Izoxett - Wikipedia
İzoxətt - Haqqında Məlumat
İzoxət (yun. isos-"bərabər") — hər hansı bir kəmiyyətin coğrafi xəritədə, şaquli kəsikdə və ya qrafikdə eyni qiymətlərini göstərən xətt.[1]
İzoxətlərin növləri
redaktəİzoamplitudalar
redaktəXəritədə bu və ya digər meteoroloji kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər.
İzoanemon
redaktəXəritədə küləyin ortaillik sürətinin müxtəlif qiymətini göstərən xətt.
İzobarlar
redaktə- İzobarlar (yun. isos — "bərabər" və baros — "ağırlıq") — xəritədə, müxtəlif diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər.
- İzobatlar (yun. isos — "bərabər" və bathis — "dərinlik") — xəritədə su hövzələrinin (göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini birləşdirən xətlər.
- İzotermlər — iqlim xəritələrində müəyyən vaxt içərisində orta temperaturu eyni olan yerləri birləşdirən xətlər. İzotermlər orta, illik, yanvar və iyul temperaturlarını göstərir.
- İzodenslər (yun. isos — "bərabər" və lat.densus — "sıx") — havanın, dağ süxurlarının xəritədə xətləri.
- İzofenlər — eyni mövsümi hadisə məntəqələrini birləşdirən xətlər (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eyni tarixləri).
- İzobazlar — xəritədə Yer səthinin dəniz səthinə nisbətən qalxdığı və ya çökdüyü bərabər olan nöqtələri birləşdirən xətlərdir. Eyni qalxma xətlərini birləşdirən xətlərə izobanazlar, eyni çökmə nöqtələrini birləşdirən xətlərə isə izokatabazlar deyilir.
- İzogipslər — xəritədə Yer səthinin dəniz səthindən eyni hündürlükdə olan nöqtələrini birləşdirən xətlər.
- İzogiyetlər (yun. isos — "bərabər" və hyetos — "yağış") — vahid zamanda və ya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər.
- İzoxatlar — xəritədə küləyin sürəti eyni olan nöqtələri birləşdirən xətlər.
- İzoxionlar (yun. isos — "bərabər" və chin — "qar") — xəritədə qar sərhəddinin yüksəkliyini göstərən izoxətlər.
- İzokosmlar — xəritədə kosmik şüalanma gərginliyinin eyni olduğunu göstərən xətlər.
- İzoqalinlər (yun. isos — "bərabər" və halinos — "duzlu") — xəritədə okeanlarda eyni duzluluğu göstərən nöqtələri birləşdirən xətlər.
- İzomer — yağıntıların aylıq miqdarı eyni olan məntəqələri birləşdirən xətt: ortaillik yağıntının miqdarına görə faizlə ifadə olunur.
- İzonaqlar — su hövzələrində eyni davamiyyətli buz örtüyünü göstərən izoxətlər.
- İzoneflər — xəritədə eyni buludluluq izoxətləri.
- İzopaqlar (yun. isos — "bərabər" və paqos — "buz") — xəritədə su hövzələrində buz örtüyünün davamiyyətinin xəritədə izoxətləri.
- İzopektiklər (yun. isos — "bərabər" və pektos — "bərkimiş, donmuş") — xəritə üzərində suyun donma tarixini göstərən izoxətlər.
- İzopinklər (yun. isos — "bərabər" və pyknos — "sıx") — xəritədə dəniz suyunun sızlığını göstərən izoxətlər.
- İzoseyslər — xüsusi xəritələrdə seysmik təkanların eyni gücdə qeyd olunduğu yerləri birləşdirən izoxətlər.
- İzotip — müxtəlif ölkələrdə və ya rayonlarda yayılan heyvan və ya bitki növ müxtəliflikləri.
- İzovela (yun. isos — "bərabər" və lat. velox — "tez hərəkət edən") — xəritədə küləyin eyni sürətli nöqtələrini birləşdirən izoxətt.
İstinadlar
redaktə- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.