtında Şalçininkay bir daha yer üzündən silinmiş, XIX əsrin əvvəlində isə Napoleon ordusu tərəfindən viran edilmişdir. Nəhayət, XIX əsrdə vilayətin mərkəzi Şalçininkelyaya keçirilmişdir
Şalçininkayın bərpası 1835-ci illə bağlıdır ki, o zaman Anna və Karolis Vaqnerislər 37,5 min rubla Şalçininkay malikanəsini almışdılar. Onlar təsərrüfatı yeni üsullarla aparırdı, sənayeni və sahibkarlığı inkişaf etdirirdilər. Lakin çarın əleyhinə fəaliyyətdə iştirak etidiyinə görə K.Vaqneris çarın gözündən düşmüşdü. Mülkədarın oğlu Algirdas 1863-cü ildə üsyanın təşkilinə qatılmışdır.
XIX əsrdə Şalçininkayda şüşə emalatxanası, araq zavodu, poçt stansiyası, taxta-şalban zavodu fəaliyyət göstərirdi. Vitoldas Vaqnerisin uğurlu təsərrüfat fəaliyyəti 1880-ci ildə komfortlu, rahat malikanəlik saray tikməyə imkan verdi.
XX əsrin əvvəllərində Litva mətbuatının qadağasına baxmayaraq, Şalçininkayın ətraflarında litva kəndləri hələ də az deyildi : Daynava və Çyujyakampis kəndlərində – hər birində 30 ev, Poşkay və Didjei Selayda – 20, Dauçyunay, Maknyunay, Majeyi Selay və başqalarında – 10 və ondan az. Birinci və İkinci dünya müharibələrində şəhərin viran olması yeni fəlakətlər gətirdi. Məmləkətin meşələrində partizanlar fəaliyyət göstərirdilər. SSSR-i tərkibində Litva respublika kimi olan vaxtlarda 1950-ci ildə Şalçininkay rayon mərkəzi oldu, 1956-cı ildə isə şəhər statusunu aldı. Şalçininkaylılar kolxozlarda ağır işlər görürdülər, bürokratik apparat isə hakimiyyəti "beynəlmiləl yardımı": Belorussiya, Ukrayna və Russiya vətəndaşlarından yaradırdı. Stalin repressiyalarından xilas olmaq üçün sakinlərin bir hissəsi Polşaya qayıtdı. Həmin dövrlər nəinki bütün rayonun sovetləşməsi, hətta litvalıların milli xüsusiyyətlərini məhv etmə prosesləri keçirilirdi : məktəblər bağlanırdı, rayon qazeti yalnız polşa dilində nəşr olunurdu.
1962-ci ildə Şalçininkay rayonuna Eyşişkay rayonu birləşdi, 1972-ci ildə isə rayonun mərkəzi Şalçininkay oldu. Qısa bir müddət ərzində altmışdan çox bina, həm ictimaiyyətin istifadəsində olan binalar, həm də çoxmərtəbəli yaşayış evləri tikilmişdi, həmçinin sənaye də dirçəlmişdi.
Bu günkü günə qədər şəhərdə hələ XIX əsrin binaları qalıb, lakin onların hamısı abidə statusunu daşımır. 1990-cı ildə "kasıb" Vaqner kilsəsinin yerində yeni daş kilsəsi tikilmişdir. Şalçininkay qəbirstanlığında yalnız şəhəri idarə edən mülkədarlar yox, hətta bu yerlərin çox sayda tanınmış insanları dəfn olunmuşdu.
Skubetay kəndin yaxınlığında da kurqanlar görmək olar. Bu kəndin cənubunda, Şalçininkelyay yolunda memarlıq abidəsi olan Anqlinişkyay xutoru yerləşir.
Şalçininkelyay – ən iri və Şalçininkay ilə sıx əlaqədə olan qəsəbədir. Şalçininkelyayın yaxınlığında kəndin elə təkcə adı tarix sevənlərin diqqətinə layiqdir : kilsədən 2,5 km şimala – Kunkulkos xutorun qalıqları yerləşir. Dalevskis ailəsi burada çarizm ilə igidcəsinə mübarizə etmiş 10 oğul böyüdüblər.
Şalçininkelyaydan Şalçininkaya gedən yolun ortasında Bruknine vilayəti yerləşir. Malikanənin taxta sarayı 1971-ci ildə yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilmişdir, renovasiya layihəsi yaradılmışdır, lakin 1987-ci ildə sovxozun müdiriyyəti özbaşına binanı dağıdıb. Yalnız palıd ağacları qalıb… Bruknindən cənub-şərqdə öz yeməkxanası ilə məşhur olan Ajulomis kəndi yerləşir. Yaxında yerləşən Anulişkesdə malikanə tikililərinin bir hissəsi hələ də qorunub saxlanılır.
Akmyaninenin ətraflarında təhkimçilik hüququ ləğv olunandan sonra çoxsaylı kiçik mülklər yarandı, hansılar ki, iri təsərrüfat malikanələrindən seçilmirdilər. Vaxt keçdikcə onlar tənəzzülə uğrayanda tikililəri kəndlilər alır, ətraflarında kəndlər yaradırdılar. Kumyalionyay şəhərinin yanında Neqibenay malikanəsinin tikililəri hələ də saxlanılıb. Bu yerlərin mədəniyyət irsi və mədəni landşaftın mühafizəsinə dair Litva ərazisinin ümumi planında Şalçininkay rayonu dörd zonaya bölünüb: Rudninku-Yaşyunu, Eyşişkyu, Devyanişkyu, Şarkuçyu.
Litvanın ümumi planına əsasən Şalçininkay rayonunun şimal hissəsi (Turqyalyay ətrafları) tarixi dövlət irsinin əsas mərkəzi arealının (Kyarnave-Traku-Myadininkat) periferik zonasına daxildir. Eyni zamanda rayonun böyük hissəsi ölkə və dünya miqyasında həm landşaftın xüsusi qoruq zonası, həm də mülkədarların malikanə irsinin qoruq zonası kimi dəyərləndirilir. Bütün cənub-şərqi Litva və şərqi Polşada olduğu kimi Şalçininkay rayonunda küçə tipli kəndlər və zolaqlı torpaq sahələri üstünlük təşkil edən ənənəvi aqrar landşaftı mövcuddur ki, "Voloçnoy" reforması əsasında formalaşmış (XVI əsr) və lanşaftın beynəlxalq avropa təsnifatına əsasən kontinent miqyasında zolaqlı landşaftın unikal regional tipi kimi seçilib.
Şalçininkay rayonunun 280-dən çox mədəni sərvətlər obyektlərinin içində ən əhəmiyyətliləri bunlardır: keçmiş Yaşyun malikanısinin tikililər ansamblı (XIX əsrin əvvəllərinə aid) və həmin dövrün parkı, XVIII əsrə aid Tabarişkay kilsələr ansamblı və keçmiş malikanənin anbarı, Devyanişkesin və Eyşişkes şəhərinin Qədim şəhərləri, Norvilişkay monastır kompleksi (XVI–XVII əsrlər), Eyşişkes şəhəri, Eyşişkes kilsəsi (XIX əsrin ortaları), Şalçininkay malikanəsinin Sarayı (XIX əsrin sonları), Poşkonyay kəndinin köhnə kilsəsi (XIX əsr), Qornostaişkay malikanəsi və su dəyirmanı (XIX əsrin əvvəlləri).
Havanın təmizliyinə görə Şalçininkay Litvanın beş ən təmiz rayonlarına daxildir. Rayonun təbiətinin qorunduğu ən öndə areallar: Rudninkay cəngəlliyi və Devyanişkas anklavıdır. Şalçininkay rayonunda beş müxtəlif istirahət və turist axınının konsentrasiyası sahələrini qeyd etmək olar: Pamyark arealının istirahət resurslarını bir funksional hissədə Myarkis çayı birləşdirir. Bu turizm arealı (sahəsi 40 kv.km-ə yaxındır) Vilnyusa yaxın yerləşir, bu səbəbdən də onun istirahət resursları ilk növbədə bura qısamüddətli gələn paytaxt əhalisi və qonaqların xidmətində durması üçün nəzərdə tutulub. Məhz bu arealda istirahət resurları geniş müxtəlifliyi ilə seçilirlər, bu da həm tələbkar litvalıların, həm də turizmin xarici həvəskarlarının marağını cəlb etməyə imkan verir.
Devyanişkis anklavının istirahət resurslarını bir funksional hissədə 1992-ci ildə əsası qoyulmuş Devyanişkis regional parkı (indiki sahəsi 8747 ha) birləşdirir. Arealın istirahət resurslarının ən səciyyəvi əlamətləri – maraqlı miras obyektləri (Norvilişkis monastırı, əfsanəvi daşlarla kurqanlar), gözəl mənzərənin üstünlüyü və kənd turizminin etnoqrafik inkişafı üçün çox əlverişli olan, salamat qalmış küçə tipli qədimi kəndlər, hansılar ki, ətraf mühitlə harmonik uyğunlaşırlar. Rudninkay cəngəlliyi – vilnyuslu göbələk və giləmeyvə yığanlar tərəfindən tez mənimsənilmiş areal – Litvanın cənub-şərqinin ən iri meşələrindən biridir (sahəsi 100 kv.km-ə yaxındır). Sovet dövründə Rudninkay cəngəlliyi istirahət edənlər üçün əlçatmaz idi, çünki onun ərazisində poliqon yerləşirdi. Cəngəlliyin cənub hissəsində su turizmi üçün yararlı olan çaylar axır – Şalçya və onun qolu Visinçya. Rudninkay cəngəlliyinin bütün ərazisini ən mühüm müdafiə olunan avropa obyektlərinin NATURA-2000 siyahısına daxil edilməsi təklif olunur : onun üçün canlı təbiətin müxtəlifliyi səciyyəvidir, burada nadir landşaft- yaşlı enliyarpaqlı meşələr, ucalan kontinental qum təpəcikləri (hündürlüyü 30 m-dək) və bataqlıqlar qalmışdır. Rudninkay cəngəlliyində bir sıra ov heyvanları vardır: bunlar tülkülər, canavarlar, sığın, qaban, dovşanlardır. Papis gölü isə quşların çoxluğu və müxtəlifliyi ilə xüsusi olaraq seçilir.
İstirahət resursları ilə seçilən Eyşişkes arealı (sahəsi 60 km²) cənub-şərqi Litvanın ən təsirli eroziyalı təpəcikli landşaftlarından biridir- müdafiə üçün daş divarın fraqmentləri aşkar olunan Şarkuçyay qoruğu Litvanın orta əsrə aid olan azsaylı şəhərlərindən biridir. Eyşişkesdən Vilnyusdan Varşava və Krakova Qardinin içi ilə tarixi "Kral yolu" keçir. Eyşişkes və Butrimonyay şəhərcikləri özünəməxsus şəhər irsi ilə fərqlənirlər. Administrativ rayon mərkəzi- Şalçininkay və onun ətrafları (sahəsi təxminən 30 km²) xüsusi istirahət resursları ilə fərqlənmir. Bu qisamüddətli istirahət üçün xidmət göstərə bilən obyektlərdir (Tribonyay gölü).
Şalçininkayın yaxşı coğrafi vəziyyəti Şəhərin gələcək inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşması üçün şərait yaradıb. Lakin bu gün Şalçininkay rayonu hələ də Litvanın turizm inkişafı az hiss olunan bir qrup şəhərlərinə daxildir. Şalçininkay rayonunda bugünkü turizmin inkişafı vəziyyəti "bir-birilə əlaqəsi olmayan qablar" və strukturun laylara ayrılması misalı kimi xarakterizə oluna bilər: təbiət və mədəniyyət resursları bu şəhərdə əzəldən mövcuddur, lakin turist axınını bura (az olsa belə) təbiət və resurslardan çox qohumluq əlaqələri və yerli əhalinin sosial aktivliyi cəlb edir. Bu rayonda turizmin inkişafı üçün insan resursları formalaşmamış kimi xarakterizə edilir. Bu nöqtəyi nəzərdən və xüsusən də litva etnik və mədəni irsi baxımından rayonun əhalisinin etnik-sosial xüsusiyyətlərində üstün cəhətlər, eyni sayda da nöqsanlar mövcuddur.
Coğrafiyası
redaktəBu şəhər Litvanın cənub-şərqində yerləşir. Şalçininkaydan Vilnyusa qədər cəmi 42 km-dir. Bu şəhəri paytaxtla həm şose, həm də dəmir yolu birləşdirir.
Şalçininkayın meşəli ətraflarında da görməli yerlər çoxdur. 1988-ci ildə Milvidayın yaxınlığında, litva-belorus sərhədində ağacdan heykəltaraşlıq əsəri ucaldılmışdır. Yaxınlığında – Tribonyay kəndi və balıqçılıq təsərrüfatı…. Malikanənin bir çox binaları salamat qalıblar. Gölcüklər və iri meşə yolları Tribonisi başqa bir malikanə ilə birləşdirirlər. Bu – Karalinadır. Təəssüf ki, burada yalnız ağaclar xiyabanı qorunub saxlanılıb. Yaxında, bir kilometr aralıqda, Byarja çayın üstündə də balıqçılıq gölcükləri düzəldilib. Vaxtilə onların yanında Şvtantisların malikanəsi yerləşirdi.
Şalçya çayın yanındakı başqa bir kənd – faciyəli bir taleyi olan Kanyukaydır. 1920 – 1939-cu illərdə bu kənd litva ruhunun sınmaz mənbəyi idi. 1944-cü ilin yanvar ayında sovet partizanları kənd sakinlərin bir hissəsini məhv ediblər, tikililəri yandırıblar. Həlak olanlar Kanyuk qəbiristanlığında, köhnə Byanyakaynyu-Qyarvişkyu yolunda dəfn olunublar. Hazırda kənddə həlak olanların şərəfinə memorial kompleks ucaldılıb, şosenin üstündə isə 1990-cı ildə Litvada ilk xaçlardan biri olan Dirçəliş xaçı qurulub. Kəndin daha bir diqqətəlayiq ünsürü var : 3 m uzunluğu və 1.5 m eni olan daş. Yaxınlığında, Paçyabatay və Kanyukay arasında – arxlarla əhatə olunmuş IX–XII əsrlərə aid torpaq kurqanlar var. Rudninkay cəngəlliyini əhatə edən digər kəndlər qədim peşələrlə bağlıdırlar : bataqlıq külçəsinin çıxarılması və emal edilməsi – Kalvyaylyay, Rudnya. Böyük tarixi yolun yaxınlığında maraqlı qəsəbələr yerləşir. Yol Qyarvişkyudan şimala aparır və Yaşyunay-Pirçyupis şosesinə dirənir. Rudninkay cəngəlliyində bu yol ən qədimi yollarından biridir. Onun yanında malikanələr, xutorlar və kəndlər yaradılırdı. Məsələn, hələ XVI əsrdə yazılı mənbələrdə Dauçyunay kəndinin, keçmiş Baumilişkyay malikanəsinin, Selos və Selyales (Didjyoses və Makyoses Selos), Çyujyakampis, Poşkişkyay kəndlərinin adları çəkilir. Selay dörd yolunun arxasında – toxunulmamış qədim cəngəllik, Visinçya üstündən körpü və Qudyalyay kəndi yerləşir. Şalçininkay malikanəsinin torpaqları keçmişdə həmin kəndə kimi uzanırdı. Daha irəli səyahət edərkən Kidaray və Skyardimay kəndlərinə gəlib çıxırıq. Burada, Rudninkay cəngəlliyində Xram dağı yerləşir. Bir vaxtlar bu dağın üstündə kiçik bir kilsə var idi, orada 1863-cü ildə üsyançılar and içirdi, ibadət edirdilər. Üsyançılar arasında Vilnyus universitetinin tələbələri də az deyildi.
Əhalisi
redaktə1989-cu ildə Şalçininkay şəhərinin əhalisi 6,6 min nəfər təşkil etmişdir. Onlar arasında litvalılar −831, ruslar −732, polyaklar −4357, beloruslar −389, tatarlar −14, yəhudilər −5, almanlar −4 nəfər təşkil edirdi.