Istifadeci Muzakiresi Kinqmart - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Kinqmart! |
Tez-tez soruşulan suallar | Salam, Kinqmart. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
-- Cekli829 16:27, 13 avqust 2010 (Sumqayıt vaxtı ilə)
İmza
redaktəXahiş edirik ki, müzakirələrdə iştirak etdiyiniz zaman imzanızı qoymağı unutmayın. -- Cekli829 14:28, 19 avqust 2010 (Cek vaxtı ilə)
Salam
redaktəSalam. Vikipediyaya bir daha xoş gəlmisiniz. Fəaliyyətinizi maraqla izləyirəm və təqdir edirəm. Xüsusilə Qax rayonunun tarixi-memarlıq abidələri haqqında bura daxil etdiyiniz məlumatlara görə sizə təşəkkür edirəm. Bircə şeyi diqqətinizə çatdırım ki, məqalələrə mənbələr əlavə edəndə bunu konkretləşdirin. Yəni məlumatın hansı kitabdan götürüldüyü ilə yanaşı, kitabın çap olunduğu nəşriyyatın adını və məlumatın yer aldığı səhifəni dəqiq göstərin. Yəni bu formada yox → H.Əzimov Ş.Əhmədov Qax abidələri Bakı 1998, məsələn, belə → H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: Gənclik, 1998, səh. 54-55. Hörmətlə:--Sortilegus 11:19, 20 Avqust 2010 (UTC)
İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu
redaktəRəsmi adı belədir. --Cekli829 13:23, 29 sentyabr 2010 (Sumqayıt vaxtı ilə)
Şəkillər
redaktəYaxşı olar ki, şəkilləri Commonsa yükləyəsən. Çünki buradakılar silinəcək. --Cekli829 16:37, 29 sentyabr 2010 (Sumqayıt vaxtı ilə)
İmza
redaktəDostumuz Kinqmart. Siz Azərbaycan Vikipediyasında qısa müddət fəaliyyətiniz müddətində Azərbaycanın tarixi ilə bağlı yaratdığınız çoxsaylı dəyərli məqalələrə və çalışqanlığınıza görə Elmə bağlılığa görə mükafatı ilə təltif edilmisiniz. Bu münasibətlə Sizi təbrik edir və Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.--Acategory 15:19, 1 Oktyabr 2010 (UTC)
Sınaq göstərişi
redaktə"Səhifəni qeyd et" düyməsini basmazdan əvvəl "Sınaq göstərişi" düyməsinə basaraq etdiyiniz dəyişikliklərin necə göründüyünə baxa bilərsiniz. Əgər hər hansısa əlavəniz olarsa, onları etdikdən sonra səhifəni qeyd edin. Wertuose 09:34, 7 Oktyabr 2010 (UTC)
Bəzi qaydalar
redaktəSalam. Məqalələrdə istifadə etmək üçün yüklədiyiniz bəzi şəkillər Vikipediya qaydalarına uyğun deyil. Daha doğrusu məqalə bir şəxs haqqında olduğu halda məqalədə həmin şəxslə bərabər digər insanların da təsvir olunması qeyri-ensiklopedikdir. Həmçinin, qaydalara görə Vikipediyanın şəkil albomu kimi istifadə edilməsi yolverilməzdir. Bundan əlavə, yaratdığınız bəzi məqalələr məşhurluq şərtlərinə cavab verməyən şəxslər haqqındadır. Elmlər namizədi olmaq və ya kitab yazmaq şəxs haqqında məqalə yaradılması üçün əsas ola bilməz. Bunları gələcək fəaliyyətinizdə nəzərə almağınızı xahiş edirəm. Wertuose 07:39, 14 Oktyabr 2010 (UTC)
Yaratdığım Məqalələr
redaktəSalam. Hər dəfə yeni məqalə yaratdıqda İstifadəçi səhifənizdə Yaratdığım Məqalələr bölməsində müvafiq redaktə edərək vaxt itkisinə yol verirsiniz. Vaxt itkisinin qarşısını almaq məqsədilə təklif edirəm ki, yaratdığınız məqalələrin siyahısını göstərən bu linki öz istifadəçi səhifənizə yerləşdirərdiniz. --Cekli829 16:41, 14 oktyabr 2010 (Cek vaxtı ilə)
Müzakirə:Eldar Əhmədov (həkim)
redaktəSalam Kinqmart (müzakirə • töhfələr • statistikalar). Eldar Əhmədov (həkim) məqaləsinin müzakirə səhifəsinin silinməsi kimi addımlar Vikipediyada yolverilməzdir. Ümid edirəm ki, bu, yanlışlıqla olub və Sizdən diqqətli olmanızı rica edirəm. Əks halda Sizə xəbərdarlıq edilə bilər. Hörmətlə, --Vago 09:33, 28 Oktyabr 2010 (UTC)
Etimad səsverməsi
redaktəÖz təşəbbüsümlə 22 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilən və hal-hazırda davam edən etimad səsverməsində iştirak edərək mənə etimad göstərməyinizi rica edirəm. Ən azından münasibət bildirməyiniz mənim üçün maraqlı olardı. --Cekli829 13:56, 25 dekabr 2010 (Cek vaxtı ilə)
Mənə etimad göstərdiyiniz üçün Sizə çox təşəkkür edirəm! --Cekli829 9:51, 30 dekabr 2010 (Cek vaxtı ilə)
Şəkil etiketləri
redaktəSalam Kinqmart. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Yaratdığınız dəyərli məqalələrə görə sizə təşəkkür edirəm. Məqalələrlə yanaşı Azərbaycan Vikipediyasına daxil etdiyiniz fayıllarda (şəkillərdə) olduqca maraqlı və dəyərlidir. Lakin bu şəkillərin demək olar ki, bir çoxuna şəkil etiketi əlavə olunmamışdır. Ona görə də sizdən xahiş edirəm ki, vaxtınız olduqca şəkillərə uyğun etiketlər əlavə edəsiniz. Şəkil yükləyərkən mənbə göstərməniz vacibdir. Sizə əvvəlcədən təşəkkür edirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 19:56, 26 mart 2011 (UTC)
Fayl statusu Şəkil:Abid Şərifov.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Abid Şərifov.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: «Vikipediya:Şəklin istifadə qaydası»). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. --Sultan11 19:36, 4 iyun 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! İdarəçi seçkisi ilə əlaqədar burada (Vikipediya:İdarəçilər) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə --Ebrahimi-amir 06:18, 4 iyul 2011 (UTC)
Fayl statusu Şəkil:Eldar Əhmədov .2.JPG
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Eldar Əhmədov .2.JPG yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: «Vikipediya:Şəklin istifadə qaydası»). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. --Sultan11 18:10, 1 sentyabr 2011 (UTC)
Fayl statusu Şəkil:Ə.ƏHMƏDZADƏ.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Ə.ƏHMƏDZADƏ.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: «Vikipediya:Şəklin istifadə qaydası»). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 10:45, 31 dekabr 2011 (UTC)
Yolverilməzdir
redaktəSalam Kinqmart. Kamal Muxtarlı səhifəsində etdiyiniz bu dəyişiklik kimi addımlar Vikipediyada yolverilməzdir. Ümid edirəm ki, bu, yanlışlıqla olub və Sizdən diqqətli olmanızı xahiş edirəm. Hörmətlə, -- ■ Sultan mesaj 20:27, 3 iyul 2012 (UTC)
Fayl statusu Şəkil:Foto Kerim Ramazanov.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Foto Kerim Ramazanov.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 06:07, 21 sentyabr 2012 (UTC)
Dəvət
redaktəSalam, Kinqmart. Sizi Qasımuşağı xalçaları məqaləsi üçün keçirilən səsvermədə iştirak etməyə dəvət edirik. Həmin məqalənin seçilmiş məqalə statusu alıb-almaması, sizlərin verəcəyi səslərdən aslıdır. Bu məqsədlə sizin fikirlərinizi öyrənmək bizim üçün maraqlıdır. Hörmətlə:--Şahzadə (talk) 11:17, 26 yanvar 2013 (UTC)
Qaşqaçay
redaktəHörmətli həmkar burada mənbədəki məlumatı təhrif edən dəyişiklik edirsiz. Lütfən bu cür hərəkətlərə son qoyun. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 19:23, 17 may 2013 (UTC)
- Hörmətli İstifadəçi nəzərinizə çatdırıram ki sizin mənbəə adlandırdığınız qeydlər hər hansı rus məmurunun Qafqazın ruslar tərəfindən işğal olunmasından sonra görmək istədiklərini əks etdirir.Bu məlumatlar artıq çoxdan mənbəə olmaq iddiasını itirib. Qaşqaçay kəndinin əhalisi bütünlkdə türkdillidir və orada yaşayan nəsillərdən 20-dən çox nəsildən yalnız 4-ünün avar,saxur və fars mənşəli olduğu bilinməktədir.Sizin Zaqatala dairəsi məqaləsinin üzərindəki dəyişiklərə verdiyiniz istinadlar da bu qəbildəndir və təmamilə rus məmurları tərəfindən qərəzli tərtib edilmişdir.Dərindən bilmədiyiniz hər hansı məsələni "mənbəə" adlandırdığınız məlumatlara isnad edərək bütöv bir bölgənin əhalisinin milli hisslərinə toxuna bilərsiniz.Nəzərinizə bir daha çatdırıram tarix cox maraqlı elm olduğu ilə yanaşı onu yazanlardan böyük məsuliyyət tələb edir! Kinqmart ( talk) 10:11, 18 may 2013 (UTC)
- Hörmətli həmvətənim salamlar. Mənim əsla kimlərinsə milli hislərinə toxunmaq fikrim olmayıb. Mən sadəcə mənbədə qeyd edilən məlumatları məqaləyə daxil etmişəm. Qafqaz Kalendarlarının hamısına və bir çox tarixi demoqrafik kitablara sahib olduğum üçün sizinlə bəzi məslələrdə razıyam: məsələn dediyiniz saxtakarlıq Zəngəzur və Lənkəran qəzlarına aid (dil-milliyyət) məlumatlarda mövcuddur, ancaq Zaqatala dairəsinə dair Çar dövrünə aid məlumatlar demək olar ki üst-üstə düşür. Ancaq yenə də qeyd edirəm redaktələr mənbəyə uyğun aparılır və siz Rus İmperiyası dövrünün rəsmi nəşrinin saxta olmağını və ya qərəzli olmağını yalnız elə həmin dövlətin digər rəsmi sənədi ilə isbat edə bilərsiz. Əgər belə məlumatı ehtiva edən sənədlərə sahibsəniz buyurun bizləri də tanış edin. Əgər belə sənədi mən tapsam onun məlumatlarını burada qeyd edəcəyimə əmin ola bilərsiz. Bu səbəbdən lütfən mənbəni təhrif etməyin, mənbədəki məlumatlar hətta saxta olsa belə onlar rəsmidir və mən onları əldə etmək üçün çəkdiyim zəhmətin heçə endirilməsini özümə qarşı hörmətsizlik olaraq qəbul edəcəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:44, 20 may 2013 (UTC)
- Hörmətli həmkarım bir daha nəzərinizə catdırıram siz Zaqatala dairəsindəki bu kəndlərdə və yaxud Qaşqaçay kəndində olsaydınız israrla bu fikrinizin üstündə durmazdınız.Siz başa düşməlisiniz ki 19-cu əsrdə hər hansı rus məmurunun yazdığı məlumat biz azərbaycanlılar üçün mənbəə ola bilməz.Sizin qəbul etdiyiniz mənbəə parametrlərinə qalsa onda Qarabağı da erməni torpağı kimi göstərməliyik.Sizin zəhmət çəkib mənbəə toplayıb bu qərara gəlməyinizə qaldıqda isə o demək deyildir ki sizin hər hansı zəhmətinizin müqabilində bütöv bir kənd və bölgə əhalisinin milli hissləri kölgə altına salınmalıdır.Dediyiniz həmin mənbəələr 200 ildir ki rus imperializminin Qafqazı istila etməsinə xidmət edir. Sizin sitat gətirdiyiniz Qafqaz təqvimi,AKAK və CMOMПK kimi toplulardakı etnoqrafik məlumatlar çoxdan öz reallığını itirib.Siz vikipediya qaydaları ilə yanaşı hər bir insan və xalqın milli maraqlarin tapdalanmasına yol verməməlisiniz.Onu da qeyd edim ki bu gün Azərbaycan tarixçiləri tərəfindən məsələyə dair yekun araşdırma aparılmaması vətəndaşların və ən nəhayət yüzillərdir orada yaşayan türklərin günahı deyildir. Kinqmart ( talk) 11:31, 21 may 2013 (UTC)
- Hörmətli həmkar doğru buyurursuz 97 il öncəsinə aid o tarix (filan ayın fəsməkan tarixinə) üçün verilmiş etnoqrafik görüntü əlbəttə aktuallığını itirmişdir. Misal üçün sizə bir nümunə verim: 1830-cu ildə indiki şimali İrandan gəlmiş kürdlərin məskunlaşması ilə xaraba Minkənd kürd kəndi oldu. Sonradan (tarixini bilmirəm) bura ermənilər yerləşmiş və Qaşqaçay məqaləsində qeyd etdiyim mənbədə verilən məlumata əsasən 1914-cü ildə ermənilərin sayı əhalinin yarısından çoxuna (yəni əsasən ermənilərdən ibarət olmuşdur) bərabər olmuşdur. Daha sonra ermənilər bu kəndi gəldikləri şəkildə (zorla gəlmişdilər o formada da qovuldular) tərk etdilər və 1919-cu ilin yaz aylarında bura Zəngəzur mahalından qovulmuş etnik türk/azərbaycanlı ailələr yerləşdi. 1926-ci il sa. zamanı Minkənddə 1355 nəfərlik əhalidən 594 nəfəri türk idi. Zaqatala dairəsində milli tərkibin dəyişilməsinə burada nəzər yetirin. Mən məqalədə yazmamışam ki indi belədir, yazmışam ki 1914-cü ildə elə idi. Lütfən müzakirəni davam etməyək, çünki bu yersiz vaxt itkisidir. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 02:45, 22 may 2013 (UTC)
- Hörmətli həmkarım siz deyəsən məntiqi yanaşmalarla özünüzü də çətinliyə saldınız. Siz nahaq yerə göstərilən ərazini Zəngəzurla müqayisə edirsiniz. Zəngəzur hələlik və bəlkə də artıq türklərin yaşayış məskəni yad olunmayacaq. Ancaq Azərbaycanın şimal-qərb bölgəsi günü bu gün də respublikanın iki dövlətlə sərhədləndiyi regionu əhatə edir. Xatirinizə dəysə belə qeyd etməliyəm ki sizin tarix, etnoqrafiya və geosiyasət sahəsindəki bilikləriniz hələ kifayət qədər formalaşmayıb. Sizin nəzərinizə bir daha çatdırıram ki heç 197 il öncə belə Qaşqaçay əhalisinin etnik tərkibi saxurlardan ibarət olmayıb. Sizin mənbəə dediyin toplulardakı qeydlərə 20 il bundan əvvəl sahibəm və tam başdan-başa falsifikasiyalarla zəngin olduğu üçün bu toplulardan heç sitat gətirməyi də lazım bilməmişəm. Siz isə əlinizdə olan yeganə heç özünüz də dərindən bilmədiyiniz sahə üzrə iddia yürütməyə çalışırsınız. Vikipediya səhifəsi tədqiqat meydanı olmadığı ücün polemika açmaq fikrində deyiləm. Sizin vaxt itkisi saydığınız məsələ isə bütöv bir bölgənin müqəddəratı deməkdir. İfadələri işlətməkdə diqqətli olun. Kinqmart ( talk) 11:47, 22 may 2013 (UTC)
- Hörmətli Kinqmart —>Xatirinizə dəysə belə qeyd etməliyəm ki sizin tarix, etnoqrafiya və geosiyasət sahəsindəki bilikləriniz hələ kifayət qədər formalaşmayıb., Siz isə əlinizdə olan yeganə heç özünüz də dərindən bilmədiyiniz sahə üzrə iddia yürütməyə çalışırsınız. kimi cümlələr yazaraq müzakirədə əsas məsələdən şəxsi keyfiyyətlərə doğru sürüşdürmə etməyə başlayırsız. Buna ehtiyyac yoxdur: axı biz hər ikimiz də özümüzə hörmət edirik. Bizim bir-birimizlə problemimiz ola bilməz. Bu məsələdə mənim məlumatlılıq dərəcəm yəqin ki əslən ordan olmadığım üçün bəlkə sizdən daha az ola bilər, ancaq tarix, etnoqrafiya və geosiyasət sahəsindəki bilikləriniz hələ kifayət qədər formalaşmayıb. —> yəni məndə artıq yüksək səviyyədə formalaşıb ona görə də istənilən şəxsi bu sahədə iki kəlimə söhbətdən sonra qiymətləndirə bilirəm deyirsiz ?! Siz isə əlinizdə olan yeganə heç özünüz də dərindən bilmədiyiniz sahə üzrə iddia yürütməyə çalışırsınız. —> bu cümlənin mənasını isə mən anlamadım ! İndi isə əsas məsələyə keçək: mən türkəm və türk millətçisiyəm. Qaşqaçayda 297, 197, 97 il əvvəl və ya elə indi də saxur və ya qeyri-türk ünsürünün yaşamasını istəməzdim. Ancaq indi yox 20, 30, 40, 50,.....197 il əvvəl də burada əhalinin yalnız türklərdən ibarət olduğunu iddia etmək üçün mənə mənbə lazımdır, ancaq burada saxurların əsas əhali olduğunu təsdiq edən rəsmi sənəd var bəs sizin dediklərinizi (yəqin ki düzdür) hansı mənbə ilə təsdiq edə bilərik ? Əgər belə mənbələr yoxdur və ya hələlik əlçatan deyilsə lütfən özünüzündə polemika dediyniz müzakirəni müvəqqəti (yeni mənbələr əldə edəcəyiniz zamanadək) də olsa dayandıraq. Həqiqətəndə nəticəsiz müzakirə anlamsız vaxt itkisi olacaq. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 03:05, 23 may 2013 (UTC)
- Hörmətli həmkarım siz deyəsən məntiqi yanaşmalarla özünüzü də çətinliyə saldınız. Siz nahaq yerə göstərilən ərazini Zəngəzurla müqayisə edirsiniz. Zəngəzur hələlik və bəlkə də artıq türklərin yaşayış məskəni yad olunmayacaq. Ancaq Azərbaycanın şimal-qərb bölgəsi günü bu gün də respublikanın iki dövlətlə sərhədləndiyi regionu əhatə edir. Xatirinizə dəysə belə qeyd etməliyəm ki sizin tarix, etnoqrafiya və geosiyasət sahəsindəki bilikləriniz hələ kifayət qədər formalaşmayıb. Sizin nəzərinizə bir daha çatdırıram ki heç 197 il öncə belə Qaşqaçay əhalisinin etnik tərkibi saxurlardan ibarət olmayıb. Sizin mənbəə dediyin toplulardakı qeydlərə 20 il bundan əvvəl sahibəm və tam başdan-başa falsifikasiyalarla zəngin olduğu üçün bu toplulardan heç sitat gətirməyi də lazım bilməmişəm. Siz isə əlinizdə olan yeganə heç özünüz də dərindən bilmədiyiniz sahə üzrə iddia yürütməyə çalışırsınız. Vikipediya səhifəsi tədqiqat meydanı olmadığı ücün polemika açmaq fikrində deyiləm. Sizin vaxt itkisi saydığınız məsələ isə bütöv bir bölgənin müqəddəratı deməkdir. İfadələri işlətməkdə diqqətli olun. Kinqmart ( talk) 11:47, 22 may 2013 (UTC)
- Hörmətli həmkar doğru buyurursuz 97 il öncəsinə aid o tarix (filan ayın fəsməkan tarixinə) üçün verilmiş etnoqrafik görüntü əlbəttə aktuallığını itirmişdir. Misal üçün sizə bir nümunə verim: 1830-cu ildə indiki şimali İrandan gəlmiş kürdlərin məskunlaşması ilə xaraba Minkənd kürd kəndi oldu. Sonradan (tarixini bilmirəm) bura ermənilər yerləşmiş və Qaşqaçay məqaləsində qeyd etdiyim mənbədə verilən məlumata əsasən 1914-cü ildə ermənilərin sayı əhalinin yarısından çoxuna (yəni əsasən ermənilərdən ibarət olmuşdur) bərabər olmuşdur. Daha sonra ermənilər bu kəndi gəldikləri şəkildə (zorla gəlmişdilər o formada da qovuldular) tərk etdilər və 1919-cu ilin yaz aylarında bura Zəngəzur mahalından qovulmuş etnik türk/azərbaycanlı ailələr yerləşdi. 1926-ci il sa. zamanı Minkənddə 1355 nəfərlik əhalidən 594 nəfəri türk idi. Zaqatala dairəsində milli tərkibin dəyişilməsinə burada nəzər yetirin. Mən məqalədə yazmamışam ki indi belədir, yazmışam ki 1914-cü ildə elə idi. Lütfən müzakirəni davam etməyək, çünki bu yersiz vaxt itkisidir. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 02:45, 22 may 2013 (UTC)
- Hörmətli həmkarım bir daha nəzərinizə catdırıram siz Zaqatala dairəsindəki bu kəndlərdə və yaxud Qaşqaçay kəndində olsaydınız israrla bu fikrinizin üstündə durmazdınız.Siz başa düşməlisiniz ki 19-cu əsrdə hər hansı rus məmurunun yazdığı məlumat biz azərbaycanlılar üçün mənbəə ola bilməz.Sizin qəbul etdiyiniz mənbəə parametrlərinə qalsa onda Qarabağı da erməni torpağı kimi göstərməliyik.Sizin zəhmət çəkib mənbəə toplayıb bu qərara gəlməyinizə qaldıqda isə o demək deyildir ki sizin hər hansı zəhmətinizin müqabilində bütöv bir kənd və bölgə əhalisinin milli hissləri kölgə altına salınmalıdır.Dediyiniz həmin mənbəələr 200 ildir ki rus imperializminin Qafqazı istila etməsinə xidmət edir. Sizin sitat gətirdiyiniz Qafqaz təqvimi,AKAK və CMOMПK kimi toplulardakı etnoqrafik məlumatlar çoxdan öz reallığını itirib.Siz vikipediya qaydaları ilə yanaşı hər bir insan və xalqın milli maraqlarin tapdalanmasına yol verməməlisiniz.Onu da qeyd edim ki bu gün Azərbaycan tarixçiləri tərəfindən məsələyə dair yekun araşdırma aparılmaması vətəndaşların və ən nəhayət yüzillərdir orada yaşayan türklərin günahı deyildir. Kinqmart ( talk) 11:31, 21 may 2013 (UTC)
- Hörmətli həmvətənim salamlar. Mənim əsla kimlərinsə milli hislərinə toxunmaq fikrim olmayıb. Mən sadəcə mənbədə qeyd edilən məlumatları məqaləyə daxil etmişəm. Qafqaz Kalendarlarının hamısına və bir çox tarixi demoqrafik kitablara sahib olduğum üçün sizinlə bəzi məslələrdə razıyam: məsələn dediyiniz saxtakarlıq Zəngəzur və Lənkəran qəzlarına aid (dil-milliyyət) məlumatlarda mövcuddur, ancaq Zaqatala dairəsinə dair Çar dövrünə aid məlumatlar demək olar ki üst-üstə düşür. Ancaq yenə də qeyd edirəm redaktələr mənbəyə uyğun aparılır və siz Rus İmperiyası dövrünün rəsmi nəşrinin saxta olmağını və ya qərəzli olmağını yalnız elə həmin dövlətin digər rəsmi sənədi ilə isbat edə bilərsiz. Əgər belə məlumatı ehtiva edən sənədlərə sahibsəniz buyurun bizləri də tanış edin. Əgər belə sənədi mən tapsam onun məlumatlarını burada qeyd edəcəyimə əmin ola bilərsiz. Bu səbəbdən lütfən mənbəni təhrif etməyin, mənbədəki məlumatlar hətta saxta olsa belə onlar rəsmidir və mən onları əldə etmək üçün çəkdiyim zəhmətin heçə endirilməsini özümə qarşı hörmətsizlik olaraq qəbul edəcəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:44, 20 may 2013 (UTC)
Şotavar
redaktəSalam hörmətli Kinqmart. Bir məsələdə sizin biliklərinizə ehtiyyac duyulur: Qaxın Şotavar kəndi əhalisinə dair müxtəlif dövrlərə aid məlumatlarda bu kənddə əsasən türk, qismən saxur və az sayda ingiloy kökənli əhali yaşaması təsəvvürü yaranır. Hazırda vəziyyət necədir ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 08:08, 28 may 2013 (UTC)
Şəkil
redaktəSalam həmkar. Yüklədiyiniz şəkillərin adını məqalə adı ilə eyni yazın. Məsələn Babayev 1.jpg yox, Pyotr Babayev.jpg olmalıdır. Çünki bir problem olanda bilinməyəcək ki, bu hansı Babayevin şəkilidir. --Araz Yaquboglu (talk) 08:49, 21 aprel 2014 (UTC)
- Salam. İlisuda doğulanlar kateqoriyasını ona görə mən yaratdım ki, o məşhur bir kənddi və oranın şəxsiyyətləri də çoxdur. Hər kəndə bu kateqoriyanı aid etmək o qədər də məsləhət deyil. --Araz Yaquboglu (talk) 11:41, 30 aprel 2014 (UTC)
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Bakı Slavyan Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Məqalə laboratoriyası/Bakı Slavyan Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! İqtisadçı QVK məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/İqtisadçı QVK səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Fayl statusu Şəkil:Kəmaləddin Behzad - Xan Məhəmməd Ustaclının Əlaüddövlə Zülqədər oğulları ilə vuruşuna dair miniatür.JPG
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Kəmaləddin Behzad - Xan Məhəmməd Ustaclının Əlaüddövlə Zülqədər oğulları ilə vuruşuna dair miniatür.JPG yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 18:03, 14 avqust 2014 (UTC)
Fayl statusu Şəkil:Babayev 1.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Babayev 1.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 18:17, 14 sentyabr 2014 (UTC)
Fayl statusu Şəkil:Başıpozuq (Osmanlı ordusu).jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Başıpozuq (Osmanlı ordusu).jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 18:19, 14 sentyabr 2014 (UTC)
Fayl statusu Şəkil:Fikrət Məmmədov (hüquqşünas).jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Fikrət Məmmədov (hüquqşünas).jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. --INS Pirat (müzakirə) 07:14, 1 dekabr 2016 (UTC)
- Salam sizin mail ünvanınız varmı ? Bir mövzu ilə bağlı məsləhətləşmək istərdim.--Baskervill (müzakirə) 22:34, 14 oktyabr 2017 (UTC)
Əyyub Kərimov səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunana qədər məqalə Vikipediya:Silinməyə namizəd səhifələr#Əyyub Kərimov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bildirə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı məqaləni redaktə edə, o cümlədən müzakirədə qaldırılan problemləri həll etmək üçün məqaləni təkmilləşdirə bilər. Bununla belə, məqalənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
İntiqam Kərimov səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/İntiqam Kərimov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Paşa Məmmədov səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Paşa Məmmədov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Qaralama:İntiqam Kərimov səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Qaralama:İntiqam Kərimov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Vüsal Hacı Qədir səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Vüsal Hacı Qədir səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.