Sukufe Musayeva - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şükufə İmran qızı Musayeva — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2018).
Şükufə Musayeva | |
---|---|
Şükufə İmran qızı Musayeva | |
Doğum tarixi | 23 aprel 1966 (58 yaş) |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
|
IMDb | ID15821369 |
Həyatı
redaktəŞükufə Musayeva 1988-ci ildə Şuşa Mədəni-Maarif məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1991–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə qəlpə yarası almışdır.[1] Aldığı yaralardan sonra dünyaya uşaq gətirmək qabiliyyətini itirib.[1]
Ş. Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında Ana ("Addım səsləri", S. Bekket), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M. F. Axundov), 2002-ci ildə keçirilən A. Şərifzadə adına "Üfüq-XX1" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A. Həsənoğlu), 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Qadın ("Musiqili məktublar", F. Mustafa) kimi müxtəlif xarakterli rollar oynayaraq Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən diplom və mükafatlara layiq görülmüşdür.
25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9], 10 may 2022-ci ildə[10], 6 may 2023-cü ildə[11] və 9 may 2024-cü ildə[12] Prezident Mükafatına layiq görülmüşdür. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.[13]
Əsas rolları
redaktə- Arşın mal alan (Üzeyir Hacıbəyov) — Telli
- Özümüz bilə-rik (S. Ələsgərov və Ş. Qurbanov) — Nailə
- Durna (S. Rüstəmov və S. Rüstəm) — Nisə
- Ayının min bir oyunu (S. Qənizadə) — Gülcamal
- Marqaritka (A. Salakru) — Marqarita
- Gözəlləri necə qaçırırlar (B. Appayev) — Məkkə
- Xəlifə Leylək (V. Qauf) — hind şahzadəsi; saray əyanı
- Aydın (C. Cabbarlı) — Susanna
- Ağıllı adam (F. Mustafa) — qadın; dəli
- Şuşa dağlarını duman bürüyüb (Elçin) — Güləndam nənə
- Sehirli kreslo (F. Karinti) — Berta
- Pənah evi (Ə. Quluzadə) — Gülzar
- Bayramın birinci günü (N. Hikmət) — Fəxründə xanım
- Tamahkar (S. S. Axundov) — Şərəf xanım
- Dağılan tifaq (Ə. Haqverdiyev) — Sona xanım
- Güllələnmiş heykəllərin fəryadı (H. Mirələmov) — Xurşid Banu Natəvan
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Bədənində 100 qəlpə gəzdirən Xalq artisti: "Hamı elə bilir üzümdəki qırışdır, amma qəlpə yarasıdır" - VİDEO". Oxu.Az (az.). 2023-09-30. İstifadə tarixi: 2023-09-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-10.
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.