Izmir Bombasi - Wikipedia
İzmir bombası (İzmir ləhcəsində qısaca bomba)[1] və ya ingilis dilli mənbələrdə pralinli içli qurabiyə (ing. Praline Stuffed Cookies)[2] — adətən şokolad yağı ilə doldurulan türk mətbəxinə aid qurabiyə.[3] Qurabiyənin adı onun İzmir şəhərindən gəldiyini ifadə edir. O, ilk öncə İzmirdə yayımlanıb, halbuki Türkiyənin müxtəlif KİV-lərində onun mənşəyi haqqında fərqli məlumat verilir.[4][5]
İzmir bombası | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Mənşəyi | |
Təfərrüatları | |
Tipi | Qurabiyə |
Google Trends verdiyi məlumata görə, 2020-ci ildə İzmir bombası resepti Türkiyədə 6-cı ən çox axtarılan resept idi.[6][7]
Tarixi
redaktəŞirniyyatın mənşəyi Osmanlı mətbəxində mövcud olan mürəbbəli məcidiyyə adlı ərik mürəbbə ilə doldurulmuş qurabiyədən gəlməsinin deyilir. İzmir bombası sosial şəbəkələrdə geniş şəkildə reklam olduğuna görə yayımlanıb.[5]
İzmirin Alsancak məhəlləsində yerləşən "Çelebi Unlu Mamulleri" adlı şirniyyat evi iddia edir ki, qurabiyənin orijinal resepti ona aiddir.[4]
Növləri
redaktəƏnənəvi şokoladlı bombasından başqa həmçinin püstəli, kokoslu, karamelli, ağ şokoladlı, albalılı və s. növ bombalar mövcuddur.[8] Qurabiyənin Türkiyədə yayımlanandan sonra, Afyonqarahisar ilində onun şokolad əvəzinə lalə toxumu içli növünü hazırlamağa başlayıblar.[9] 2002-ci ildə Bülənd Ecevit hakimiyyətində İqtisadiyyat Naziri Kamal Dərviş olanda və dollar kursu qalxanda Hadicə Reyhan Qutlu tərəfindən İzmir Reyhan Pastanesi adlı şiriniyyat evində ilk dəfə kurviş adlı İzmir bombası hazırlanmışdı. Onun adı "kur" (kurs) və "viş" (Dərviş) sözlərindən ibarətdir.[10][11]
Kütləvi şəkildə istehsal olunan oxşar mallar
redaktəİzmir bombasından ilhamlanaraq, bir sıra şirkət kütləvi şəkildə ona oxşar qurabiyələri istehsal eləməyə başladı. Ülker Biskrem, ETİ Tutku, Torku isə Delidolu adlı qurabiyələri istehsal edir.[12]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-02.
- ↑ "Amazing praline Stuffed Cookies". April 5, 2020. February 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2021.
- ↑ https://www.droetker.com.tr/tr-tr/tarifler/r/izmir-bomba-tatlisi Arxiv surəti 16 mart 2021 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2021-03-16 at the Wayback Machine İzmir Bomba Tatlısı
- ↑ 1 2 "'Bomba' İzmir'e değil Çelebi'ye özgüdür". birgun.net. 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ 1 2 "'İzmir bombası' tatlısını artık tüm ülke biliyor". CNN Türk. 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-02.
- ↑ "Google's Year in Search". Google Trends. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Türkiye'de en çok hangi yemek tarifleri araştırılıyor?". hthayat.haberturk.com. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
- ↑ "İzmir'in bombasına Afyonkarahisar'dan rakip çıktı". www.hurriyet.com.tr. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ Şablon:Web kaynağı
- ↑ "Arxivlənmiş surət". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ "Arxivlənmiş surət". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.