Italyanski Xiyabani Taqanroq - Wikipedia
İtalyanski xiyabanı (rus. Итальянский переулок) — Taqanroq şəhərində yerləşən xiyaban. Şəhərin qədim hissəsində yerləşir.
Coğrafiyası
redaktəXiyaban Qreçeskaya küçəsindən balayaraq Şevçenko küçəsinə qədər uzanır[1]. Xiyaban Bannı enişimdə bitir[2]. Uzunluğu 1860 metr təşkil edir.
Tarixi
redaktəƏvvəlki adları — İtalyanski, İspolkomski.
İspolkomski xiyabanı adı 1923-cü ildə şəhər sovetinin qərarı ilə verilmişdir[3]. «İspolkomski» xiyabanı adı onun yaxınlığında yerləşən Şəhər fəhlə-deputatlar sovetinin ispolkomu yerləşdiyindən verilmişdir.
«İtalyanski» xiyabanı yenidən 1990-cı ildə adlandırılmışdır.
1880-ci illərdə xiyabanın yol örtüyünün böyük hissəsi torpaqda ibarət idi. Burada arabalar batırdı. 1880-1895-cı illərdə şəhərin yollarında yenidən qurma işələri aparılarkən xiyabanın səəthi daş döşəmələrlə döşənmişdir. XIX əsrin əvvəllərində binaların nömrələnməmişdi. İlk nömrələnmə 1832-ci ildə aparılmışdır. XIX əəsrdə üç dəfə (1844, 1867 və 1878), XX əsrdə iki dəfə nömrələnmə aparılmışdır.
XX əsrin əvvəllərində İtalyanski xiyabanı yaxınlığında Sarmatovların bağı salınmışdır[4].
İtalyanski xiyabanında yerləşir
redaktə- İtalyanski x. 4 — «Yeni taqanroq qəzetinin redaksiyası».
- İtalyanski x. 6 — Maykoparın binası.
- İtalyanski x. 7 — Luç kinoteatrı.
- İtalyanski x. 7 — «Bambuk» kafesi.
- İtalyanski x. 9 — Dallaportenin binası, mağaza.
- İtalyanski x. 11 — Draqoslavın binası, stamotologiya.
- İtalyanski x. 16 - Şimanovskinin binası.
- İtalyanski x. 18 — Papanaqiotinin binası.
- İtalyanski x. 20 — Zolotarevin binası.
- İtalyanski x. 22 — Xocaevin binası.
- İtalyanski x. 27 — Kamennovun binası — iki mərtəbəli bina XIX əsrdə inşa edilmişdir. Regional əhəmiyyətli mədəni irs siyahısına daxildir.
Abidələri
redaktə- İtalyanski x. 9 — «Dosluq köhnəlmir» (heykəltaraş Akop Albertoviç Xalafyan, 2010).
İstinadlar
redaktə- ↑ Рыбалкин А.А. Итальянский переулок // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 370. — ISBN 978-5-88040-064-5.
- ↑ Волошин В. Вдоль и поперёк Итальянского. — Таганрог: ИП Кравцов В.А., 2012. — С. 9. — ISBN 978-5-904585-27-3.
- ↑ Волошин В. Вдоль и поперёк Итальянского. — Таганрог: ИП Кравцов В.А., 2012. — С. 17. — ISBN 978-5-904585-27-3.
- ↑ Гаврюшкин О. П. Г12 «По старой Греческой…» (Хроника обывательской жизни) — Т.: ООО «Издательство „Лукоморье“», 2012. — 514 с. — ISBN — 5-901565-15-0