Ivan Mesaninov - Wikipedia
İvan İvanoviç Meşşaninov (6 dekabr 1883, Ufa — 16 yanvar 1967, Leninqrad) — arxeoloq və dilçi, 1932-ci ildə SSRİ EA-nın akademiki, 1936-1937-ci illərdə 1936-1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, 1945-ci ildə isə AEA-nın fəxri akademiki, Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı[1].
İvan Meşşaninov | |
---|---|
İvan İvanoviç Meşşaninov | |
Doğum tarixi | |
Doğum yeri | Ufa şəhəri |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Leninqrad |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | dilçi, arxeoloq, antropoloq, etnoqraf |
Mükafatları |
|
Üzvlüyü | |
Həyatı
redaktəİvan İvanoviç Meşşaninov 1883-cü il dekabrın 6-da Başqırdıstanın Ufa şəhərində anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə Azərbaycanda akademiya yaradılanda o, Azərbaycan SSR EA-nın fəxri üzvü seçilmişdi, Azərbaycan alimləri ilə, o cümlədən Heydər Hüseynovla şəxsən tanış idi. İ.İ.Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926-1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə tsiklop tikililər aşkar etmişdir. Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir. İ.İ.Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, İshaq Cəfərzadə, Saleh Qazıyev və başqaları onun yetirmələri olmuşlar. O, 1936-1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur. Akademik İ.İ.Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1967-ci il 16 yanvar tarixində keçmiş Leninqradda (indiki Sankt-Peterburqda) vəfat etmişdir.[1][2]
Mükafatları
redaktəİki dəfə Stalin mükafatı laureatı adına layiq görülmüşdü.
Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
1945-ci ildə peşəkar arxeoloq və dilçiyə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi.[1]
Əsərləri
redaktə- Эламские древности, П., 1917;
- Халдоведение. История древнего Вана, Баку, 1927;
- Введение в яфетидологию, Л., 1929;
- Язык Ванской клинописи, Л., 1935;
- Новое учение о языке. Стадиальная типология, Л., 1936;
- Общее языкознание, Л., 1940;
- Члены предложения и части речи, М. — Л., 1945;
- Глагол, Л., 1949;
- Грамматический строй урартского языка, ч. 1—2, Л., 1958—1962;
- Структура предложения, М. — Л., 1963;
- Эргативная конструкция в языках различных типов, Л., 1967.
İstinadlar
redaktə- ↑ 1 2 3 Мещанинов Иван Иванович // Большая советская энциклопедия: [в 30 т.] / под ред. гл. ред. А. М. Прохоров — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
- ↑ "İvan İvanoviç Meşşaninov". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.