Izabel Alyende - Wikipedia
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[1][2][…], Lima[3]) — Çilili yazıçı.
İzabel Alyende | |
---|---|
isp. Isabel Allende | |
Doğum tarixi | 2 avqust 1942[1][2][…] (82 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | romançı |
Əsərlərinin dili | ispan dili |
İstiqamət | feminizm, magik realizm |
Janr | povest |
Üzvlüyü |
|
Mükafatları | |
isabelallende.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÇilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
Çilinin ilk sosialist prezidenti olmuş Salvador Alyende general Auqusto Pinoçetin başçılığındakı dövlət çevrilişi zamanı öldürüldükdən sonra, Alyende ailəsi ilə birlikdə ilk öncə Venesuelanın paytaxtı Karakasa, daha sonra isə ABŞ-nin San-Fransisko şəhərinə sürgün edilmişdir.
Əsərləri
redaktə- Ruhlar evi (La casa de los espíritus, 1982)
- La gorda de porcelana (1984)
- Eşqdən və kölgədən (De amor y de sombra, 1984)
- Eva Luna (Eva Luna, 1987)
- Eva Luna başa salır (Cuentos de Eva Luna, 1989)
- Sonsuz tərtib (El plan infinito, 1991)
- Paula (Paula, 1995)
- Afrodita (Afrodita, 1998)
- Taleyin qızı (Hija de la fortuna, 1999)
- Solmuş bir şəkil (Retrato en sepia, 2000)
- Canavarlar kəndi (La ciudad de las bestias, 2002)
- Qəlbimdəki ölkəm (Mi país inventado, 2003)
- Qızıl əjdaha krallığı (El Reino del Dragón de Oro, 2003)
- Piqmenlər meşəsi (El bosque de los pigmeos, 2004)
- Zorro:Əfsanənin başlanğıcı (El Zorro: Comienza la Leyenda, 2005)
- Inés del alma mía (2006)
- La Suma de los Días (2007)
- Una Tribu de Novela (2007)
- Tributo al Libertador Pinochet (2007)
İstinadlar
redaktə- ↑ 1 2 Isabel Allende // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Isabel ALLENDE // NooSFere (fr.). 1999.
- ↑ 1 2 http://www.theguardian.com/books/2008/jun/09/isabelallende.