Suse - Wikipedia
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3
Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar[1][2]. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır[2]. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar.
Adın yaranması
redaktəMaterialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat. vitrum ) latın dilindəki adı təkraralayır. Ancaq rumın dilindəki (rum. sticlă) sözü slavyan dillərindən götürülüb. Latın dilindəki vitrum k’woit - «işıqlı» (o isə ing. white) sözündən götürülüb.
German dillərindəki ing. glass, alm. Glas, holland, danimarka və isveç dilindəki glas sözü p.ger. *glasan ~ glazandən götürülüb, o isə g’hel- «parıldayan».
Slavyan dillərindəki (rus. стекло, belar. шкло, ukr. скло; q.slav. стькло, bolq. стъкло, mak. стакло, serb-xorv. стакло, sloven. steklo; çex. sklo, slovak. sklo, pol. — szkło) — qot stikls («kubok», «boşqab», < qədim german dili *stikkon — «deşmək», ing. stick, götürülüb.
Şüşə nədir?
redaktəNobel mükafatçısı Uoren Anderson deyib: “Bərk hal nəzəriyyəsində ən dərin və maraqlı həll olunmayan problemlərdən biri şüşənin təbiətində gizlənir”. Şüşə bəşəriyyətə min illər ərzində tanış olsa da, onun unikal və mexaniki xassələrini alimlər dərk etmirlər. Məktəb illərindən şüşənin maye olmadığını xatırlayırıq. Bu belədirmi? Alimlər maye və bərk fazalar arasındaki keçidin, şüşə fazanın təbiətini və hansı proseslərin şüşənin əsas xüsusiyyətlərinə təsir etdiyini hələ də dəqiq bilmirlər. Şüşənin formalaşması prosesini bu günkü bərk maddə fizikası alətlərinin, çoxsaylı nəzəriyyələr və ya maye nəzəriyyəsinin köməyi ilə izah etmək mümkün olmayıb. Əgər qısa izah etsək, mayeyədək əridilmiş şüşə soyudulduqda yavaş-yavaş qatılaşaraq, sonda bərkiyir. Eyni zamanda, kristal bərk maddələrin (məsələn, qrafit) formalaşmasında, atomlar bir anda özlərinə xas olan dövrü struktur əmələ gətirirlər. Molekulyar dinamikanın tətqiqatçısı Tarun Çitra müxtəlif maddələrdə molekulların formalaşmasını rəqs misalında izah edir. İdeal bərk maddə həzin rəqsə bənzəyir, orada iki cütlük digər cütlüklərlə birgə öz başlanğıc vəziyyətlərindən rəqs meydanında hərəkət edirlər. İdeal maye tanışlıq gecəsi kimidir, hamı bir-biri ilə eyni otaqda oynamağa çalışır. Bu xassə erqodiklik adlanır. Burada hamının rəqs etdiyi orta sürət eynidir. Bu analogiya ilə böyük qruplar kiçik qruplara bölünür və hər biri öz ətrafında fırlanır. Siz öz partnerunuzu ətrafınızda olanlarla dəyişə bilərsiniz və bu rəqs sonsuzadək davam edir. Şüşənin özünü necə aparmasını tarazlıqlı statistik mexanika qanunları ilə təsvir etmək hələ ki, qeyri-mümkündür. O cümlədən, şüşənin subeksponensial avtokorrelyasiya və krosskorrelyasiya funksiyası sonsuz stoxastik proseslər nəticəsində alına bilər. Hər hansı müddətədək sistem az-çox aydın və izaholunan şəkildə işləyir, lakin uzun müddətli müşahidələrdə biz görürük ki, bəzi xüsusiyyətlər nisbilik və stoxastik proseslər nəzəriyyəsi ilə daha yaxşı izah olunur. [3]
Bəzi sənaye şüşələrinin tərkibi
redaktəKimyəvi tərkib | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şüşə | SiO2 | B2О3 | Al2O3 | MgO | CaO | BaO | PbO | Na2O | K2O | Fe2O3 | SO3 |
Pəncərə | 71,8 | — | 2 | 4,1 | 6,7 | — | — | 14,8 | — | 0,1 | 0,5 |
Tarnolu | 71,5 | — | 3,3 | 3,2 | 5,2 | — | — | 16 | — | 0,6 | 0,2 |
Qab-qacaq | 74 | — | 0,5 | — | 7,45 | — | — | 16 | 2 | 0,05 | — |
Xrustal | 56,5 | — | 0,48 | — | 1 | — | 27 | 6 | 10 | 0,02 | — |
Kimya laboratoriyası | 68,4 | 2,7 | 3,9 | — | 8,5 | — | — | 9,4 | 7,1 | — | — |
Optik | 41,4 | — | — | — | — | — | 53,2 | — | 5,4 | — | — |
Kvarslı | 96 | 3,5 | — | — | — | — | — | 0,5 | — | — | — |
Elektrokolbalı | 71,9 | — | — | 3,5 | 5,5 | 2 | — | 16,1 | 1 | — | — |
Elektrovakumlu | 66,9 | 20,3 | 3,5 | — | — | — | — | 3,9 | 5,4 | — | — |
Tibbi | 73 | 4 | 4,5 | 1 | 7 | — | — | 8,5 | 2 | — | — |
İstiliyə davamlı | 57,6 | — | 25 | 8 | 7,4 | — | — | — | 2 | — | — |
Termodavamlı | 80,5 | 12 | 2 | — | 0,5 | — | — | 4 | 1 | — | — |
Termometrik | 57,1 | 10,1 | 20,6 | 4,6 | 7,6 | — | — | — | — | — | — |
Qoruyucu | 12 | — | — | — | — | — | 86 | — | 2 | — | — |
Radiasiyaya davamlı | 48,2 | 4 | 0,65 | — | 0,15 | 29,5 | — | 1 | 7,5 | — | — |
Şüşə lifi | 71 | — | 3 | 3 | 8 | — | — | 15 | — | — | — |
Şüşəyaradan maddələr
redaktəŞüşəyaradan maddələr aşağıdakılardır:
Oksidlər:
və s.
Şüşə istehsalında rəng də qatılır və bu yolla materialın fiziki-kimyəvi xüsusiyyətləri möhkəmləndiriilir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ DiMarzio E. A. Equilibrium theory of glasses // Ann. New York Acad. Sci. 1981. Vol. 371. P. 1—20). Шульц М. М., Мазурин О. В. Современное представление о строении стёкол и их свойствах. — Л.: Наука. 1988 ISBN 5-02-024564-X
- ↑ 1 2 Шульц М. М., Мазурин О. В. Современное представление о строении стёкол и их свойствах. — Л.: Наука. 1988 ISBN 5-02-024564-X
- ↑ "Arxivlənmiş surət". 2024-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
Mənbə
redaktə- Краткая химическая энциклопедия. Т. V. М.: Советская энциклопедия. 1961
- Качалов Н. Стекло. Издательство АН СССР. Москва. 1959
- Шульц М. М., Мазурин О. В. «Современные представления о строении стёкол и их свойствах». Л.: Наука. 1988
- A.K. Varshneya. Fundamentals of inorganic glasses. Society of Glass Technology, Sheffield, 682 pp. (2006).
- М. И. Ожован. Топологические характеристики связей в окисных системах SiO2 и GeO2 при переходе стекло-жидкость. ЖЭТФ, 130 (5) 944—956 (2006).