Istifadeci Muzakiresi Crepusculum Arxiv 9 - Wikipedia
Ana səhifə
redaktəSalam. Ana səhifədə hər hansı ciddi dəyişiklik etməmişdən qabaq müzakirə etməyinizi xahiş edirəm.--Emin ismarıc 13:15, 14 aprel 2019 (UTC)
- Salam, Eminn bəy. Qəbul edirəm ki, sözügedən dəyişikliyi etdiyim zaman heç kiminlə razılaşmadım. Çünki, bilirdim ki, çox adam mənimlə razılaşmayacaq. Məni tanıyan hamı bilir ki, illərdir ki, Azvikinin keşiyində dayanıram və bu işi həyatımın sonuna qədər davam etdirməyi düşünürəm. Yəni ki, məndən bura heç bir ziyan dəyməz. Günün seçilmiş şəkili çox abusurt söhbətdir. Hansı şəkil ? , hansı seçilmiş ? həmin fotoları azvikimi seçib ? Bizim təyin etmədiyimiz şəkillər niyə Azvikidə yayımlanmalıdır ? Bu sualların heç bir cavabı yoxdur. Bütün bunlardan əlavə günün seçilmiş şəkili bölməsi Ana səhifə üçün problemlidir. Həmin şəkilləri bir çoxu forma və ölçü baxımından uyğunsuz olur və beləliklə, Ana səhifənin aşağı-sağ tərəfində boşluq yaranır. Bu bölmənin tamamilə ləğv edilməsi üçün hansı tədbirlərin görülməsini məsləhət görərdiniz ? --Baskervill (müzakirə) 03:57, 16 aprel 2019 (UTC)
- Eminn son yazdığıma bir cavabınız yoxdur ? --Baskervill (müzakirə) 01:44, 20 aprel 2019 (UTC)
- Baskervill, gec cavablandırdığım üçün üzr istəyirəm. Absurd hesab etmirəm. Günün seçilmiş şəklinin commonsdan götürülməsi ilə bağlı bir neçə il əvvəl müzakirə olduğunu xatırlayıram, amma arxivdən tapa bilmədim. Məncə, görüntü üçün seçilmiş şəklin olması yaxşı haldır. Problem bizim ana səhifə ilə bağlıdır, bir az səliqəyə salmaq lazımdır. Bölmələrin hamısı bir birinə bağlıdır, hər həftə bölmələrin məzmunu dəyişəndə uyğunsuzluq yaranır.--Emin ismarıc 09:58, 22 aprel 2019 (UTC)
Verman1-in bloklanması
redaktəXahiş edirəm, Verman1-in blokunu açmayın. O 3 dəfə mənim redaktəmi arxaya qaytararaq, qaydanı pozub. Bundan əlavə o məqalədə hər şey düzdü.--Azerifactory (müzakirə) 22:22, 5 may 2019 (UTC)
Notification of emergency desysop
redaktəYour administrator access has been removed as a result of wheel warring. Thank you. — regards, Revi 06:12, 14 may 2019 (UTC)
- Hi, @-revi,
I work for Azerbaijani Wikipedia close to 10 years. During this time, I wrote 1,500 articles and organized at least ten local wiki conference. Everybody knows me in Azviki and knows what kind of character I have. It's important for me to have a sysop to create the homepage, News sections and stop some vandalism events. For all these reasons, I would ask you to return my sysop status.--Baskervill (müzakirə) 08:41, 14 may 2019 (UTC)
İdarəçi hüququ
redaktəHörmətli Baskervill, sizi yenidən vikipediyanın azərbaycanca dil bölməsinin idarəçisi seçilməyiniz münasibəti ilə təbrik edirəm. "İdarəçilərin fəaliyyəti ilə tanış olub, fəaliyyətə başlaya bilərsiniz" cümləsini qeyd etməyə ehtiyac olmasa da bunu yazmağa borcluyam. Uğurlar. Hörmətlə --eldarado ✉ 20:14, 31 may 2019 (UTC)
- Təbrikə məndə qoşuluram. Fəaliyyətinizdə uğurlar arzulayıram. Dərin hörmətlə, Turkmen müzakirə 20:17, 31 may 2019 (UTC)
- Təbrik edirəm.--NMW03 (müzakirə) 20:20, 31 may 2019 (UTC)
- Salam cənab Eldarado diqqətiniz və xoş sözləriniz üçün təşəkkür edirəm. Məni təbrik edən Turkmen və NMW03 adlı yoldaşlarada öz növbəmdə çox sağolun deyirəm. --Baskervill (müzakirə) 20:24, 1 iyun 2019 (UTC)
- Təbriklər. --Araz Yaquboglu (müzakirə) 14:36, 2 iyun 2019 (UTC)
- Təbriklər. Sizə uğurlar arzulayıram. Hörmətlə:Rüfət.S Aslanbəyli (müzakirə) 21:34, 5 iyun 2019 (UTC)
- Təbriklər. --Araz Yaquboglu (müzakirə) 14:36, 2 iyun 2019 (UTC)
- Salam cənab Eldarado diqqətiniz və xoş sözləriniz üçün təşəkkür edirəm. Məni təbrik edən Turkmen və NMW03 adlı yoldaşlarada öz növbəmdə çox sağolun deyirəm. --Baskervill (müzakirə) 20:24, 1 iyun 2019 (UTC)
Yazdığız maqala urmu haqqinda
redaktə--5.234.140.102 13:05, 8 iyun 2019 (UTC)umrunu ki kürdce ve asorce yazipsan olarə sil çunku urmu Türk yurdudu ve Türk yurdu qalacax ve lazim dayir siz kimi satqinlar galip urmunu kürdce yaza urmunun 90% cəmiyati Türkdur sən na haqnan yazipsan 70% yazixlar olsun sənə ve min yazixlar olsun bizə ki sənə tay satqin vətəndaşımız var ha urmunu kürdce yaz haman kürdler ki 70 il qabax simitgo bişerefile bütün urmu daki ata analari qirdilar. Bu yalan sözləri ki urmunun 25% kürdde əyər kürdlər yazsaydi diyərdix ha goy yazsin çun hammi bilir urmu Türkdu amma da öz vətəndaşimiz yazanda adamın ciyərləri yanir ki allah niyə gelek bize xayanat ola. BU TOPRAXDAN PAY OLMAZ URMU KURDUSTAN OLMAZ. səndə əyər bu toprağa ırqin var götür o sözləri tazdan yaz duzət çunki urmunun yaşayanları bizix və bizdə bilirix ki urmuda 25% kürd yalan sözdu ve nəqədər kürd ki burda var hamısı bizə duşmandılar çunki bizim bütün mazlom ata analarımızı öldürüplər
- Azərbaycanca Vikipediyada kiməsə mesaj yazan zaman dilin qaydalarını gözləmək lazımdır. Belə başa düşdüm ki, siz ümumiyyətlə vikipediyanın nə demək olduğundan xəbərsiz bir şəxsiniz. Bu saytda sizə xoş gəlsin deyə, girib hansısa məqalədə olan məlumatı anidən silmək olmaz. İdarəçi olaraq həmin istifadəçilər tərəfindən törədilmiş zərərli fəaliyyətlərin aşkarlanması və qarşısının alınması bizim üzərimizə düşən əsas vəzifələrdən biridir. Millətçilik hissiniz sizi ağır sözlər yazmağa belə vadar edib. Vətəndaş, bura facebookda səhərdən-axşama qədər uzun-uzadı şərhlər yazacağınız yer deyil, heç mənə maraqlı da deyil ki, orada nə qədər kürd, nə qədər türk yaşayır. Fakt ondan ibarətdir ki, o çoğrafiyada yaşayan xalqların dilində də bu gölün adlandırılması mövcuddur və həmin xalqlar kifayət qədər gölə yaxın olan ərazilərdə məskunlaşıblar. --Baskervill (müzakirə) 23:06, 8 iyun 2019 (UTC)
Müraciət
redaktəHörmətli Baskervill, Sizin burada yazdığınız mesaj Vikipediya:Nəzakət, Vikipediya:Etiket, Vikipediya:İdarəçilərin fəaliyyəti prinsipləri ilə ziddiyət təşkil edir. İstifadəçinin vikipediyanın əsas prinsiplərini bilməməsini vurğulamaq, fəaliyyətini davam etdirməyə həvəsləndirmək əvəzinə fəaliyyətinizi bərpa eləsəz etibarınız azalacaq demək vikipediyaya fayda vermir. Nəzərə alın ki, Sizin yazılarınızı təkcə qarşı tərəf yox bütün vikicəmiyyət görür və yeni istifadəçilər bundan pis nümunə götürə bilər. Gələcək fəaliyyətiniz bunları nəzərə almağınızı xahiş edirəm.--Emin ismarıc 17:32, 10 iyun 2019 (UTC)
- Salam cənab Eminn. Hər zaman Azvikidə qeyri-ensiklopedik məzmunlu məqalələrin yaradılmasına qarşı olmuşam və bu tipli məqalələri yaradan istifadəçilərə, idarəçilərə qarşı mübarizə aparmışam. Mənim üçün Azvikidə şəxsi heç nə yoxdur və insanların bura olan həvəslərinin artmasına, azalmasına görə hər hansısa formada məsuliyyət daşımıram. İnsanların şəxsi tanışıqları əsasında kimlərinsə haqqında məqalə yazması Azviki üçün böyük bir zərbədir. Gəlin qəbul edək ki, biz indi bunun üzərində düşünməli və mümkün çıxış yollarını müzakirə etməliyik, hansısa istifadəçinin Azvikidən küsüb getməsini yox. Hörmətlə:--Baskervill (müzakirə) 22:51, 15 iyun 2019 (UTC)
- Hörmətli Baskervill, mübarizədə kimsə qalib olmalıdır, qalib varsa, məğlub da var. Mən təklif edirəm, elə məqalələr yaradan istifadəçilərə kömək edək, bəlkə düzgün başa düşməyiblər. Onu da nəzərinizə çatdırım ki, bir bürokrat kimi istifadəçilərlə münasibətinizə görə məsuliyyət daşıyırsınız. Vikipediya:İdarəçilərin fəaliyyəti prinsipi ilə tanış olsanız, orda bu məsələlər qeyd olunub. Əgər heç bir məsuliyyət olmadan fəaliyyət göstərmək istəyirdinizsə, onda bürokrat statusu nəyə lazım idi? Azvikini lazımsız məqalələrdən təmizləmək bir neçə günün işidir, amma yaxşı mehriban münasibətlər olan kollektiv yaratmağa illər lazımdır, ona görə heç bir müzakirədə aqresiv olmaq olmaz, istifadəçilərin münasibətindən asılı olmayaraq. Bunu qaydalar tələb edir. Nəzərə almağınızı xahiş edirəm.--Emin ismarıc 17:37, 19 iyun 2019 (UTC)
Blok
redaktəSalam Baskervill. Buradakı qaydaya görə istifadəçi Masalli qasimlinın məqalədən şablonu çıxarması qayda pozuntusu deyil. Əslində o bunu sizlə müzakirə etsə daha yaxşı olardı. Onu blokdan çıxarmağınız yaxşı olardı. --Araz Yaquboglu (müzakirə) 15:22, 16 iyun 2019 (UTC)
- Araz Yaquboglu mənim redaktəmin geri qaytarılmasının səbəbi istifadəçinin bababsı haqqında yazmış olduğu məqalənin üzərinə əlavə etdiyim şablonla bağlı idi. 10 illik vikipediya fəaliyyətimə arxalanaraq, bu günə qədər zərərli fəaliyyətimin olduğunu xatırlamıram və hesab edirəm ki, kimsə mənim redaktələrimi geri qaytarırsa, bu barədə məni məlumatlandırmalıdır. --Baskervill (müzakirə) 19:43, 16 iyun 2019 (UTC)
- Bəli həmkar. Sizinlə bu barədə yazışsa daha yaxşı olardı. Yenə də siz böyüklük edib güzəştə gedə bilərdiz (blok barədə). --Araz Yaquboglu (müzakirə) 14:29, 17 iyun 2019 (UTC)
- Cənab Araz Yaquboglu böyüklük bəndəyə yox, Allaha məxsus bir xüsusiyyətdir.--Baskervill (müzakirə) 23:02, 17 iyun 2019 (UTC)
- Bəli həmkar. Sizinlə bu barədə yazışsa daha yaxşı olardı. Yenə də siz böyüklük edib güzəştə gedə bilərdiz (blok barədə). --Araz Yaquboglu (müzakirə) 14:29, 17 iyun 2019 (UTC)
Müraciət
redaktəSalam hörmətli Eminn, Araz Yaquboglu və Azerifactory. Bildiyiniz kimi Fəyyaz Fərəcov məqaləsi 2018-ci ilin yanvar ayında SNS-ə əlavə olunub və etibarlı mənbələr olduğundan müzakirə nəticəsində, məqalənin saxlanılmasına qərar verilib. 16 iyun, 2019-cu ildə məqalə yenicə idarəçi seçilmiş Baskervill tərəfindən SNS-ə əlavə olunub. Məqalədən Silinməyə namizəd şablonunu sildim və yazdım ki, Məqalə 1 dəfə SNS-ə əlavə olunub və saxlanılmasına qərar verilib. Məqalənin müzakirə səhifəsində yazılıb: Bu məqalə Vikipediyanın səhifə silmə kriteriyalarına uyğun gəlmədiyinə görə silinə bilməz. Əgər səhifənin Vikipediyada qalmasına şübhəniz varsa Arxivdə saxlanılan müzakirələrlə tanış ola bilərsiniz. Silinməyə namizəd səhifədə aparılan müzakirələr nəticəsində məqalənin saxlanılmasına qərar verildiyi üçün bu məqalənin silinməsi qadağandır. Buna görə Baskervill məni həm feysbukda, həm də vikipediyada bloklayıb. Xahiş edirəm, məqaləni SNS-dən çıxarıb blokumu açasınız. Hörmətlə: --Mehdi Fəyyazov (Fikrini de) 10:24, 17 iyun 2019 (UTC)
- Cənab Mehdi Fəyyazov (Fikrini de) adını bura işarələndiyiniz yoldaşlar sizə cavab verənə qədər gəlin sizin suallarınızı mən cavablandırım. Facebookda blok siyahısına əlavə edilməyinizin səbəbi mənə durmadan mesaj yazmağınızla bağlıdır ki, bu mənim zamanımı alır. Mənim çox pis bir xasiyyətim var. Mənə kim mesaj yazıbsa gərək ki, onun mesajına mütləq şəkildə cavab verim. Vikipediyada 1 həftəlik müddətə bloklanmağınızın səbəbi isə idarəçinin redaktəsinin xəbərdarlıq olmadan və heç bir əsas olmadan geri qaytarmağınızla bağlıdır. Sizə əsas olaraq görünən xüsusiyyətlərin heç biri əsas təşkil etmir. Harada yazılıb ki, SNS-ə əlavə edilmiş məqalənin növbəti dəfə ora əlavə edilməsi qadağandır ? Bu absurd fikir sizə haradan vaqe olub ? İddia edirsiniz ki, Baskervill yenicə idarəçi seçilib. Mənim 2012-ci ildən bəri idarəçi olduğumdan xəbəriniz varmı sizin cənab ? Mənim üçün vikipediyada şəxsi heç nə yoxdur. Sənin məqalən, mənim məqaləm söhbəti yoxdur burada. Vikipediyanın qaydaları və məqalələri var. Məqalənin saxlanılması üçün heç bir ciddi müzakirə aparılmayıb və bir ağızdan şəxs ensiklopedikdir demək məqaləni və şəxsi ensiklopedikləşdirmir. Daha ətraflı fikirlərimi müvafiq səhifəyə əlavə edəcəm və sizi əmin edirəm ki, bu şəxsin ensiklopedik olduğu tam formada isbat edilməyənə qədər bu işdən əlimi çəkməyəcəm. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm. Blok müddətinizi vaxtından əvvəl açıram və sizdən kiçik bir rica edirəm ki, bir daha mənim redaktələrimi hər hansısa formada geri qaytarmayın. Çox təəssüflə qeyd etməliyəm ki, bu dəfə sizin bloklanma müddətiniz daha uzun müddətli olacaqdır. --Baskervill (müzakirə) 22:33, 17 iyun 2019 (UTC)
- Cavab: Hörmətli Baskervill, əvvəla feysbukda siz mənə dostluq göndəribsiniz və mənə yazıbsınız ki, idarəçi seçilməyinizlə bağlı səsvermədə iştirak edim. Mən də məmnuniyyətlə iştirak etmişəm, və sizə dəstək vermişəm. Mən sizə durmadan nə mesaj göndərmişəm? Yalnız vikipediya ilə bağlı mesaj göndərmişəm, o da durmadan olmayıb. Siz də mənə mesajlar yazıbsınız. Əgər sizin üçün yorucu və ya vaxt itkisi olubsa, bunu mənə bildirərdiz. Daha məni blok niyə edirdiz? İkinci məsələyə aydınlıq gətirmək istəyirəm. Mən sizin redaktənizi ona görə geri qaytardım ki, məqalənin müzakirə səhifəsində qeyd ola-ola yenidən SNS-ə əlavə etdiyiniz üçün. Bunu sizə hörmətli Araz Yaquboglu da yazmışdı. Siz isə mənə heç bir xəbərdarlıq etmədən eyni anda məni həm, feysbukda blok etdiniz, həm vikipediyada. Onu da qeyd etmək istəyirəm ki, mən feysbukda yaradılan az-viki15 qrupununa da üzv ola bilmirəm. Ümid edirəm, digər dəyərli İdarəçi və istifadəçilər, bu barədə fikir bildirəcəklər. Bir daha sizin və ya bir başqasının redaktələrini geri qaytarmaqdan öncə, idarəçilərə bildirəcəyəm. Sizə də ışlərinizdə uğurlar arzulayıram. Hörmətlə:--Mehdi Fəyyazov (Fikrini de) 00:57, 18 iyun 2019 (UTC)
Elmar Məmmədyarov
redaktəSalam, Baskervill. Bir Bürokrat kimi Elmar Məmmədyarov məqaləsində NMW03 adlı idarəçinin törətdiyi vandalizmə, redaktə müharibəsinə və özbaşına olaraq məqalənin redaktəsini ancaq idarəçilər üçün bağlamasına qarşı bir tədbir görün.--Thunder Storm (müzakirə) 12:54, 3 iyul 2019 (UTC)
- Mübahisə artıq öz həllini tapdı, yuxarıda yazdığımı iqnor edin. --Thunder Storm (müzakirə) 14:06, 3 iyul 2019 (UTC)
- Verman1 başlatmış olduğunuz müzakirəni əvvəlcədən izləyirdim. Elmar Məmmədyarovun Azərbaycan dilini bilmədiyini iddia etməniz səhv addım idi. Çünki, bir şəxsin bir dili zəif bilməsi, başa düşüb, cavablandırma bilməməsi və ya heç bilməməsi arasında ciddi fərqlər mövcuddur. Zəhmət olmasa bizim yeni idarəçimizə təziq edib, məqalə üzərindəli arzuladığınız dəyişikliklərə nail olmağa çalışmayın. Sizin kimi sosial şəbəkələri və mətbuatı bizlərdə izləyirik. Hörmətlə:--Baskervill (müzakirə) 02:00, 4 iyul 2019 (UTC)
İncə dərəsi
redaktəSalam həmkar. Necəsiniz? Bəli mən Qazaxın Aslanbəyli kəndindənəm. Xatırlayırsınızsa daha öncə sizinlə yazışmışdıq. Əsasən Qazax Ağstafa haqqında, onun görkəmli şəxsləri haqqında məqalələri zənginləşdirirəm. [email protected] mənim @mail adresimdir. Rayonun, İncə dərəsinin tarixi, coğrafiyası, görkəmli şəxsləri və.s barədə nə sualınız olsa buyurub yaza bilərsiniz. Hörmətlə: Rüfət.S Aslanbəyli (müzakirə) 12:19, 5 iyul 2019 (UTC)
White Demon ulduzu
redaktəWhite Demon ulduzu | ||
Konniçiva, bəy! İndiyə kimi Vikipediya üçün verdiyiniz töhfələr, istər onlayn, istər oflayn fəaliyyətiniz, 9371 kilometr uzaqlıqda olsaz belə, Vikipediyaya hələ də nəsə qatmağa davam etdiyiniz üçün bu mükafatı təqdim edirəm! Hörmətlə,--127-ci yapon imperatoru 11:40, 12 iyul 2019 (UTC)
|
- さん 127-ci yapon imperatoru あなたのお気に入りの写真を追加してください. この賞は私のウィキペディアの活動にとって本当に重要です --Baskervill (müzakirə) 16:43, 12 iyul 2019 (UTC)
- どうぞ、どうぞ。でも、どうして私の一番好き写真を見たがるか。分かりませんでした。--127-ci yapon imperatoru 20:33, 12 iyul 2019 (UTC)
- O gün olsun ki, gələn mükafatı mənə tarixi yapon torpaqları olan kuril adalarında təqdim edəsən :)) Cənab 127-ci yapon imperatoru--Baskervill (müzakirə) 20:44, 12 iyul 2019 (UTC)
- Ruslar imkan versələr)))--127-ci yapon imperatoru 20:46, 12 iyul 2019 (UTC)
- 127-ci yapon imperatoru mən yazmışam ki, nəsə sənin şəkillərini görmək istəyirəm ? :))--Baskervill (müzakirə) 20:59, 12 iyul 2019 (UTC)
- Yazmısan ki, ən sevdiyim şəkli at zəhmət olmasa)) hər ehtimala müəllimimdən də soruşdum, o da eyni tərcüməni etdi)) --127-ci yapon imperatoru 21:03, 12 iyul 2019 (UTC)
- 127-ci yapon imperatoru mən yazmışam ki, nəsə sənin şəkillərini görmək istəyirəm ? :))--Baskervill (müzakirə) 20:59, 12 iyul 2019 (UTC)
- Ruslar imkan versələr)))--127-ci yapon imperatoru 20:46, 12 iyul 2019 (UTC)
- O gün olsun ki, gələn mükafatı mənə tarixi yapon torpaqları olan kuril adalarında təqdim edəsən :)) Cənab 127-ci yapon imperatoru--Baskervill (müzakirə) 20:44, 12 iyul 2019 (UTC)
- どうぞ、どうぞ。でも、どうして私の一番好き写真を見たがるか。分かりませんでした。--127-ci yapon imperatoru 20:33, 12 iyul 2019 (UTC)
Kömək
redaktəSalam, hörmətli Baskervill. Sizcə Nintendo World Championships məqaləsinin adı azərbaycanca Nintendo World Championships, yoxsa Nintendo Dünya Çempionatı olmalıdır? -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 22:17, 30 iyul 2019 (UTC)
- Salam, hörmətli Hüseynzadə. Bu tip məsələlərdə, açığı özüm digər yoldaşlardan köməklik istəyirəm. Hesab edirəm ki, sualınıza Cavidaga, HulaguKaan və ya idarəçilərdən 127-ci yapon imperatoru daha dəqiq və doğru cavab verə bilər. Mənə qaldıqda isə mən, Nintendo Dünya Çempionatı variantına üstünlük verərdim.--Baskervill (müzakirə) 21:05, 15 avqust 2019 (UTC)
- Hüseynzadə, Nintendo Dünya Çempionatları daha düzgündür məncə.--127-ci yapon imperatoru 21:13, 15 avqust 2019 (UTC)
- Çox sağ olun, White Demon, Baskervill. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 22:13, 15 avqust 2019 (UTC)
- Hüseynzadə, White Demon, orijinalını saxlamaq lazımdır. Video oyun çempionatları və turnirlərinin elə adları olur ki, biz onu Azərbaycan dilinə tərcümə edə bilmərik (necə ki, Shoot em' up kimi janrların adı olduğu kimi yazılır). Buna görə də ikili standart saxlamaq olmaz. --► Hörmətlə: SolaVirum 01:20, 16 avqust 2019 (UTC)
- Solavirum, rus dilinə en:League of Legends World Championship məqaləsi ru:Чемпионат мира по League of Legends deyə tərcümə olunub. Bu mövzular ümumiyyətlə qarışıqdır. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 16:16, 16 avqust 2019 (UTC)
- Hüseynzadə, bilirəm, lakin bu turnirlərin bəzilərinin adları ingilis dilinə xas və dilimizə tərcümə olunmayan küçə sözlərini də ehtiva edir. Ons görə də düşünürəm ki, belə daha asan olacaq bizim üçün. --► Hörmətlə: SolaVirum 16:59, 16 avqust 2019 (UTC)
- Solavirum, ola bilər, əslində razıyam. Amma, məncə, bəzi istisnalar var ki, tərcümə edilməlidir. League of Legends dünya çempionatı, Klassik Tetris dünya çempionatı kimi nümunələr. Çünki digər idman növlərində də belə turnirlər tərcümə edilir. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 21:45, 16 avqust 2019 (UTC)
Zaur Mirzəzadə məqaləsi niyə silinir ?
redaktəSalam, Zaur Mirzəzadə kino prodüser və kino rejissor üçün səhifə yaratmaq istəyirdik silindi, bu artıq neçənci dəfədir. Ya biz düz eləmirik ya siz? Mən sizə e-poçt a göndərmişəm məzmunu, sizcə bu ensiklopedik məlumat deyil? deyilsə niyə? Təşəkkür edirəm! — Bu imzasız yazı ZaurMirzezadeh (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Salam, zəhmət olmasa müraciət edən zaman böyük hərflərdən istifadə etməyin. Nida və sual işarələri ilə danışmaq sizi haqlı göstərmir. Sözügedən məqalə məndən əvvəl düz 9 və 7 il bundan əvvəl iki idarəçi tərəfindən də silinmişdir. Görünür ki, siz və ya sizdən əvvəl kimsə həmin məqaləni III dəfə də, yaratmağa cəhd göstərib. Şəxsin, ensiklopedik olmadığını düşündüyümüz üçün məqalə silinmişdir. Unutmayın ki, vikipediya bir ensiklopediyadır, məlumat bankı deyil. Hörmətlə:--Baskervill (müzakirə) 19:47, 15 avqust 2019 (UTC)
Salam Baskervill. VP:SNS ilə bağlı 2 məsələni diqqətinizə çatdırmaq istərdim. İlk öncə VP:SSK-ya əsasən VP:SNS-ə yalnız gündəlik 3 məqalə təqdim edilə bilər. Siz artıq burada 4-cü məqaləni təqdim etmisiz. Lütfən məqaləni çıxarıb sabah təqdim edin. Birdə burada mənim şərhimə silinmə şablonu əlavə etmisiz. Zəhmət olmasa bunu bir daha etməyin. Həmin müzakirənin gedişini izləyirəm, əgər konkret arqument olmasa məndə silinmə şablonunu əlavə edəcəm. --Turkmen müzakirə 19:05, 20 avqust 2019 (UTC)
- burada olan problem nə ilə bağlıdır ? Silinməyə namizəd səhifəsindəki məqaləni təqdim edən şəxs olaraq, yəgin ki, məqalənin silinməsini düşünmüsüz. --Baskervill (müzakirə) 20:54, 20 avqust 2019 (UTC)
- Baskervill məqalənin ensiklopedik olmaması ilə bağlı şübhəm var. Bu səbəbdən VP:SNS-ə təqdim etmişəm. Ancaq bu o demək deyil ki, məqalənin silinməsini istəyirəm. VP:SNS müzakirə səhifəsidir və mən də hələki mövqeyimi ortaya qoymağa tələsmirəm. Başqalarının fikri də maraqlıdır. Ümumən isə digər istifadəçilərin şərhlərinə müdaxilə etmək düzgün deyil. Bu arada birinci keçid barədə fikrinizi öyrənə bilmədim. VP:SSK tərəfinizdən pozulub.--Turkmen müzakirə 21:16, 20 avqust 2019 (UTC)
Qara dəlik - Laboratoriya
redaktəSalam, hörmətli Baskervill. Zəhmət olmasa, laboratoriyaya namizəd məqalələr siyahısına əlavə etdiyim Qara dəlik məqaləsinə nəzər yetirərdiniz. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 13:47, 29 avqust 2019 (UTC)
- Salam, cənab ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊, mən məqaləni laba əlavə etmək istəyərkən keçən il oxşar vəziyyətin baş verdiyini və məqalənin qəbul olunmadığını gördüm. Zəhmət olmasa məqalənin indiki vəziyyəti ilə buradakı vəziyyəti arasındakı fərqlər və səhvlərin aradan qaldırılması ilə bağlı məlumat verərdiniz. --Baskervill (müzakirə) 13:50, 29 avqust 2019 (UTC)
- Tarixçədə də göründüyü kimi keçən dəfəki namizədlikdən bu yana bütün məqaləni bir də nəzərdən keçirib məqalədə olan cümlə xətalarını, leksik və orfoqrafik xətaları əlimdən gəldiyi qədər düzəltmişəm. Həmçinin demək olar ki, bütün təsvirlərdəki yazıları Azərbaycan dilinə tərcümə edib əlavə etmişəm. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 14:01, 29 avqust 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Crepusculum/Arxiv 9! Sizi Əlincə qalası məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Əlincə qalası səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Laboratoriyaya namizəd siyahısı
redaktəSalam. Bağışlayın, narahat edirəm. Mən laboratoriyaya namizəd siyahısına siyahı vermişəm. Adı Əhalisinə görə meqapolislərin siyahısıdır. Zəhmət olmasa, nəzərdən keçirə bilər və qəbul edilib edilmədiyi barədə rəy yaza bilərsiniz? Məqaləni tr vikipediya və envikidən tərcümə etmişəm. Buna görə də istinad sayı azdır. Lakin əlimdən gələn qədər istinad verməyə çalışmışam. Üstəlik, elə 1 istinad məqalədəki bütün "siyahı" başlığını ödəyir ki, elə tr vikidə də yalnız bu mənbə göstərilib. Bundan əlavə, əgər məqalə laboratoriyaya qəbul edilsə, məsləhət və rəylərlə, həmçinin viki icmanın köməyi ilə inkişaf edə bilər. -- İstifadəçi:Rüfət Həsənli 19:25, 6 sentyabr 2019 (UTC)
Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Crepusculum/Arxiv 9,
The Wikimedia Foundation is asking for your feedback in a survey about your experience with Vikipediya and Wikimedia. The purpose of this survey is to learn how well the Foundation is supporting your work on wiki and how we can change or improve things in the future. The opinions you share will directly affect the current and future work of the Wikimedia Foundation.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Crepusculum/Arxiv 9,
The Wikimedia Foundation is asking for your feedback in a survey about your experience with Vikipediya and Wikimedia. The purpose of this survey is to learn how well the Foundation is supporting your work on wiki and how we can change or improve things in the future. The opinions you share will directly affect the current and future work of the Wikimedia Foundation.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Crepusculum/Arxiv 9,
The Wikimedia Foundation is asking for your feedback in a survey about your experience with Vikipediya and Wikimedia. The purpose of this survey is to learn how well the Foundation is supporting your work on wiki and how we can change or improve things in the future. The opinions you share will directly affect the current and future work of the Wikimedia Foundation.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Crepusculum/Arxiv 9! Sizi Antarktida məqaləsinin status alması üçün Vikipediya:Laboratoriya/Antarktida səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Reminder: Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Crepusculum/Arxiv 9,
A couple of weeks ago, we invited you to take the Community Insights Survey. It is the Wikimedia Foundation’s annual survey of our global communities. We want to learn how well we support your work on wiki. We are 10% towards our goal for participation. If you have not already taken the survey, you can help us reach our goal! Your voice matters to us.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Reminder: Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Crepusculum/Arxiv 9,
There are only a few weeks left to take the Community Insights Survey! We are 30% towards our goal for participation. If you have not already taken the survey, you can help us reach our goal! With this poll, the Wikimedia Foundation gathers feedback on how well we support your work on wiki. It only takes 15-25 minutes to complete, and it has a direct impact on the support we provide.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Xahiş
redaktəSalam hörmətli Crepusculum/Arxiv 9. Mənim yaratdığım bir sıra ensiklopedik məqalələri bu səhifəyə təqdim edərək sildirməyə çalışırlar. Zəhmət olmasa həmin səhifəyə daxil olaraq səhifənin Aydın Məmmədov (tarixçi) bölməsindəki səsvermədə iştirak edərək məqaləmə dəstək olun.--Wikipediya M (müzakirə) 06:05, 6 oktyabr 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam. Mən sizi Əhalisinə görə meqapolislərin siyahısı məqaləsinin Seçilmiş siyahı statusu alması üçün Vikipediya:Laboratoriya/Əhalisinə görə meqapolislərin siyahısı səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Diqqətiniz üçün təşəkkür edirəm! |
"Rasim Mövsümov" səhifəsi
redaktəMaraqlıdır, mövcud olmayan istinadları saxlayıb, yeni və mövcud istinadları silmisiniz, niyə?
Müraciət
redaktəSalam Hörmətli Baskervill.Sizin Facebook hesabınız varmı?Əgər varsa orada əlaqə saxlaya bilərik?II Sadam Husein I'm muslim📨 10:39, 17 oktyabr 2019 (UTC)
- Salam. Mənimlə əlaqə saxlamaq istəyiniz nə ilə bağlıdır ? Mümkün olsa mənə e-mail göndərə bilərsiz. --Baskervill (müzakirə) 11:18, 28 oktyabr 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam. Mən sizi Əhalisinə görə meqapolislərin siyahısı məqaləsinin Seçilmiş siyahı statusu alması üçün Vikipediya:Seçilmiş siyahı namizədləri/Əhalisinə görə meqapolislərin siyahısı səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Diqqətiniz üçün təşəkkür edirəm! |
Salam. Elvin Abbasov məqaləsinə "SNS" şablonu əlavə etmişdiz. Lakin məqalənin özünü VP:SNS-ə əlavə etmədiyinizə görə o şablonu məqalədən silib, məqalə üzərində işim davam etdiyi üçün də "iş gedir" şablonunu yenidən əlavə etdim məqaləyə (daha əvvəl səhvən silmişdim o şablonu ("iş gedir" şablonunu) məqalədən). Sizdən daha əvvəl də idarəçi və bürokrat həmkarınız Eldarado məqaləni birbaşa silmişdi. Mən ona müraciət etdikdən sonra, sağolsun, bərpa elədi məqaləni. Baskervill, sizin mənə qarşı olan aqresiya, kin və qərəzinizi başa düşürəm. Lakin biraz səbirli olun, məqalə üzərindəki işimi bitirim, sonra nə istəsəz edərsiz.--samral müzakirə 10:09, 21 noyabr 2019 (UTC)
- Salam hörmətli Samral, fikrimcə heç bir qərəzlik yoxdur. Baskervill SNS-ə də təqdim etmişdi məqaləni lakin gün ərzində üç məqalə təqdim olunduğu üçün mən oradakı redaktəni geri qaytardım. Məqalədən SNS şablonunu götürməyi unutmuşam. Səhv mənim olub, bunun üçündə arada incikliyin olmasını istəmirəm. Uğurlar. --eldarado ✉ 19:14, 21 noyabr 2019 (UTC)
- Mənim sizə və yaxud başqa bir idarəçi/istifadəçi şəxsə qarşı heç bir qərəz və aqresiyam yoxdur. Ensiklopedik əhəmiyyətlilik haqqında qaydalar tam hazırlanmadığı üçün bu tipli problemlər baş verir. Buradakı əsas məqsəd və hədəfimiz Azvikini zərərli məqalələrdən qorumaqdır. --Baskervill (müzakirə) 02:42, 25 noyabr 2019 (UTC)
- @Baskervill, bilirsiz, gəlin bir-birimizi aldatmayaq. Mənim idarəçilikdən çıxarılmağım üçün olan etimad səsverməsində necə hamıya 1-1 yazıb mənim əleyhimə səs verməklərini "məsləhət" görməyivizi hamı bilir. Özünüz də etiraf etmisiz bunu. Hələ bu uzaq keçmişdi. Yaxın keçmişdə də bir neçə həftə əvvəl 3 məqaləmi birdən bir gündə silinməyə namizəd (halbuki onlardan iksi kitab idi və bizdə kitabların ensiklopedikliyi haqqında səsvermə ilə təsdiq olunmuş rəsmi prinsip olduğu üçün SNS iddianızı o qaydayla əsaslandırmalı olduğunuz halda, bir bürokrat olaraq bunu etməmişdiz, elə bu fakt özü də sizin mənə qarşı necə qərəzli olduğunuzu göstərir) etmişdiz. Hər halda bunun təsadüf olduğunu iddia etməyəcəksiz, çünki 5 yaşlı uşaq belə bunun təsadüf olduğuna inanmaz. Lakin bilin ki, necə ki bir neçə həftə əvvəl 1 gündə SNS etdiyiniz 3 məqaləmin heç birinin silinməyinə nail ola bilmədiz. Nəinki silinməyinə nail olmaq, müzakirəsində belə iştirak etmədiz (daha doğrusu edə bilmədiz :) ), yenə oxşar sonluqlar sizi gözləyəcək inşallah.--samral müzakirə 07:17, 25 noyabr 2019 (UTC)
Hello Baskervill,
thank you once gain for creation of an article about this personality. May I ask you, if possible, to do one more thing (to make the article easily searchable): would it be possible to add one or more photos in the article about Holomodor (Qolodomor) with a reference to authorship of Wienerberger, as was done in other languages' articles on the subject? Unfortunately, I do not speak Azerbaijani, so I would not be able to do it myself. Best, --Dmitri Lytov (müzakirə) 19:33, 29 noyabr 2019 (UTC)
Açdığım əşyalar haqqında
redaktəVaxt keçdikcə buraya əlavə etdiyim bir çox maddənin qəsdən silmək və təsdiqlənmiş bütün maddələrə qaytarılmasını istəyir--Kostantinopolisli Kostantinopulos (müzakirə) 05:36, 21 dekabr 2019 (UTC)
- Cənab Kostantinopolisli Kostantinopulos tərəfinzidən yaradılmış məqalələrin bir çoxu Azərbaycan dilinin normalarına uyğun gəlmir. Yuxarıda mənə ünvanlamış olduğunuz müraciətdən də bunu açıq formada görmək mümkündür. Azərbaycan dilini yaxşı bilmdən, bu saytda hansısa məqalənin zənginləşdirilməsi çox çətin məsələdir. --Baskervill (müzakirə) 08:59, 24 dekabr 2019 (UTC)
Bloklanmağımla bağlı məsələ və İdarəçi Müzakirəsində başladılmış səsvermə
redaktəSalam cənab idarəçi və bürokrat Eldarado. Necəsiz ? Ümüd edirəm ki, yaxşısız və hər şey qaydasındadır. Sizə də, məlum olduğu kimi Kənd meydanında Samral mənə qarşı Nəzakət qaydalarını pozub və məni sırtıq adlandırıb. Bundan sonra istifadəçi sizin tərəfinzdən 16 gün müddətinə bloklanıb və qeyd edib ki, güya uzun müddətdir ki, bloklanmır. Sizin diqqətinzə çatdırmaq istərdim ki, Samral Azviki tarixində ən çox (40-dan çox) bloklanmış istifadəçidir və bir istifadəçinin bu qədər bloklanması onun haqqında hansısa müsbət fikir bildirməyə çətinlik yaradır. Əgər sizin tərəfinzdən ona qarşı belə bir güzəşt tətbiq edilibsə, oxşar güzəşti özüm üçündə arzu edirəm. Nəzərə almaq lazımdır ki, İdarəçi müzakirəsi səhifəsində sizin tərəfinizdən mənim haqqımda növbəti bir səsvermə başladılmışdır və indiki vəziyyətdə orada yazılanlara qarşı özümü müdafiə etmək haqqım yoxdur. Doğrudur ki, texniki tərəfdən mənə qarşı yönəlmiş bloklanmanı aradan qaldırmağım mümkündür, ancaq sizə qarşı belə bir hörmətsizlik etmək istəmirəm. Bloklama müddətini dəyişdirməməklə bağlı qərar versənizdə, bir problem yoxdur.
Diqqətinizi ikinci bir məsələyə yönəltmək istəyirəm. Sizə məlum olduğu kimi Vikimedia Fondu hər hansısa dövlətin, həmin dövlətin dilində olan Vikipediyaya bir başa və ya dolayı yolla edilmiş müdaxiləsinə isti baxmır. Bilmirəm, sizin yadınızda yoxsa yox, Qazaxıstan tərəfindən illər öncə baş tutmuş belə bir müdaxiləyə görə ölkə və həmin ölkənin vikipediyası çətin vəziyyətdə qalmışdı. Turkmen bəy, bu gün heç bir siyasi pariyaya mənsub olmadığını bildirsə də, mənim paylaşmış olduğum video görüntülər bunun tam əksini sübut edir. Bir şəxs bir siyasi partiyanın millət vəkili ilə yanaşı dayanıb, siyasi partiyanın rayon təşkilatında hər hansısa bir mərkəz yaradırsa hesab edirəm ki, bizə bundan o tərəfə sübut lazım deyil. İnanın ki, mən heç bir halda mübahisə və dava axtaran bir adam olmamışam. Mənə heç maraqlı da deyildi ki, kim harada nə işlə məşğul olurdu. Fakt onu göstərdi ki, Turkmen dəfələrlə mənim əlimdə olan statusun alınması üçün çalışıb və sonda bunu açıq formada bəyan edib. Əminəm ki, Turkmen bu işi tək başına görmür və ona müəyyən dəstəklərdə göstərilir. Vəziyyət elə bir həddə gəlib çatıb ki, digər bir bürokrat Sortilegus təklif edir ki, icmanın qərarı nəzərə alınmadan bir başa stüardlara müraciət edilsin. Cənab Sortilegus stüardlar sizdən bununla bağlı yerli icmada əldə olunmuş razılaşma haqqında soruşanda onlara nə cavab verəcəksiniz ?
Mənə imkan vermirlər ki, Azvikidə rahat formada işimi görüm. Hər 3 aydan bir müxtəlif yollarla mənə təziqlər edirlər ki, Bürokratlıq statusumu ya könüllü təhvil verim, yada ki, zorla əlimdən alınsın. Avqust ayı ərzində Bakı şəhərində mənimlə bağlı olan şifahi söhbətlər əsasında da, bunun açıq formada şahidi olmuşam. Etiraf edirəm ki, vəziyyətin bu dərəcədə ciddi olduğunu bilmirdim. Cənab Turkmen sizin arzularınız baş tutmayacaq. Mən imkan verməyəcəm ki, kimlərinsə hesabına, bu saytda 10 illik zəhməti olan bir adamı kənarlaşdırasınız. Gələn ay Vikimedia Kanadanın baş ofisinin yerləşdiyi Monreal şəhərinə gedəcəyəm və yaranmış vəziyyətlə bağlı onlara məlumat verəyəcəm. Eyni zamanda Kaliforniya ştatında yerləşən baş ofisi və digər təşkilatları məsələ ilə bağlı məlumatlandıracağam ki, vəziyyət belədir, bir qrup şəxs mənə imkan vermir ki, saytda fəaliyyət göstərim. Ümüd edirəm ki, fondun rəsmi əməkdaşlarına da, bitərəf olduğunuzu demərsiniz. Bunu siz istədiniz cənablar. --Baskervill (müzakirə) 09:17, 24 dekabr 2019 (UTC)
- Hörmətli Baskervill, istyinizi nəzərə alaraq məhdudiyyət müddətinizi 12 günə endirdim. --eldarado ✉ 19:06, 24 dekabr 2019 (UTC)
- Baskervill, yerli icmanın münasibəti elə idarəçilərin müzakirəsidir. Sadəcə o müzakirə birbaşa stüardlara müraciət üçün aparılmalıdır, səsvermə keçirilməsi üçün deyil. Mən də bunu təklif etmişəm. Bir də sən elə ittiham tonu ilə danışırsan ki, ora gedəcəm, bunu deyəcəm, məndə elə təsəvvür yarandı ki, elə bil kukla hesabı yaradan, fəaliyyəti narazılıq doğuran adam mənəm. Sən diqqəti bütün bu problemlərdən yayındırmaq üçün keçirsən şəxsi hücumlara və müzakirəni şəxsi müstəviyə keçirməyə çalışırsan. Ay nə bilim, filan yerdə şifahi söhbətlər, filan təzyiqlər və s. Bunun özü də böyük bir qanunsuzluqdur, bilgin olsun. Deyirsən ki, rahat formada sənə işini görməyə imkan vermirlər? Neyniyək? Sənin bütün addımlarına göz yumaq, rahat formada 10-15 dənə kukla hesab yarat, orda rahat formada səs ver məqalə seçdir, burda rahat formada səs ver kimlərinsə idarəçi statusunu al, kiməsə idarəçi statusu ver, rahat formada qruplaşmalar idarə elə? Nəyə rahat formada çalışmaq deyirsən sən?--Sortilegus (müzakirə) 00:19, 25 dekabr 2019 (UTC)
- Sortilegus, siz nə danışırsız ? Harada yazılıb ki, icmanın münasibəti elə idarəçilərin müzakirəsidir ? Elə, belə deməklə vikipediya idarə olunmur cənab ! Sizin xəbəriniz varmı ki, Azvikinin əsas hərəkətverici qüvvəsini idarəçilər yox, istifadəçilər təşkil edir ? Siz sadəcə olaraq istifadəçilərin bu məsələyə münasibət bildirməsini istəmirsiniz və tez-bazar formada mənim bütün statuslarımın əlimdən alınmasına çalışırsınız. Hesab edirsiniz ki, sizdən başqa heç kim bürokrat olmamalıdır və hesab edirsiniz ki, hər şey siz deyən kimi olamlıdır. Mən heç bir məqaləni seçdirməmişəm, heç harada 10-15 kukla hesab yaratmamışam, heç kimi təhdid, təhqir etməmişəm və heç kimlə, heç bir yerdə bir problemim olmayıb. Ta ki, Turkmen idarəçi bürokrat namizədi olana qədər. Maraqlıdır ki, mən icmanın qərarı əsasında bürokrat seçildikdən sonra siz mənim haqqımda dərhal müzakirə başlatdız, ancaq Türkmənin bürorkat namizədi olmasına heç bir etiraz bildirmədiniz. Bütün bunlar sizin şəxsən mənə qarşı qərəzli olduğunuzu göstərir. Haqqımda hər 2 aydan bir yeni araşdırma başladılması çox şeydən xəbər verir. --Baskervill (müzakirə) 07:45, 25 dekabr 2019 (UTC)
- Baskervill, yerli icmanın münasibəti elə idarəçilərin müzakirəsidir. Sadəcə o müzakirə birbaşa stüardlara müraciət üçün aparılmalıdır, səsvermə keçirilməsi üçün deyil. Mən də bunu təklif etmişəm. Bir də sən elə ittiham tonu ilə danışırsan ki, ora gedəcəm, bunu deyəcəm, məndə elə təsəvvür yarandı ki, elə bil kukla hesabı yaradan, fəaliyyəti narazılıq doğuran adam mənəm. Sən diqqəti bütün bu problemlərdən yayındırmaq üçün keçirsən şəxsi hücumlara və müzakirəni şəxsi müstəviyə keçirməyə çalışırsan. Ay nə bilim, filan yerdə şifahi söhbətlər, filan təzyiqlər və s. Bunun özü də böyük bir qanunsuzluqdur, bilgin olsun. Deyirsən ki, rahat formada sənə işini görməyə imkan vermirlər? Neyniyək? Sənin bütün addımlarına göz yumaq, rahat formada 10-15 dənə kukla hesab yarat, orda rahat formada səs ver məqalə seçdir, burda rahat formada səs ver kimlərinsə idarəçi statusunu al, kiməsə idarəçi statusu ver, rahat formada qruplaşmalar idarə elə? Nəyə rahat formada çalışmaq deyirsən sən?--Sortilegus (müzakirə) 00:19, 25 dekabr 2019 (UTC)