Istifadeci Muzakiresi Crepusculum Arxiv 4 - Wikipedia
Seçilmiş məqalə
redaktəSalam. Zəhmət olmasa Ana Səhifədə göstərilən həftənin seçilmiş məqaləsinin həcminə müdaxilə etməyin. Sizin əlavə etdiyiniz kiçik başlıq məqalə barədə heç natamam informasiyanı belə özündə ehtiva etmir. Məqalə barədə müəyyən qədər məlumat olmalıdır ki, oxucuda onun davamını oxumağa həvəs olsun. Ümüd edirəm ki, tərəfimdən yazılan məqalədə sizin tərəfinizdən edilən əlavəni geri qaytardığım üçün məni anlayışla qarşılayacaqsınız. Hörmətlə:--Baskervill (talk) 21:53, 21 yanvar 2014 (UTC)
- Salam. Sizi gözəl anlayıram. Hər bir kəs çəkdiyi əziyyətin bəhrəsini görəndə... Ancaq unutmayaq ki, hər edilən dəyişiklik ümumi işimizə zərər yetirməsin sizin etdiyiniz dəyişiklik Ana səhifənin dizaynına güclü təsir göstərir. Belə ki,səhifənin sol tərəfi ilə sağ tərəfi arasında olan mütənasiblik tam pozulur. Hal-hazırda səhifəyə baxsanız bunu özünüzdə təsdiq edə bilərsiniz. Sizin etdiyiniz dəyişiklikdən sonra Tarixdə bu gün bölməsində də müvafiq dəyişikliklər aparılmalıdır. Ümidvaram ki, gələcək fəaliyyətlərinizdə bunu nəzərə alacaqsınız. Sizə uğurlar. Hörmətlə: -- ■ Sultan mesaj 10:56, 26 yanvar 2014 (UTC)
İstinadlar
redaktə- ↑ "Definitions". İstifadə tarixi: 22 October 2014.
Kateqoriya:Per-Lazeş məzarlığında dəfn edilənlər
redaktəSalam həmkarım. Sizin yaratdığınız Kateqoriya:Per-Lazeş məzarlığında dəfn edilənlər kateqoriyasındakı dəfn edilənlər ifadəsini bəlkə dəfn olunanlar kimi ifadə edək. Necə məsləhət bilirsiz. Çünki bir neçə belə kateqoriya var ki onlar belə adlanır. Ya da bunları dəyişək bəlkə. Araz Yaquboglu (talk) 19:15, 20 fevral 2014 (UTC)
Salam bəy. Buyrun necə məsləhət bilirsinizsə elə də olsun. Razıyam sizinlə. Hörmətlə:--Baskervill (talk) 19:16, 20 fevral 2014 (UTC)
Blokun ləğv edilməsi
redaktəSalam Baskervill. Bu istifadəçi mənim e-mailimə məktub yazaraq blok olunduğu haqqında [1] məlumat verdi. İstifadəçi səhvini anladığını bildirdi və blokun ləğv edilməsini xahiş etdi. Baxdım ki, istifadəçinin fəaliyyətini əngəlləyən bloku siz qoymusuz. İstifadəçinin səhvini anladığını nəzərə alaraq xahiş edirəm, əgər mümkünsə bloku ləğv edəsiniz. Ümid edirəm ki, o bir də belə səhvlər etməyəcəkdir. --İrada (talk) 08:39, 24 fevral 2014 (UTC)
- Salam İradə xanım. Təklifinizi dəyərləndirdim və istifadəçinin aktiv fəaliyyətini nəzərə almağa çalışdım. Ancaq diqqətinizə bir daha çatdırmaq istəyirəm ki, istifadəçi öz istifadəçi səhifəsinə idarəçi şablonu əlavə edib və bundan əlavə həmin şablona öz adını əlavə edib. Ona görədə blokanma müddətini 1 aydan 1 həftəyə endirdim. Hörmətlə:--Baskervill (talk) 20:02, 24 fevral 2014 (UTC)
Doğrudur, istifadəçi saxtakarlıq edib. Amma ona blok qoymamışdan əvvəl gərək xəbərdarlıq edərdin. Çünki açıq-aydın görünür ki, aktiv istifadəçi olsa da o qaydaları bilmir. İstifadəçiyə əvvəlcə müvafiq qaydanı başa salmaq, sonra isə bu qaydaya əməl etmədikdə onu bloklamaq daha məqsədəuyğundur. Buna görə də mümkünsə, bloku tam ləğv edərdin. Hörmətlə, --►Cekli829 05:23, 25 fevral 2014 (UTC)
Salam Baskervill. Mənə elə gəlir ki, istifadəçi etdiyi işin məsuliyyətini anlamayıb, ona görə idarəçi şablonundan istifadə edib. Hər halda xahişimi qismən də olsa nəzərə aldığınıza görə təşəkkür edirəm. Hörmətlə, --İrada (talk) 06:54, 25 fevral 2014 (UTC)
- Hər ikinizin rəyini nəzərə aldım. Hörmətlə:--Baskervill (talk) 14:55, 25 fevral 2014 (UTC)
- Təşəkkür edirəm! --►Cekli829 10:44, 26 fevral 2014 (UTC)
- Hər ikinizin rəyini nəzərə aldım. Hörmətlə:--Baskervill (talk) 14:55, 25 fevral 2014 (UTC)
- Buyurun mən təşəkkür edirəm sizə. Hörmətlə:--Baskervill (talk) 17:39, 26 fevral 2014 (UTC)
Salam
redaktəSalam, vikipediyada Qarabag haqqinda mahnilar meqalesi yaratmaq olar? Ya da Qarabag populyar medeniyettde (Karabakh in popular culture) --NovaSkola (talk) 04:07, 28 fevral 2014 (UTC)
Salam NovaSkola. Vikipediyada istər müəllifi olan istərsədə şifahi formada yaranmış mahnılar barədə onlarla məqalələr mövcuddur. Küçələrə su səpmişəm məqaləsi buna misal ola bilər. Məncə əlinizdə mövzu ilə bağlı ətraflı və maraqlı məlumat olandan sonra heç bir problem yoxdur. Hörmətlə:--Baskervill (talk) 08:58, 28 fevral 2014 (UTC)
Rahil Nəcəfov məqaləsi barədə
redaktəSalam hörmətli Baskervil. Rahil Nəcəfov məqaləsinin saxlanmasının mümkün olduğunu düşünürəm. Gənc alimin fəlsəfə üzrə fəlsəfə doktoru olması, xarici elmi jurnalın redaksiya heyətinin üzvü olması onu ensiklopedik edir. Qərarınıza bir də baxmağınızı xahiş edirəm. Hörmətlə --Acategory (talk) 19:06, 28 fevral 2014 (UTC)
- Salam Hörmətli Acategory. İstəyiniz əsasında məqaləni yenidən bərpa etdim. Ancaq bu məsələ barədə öz fikirimi diqqətinizə catdırmaq istərdim. Bu tip məqalələr əsasən həmin şəxsin özü və ya yaxın qohumları tərəfindən yaradılır və çox zamanda qeyri-ensiklopedik olur. Digər tərəfdən isə məqaləni yaradan hesabın digər məqalələri zənginləşdirməsinə maraqlı olması halına şəxsən mən rast gəlməmişəm. Mövcud durumda problemlər icində boğulan Vikipediyamızda belə məqalələr yer verilməməlidir. Tezliklə inanıram ki, Vikipediyamızın iş mexanizimi əvvəlki zamanlarda olduğu tempinə qayıdar və bizdə yarasız və ya müəyyən məqsədlər naminə yaradılmış məqalələrin toplu halında silinməsi məsələsinə yenidən baxarıq. Hörmətlə:--Baskervill (talk) 19:36, 28 fevral 2014 (UTC)
- Hörmətli Baskervil. Məqaləni bərpa etdiyiniz üçün təşəkkür edirəm. Mümkündür ki, belə məqalələri elə şəxsin özü yaradır. Ancaq hər alim özü haqqında məqalə yaratsa, yenə də bu Azərbaycanca vikipediyanın qismən zənginləşməsinə xidmər edir. Hörmətlə --Acategory (talk) 19:40, 28 fevral 2014 (UTC)
Ana səhifə
redaktəSalam, Ana səhifəyə əlavələr edib bir neçə dəqiqə sonra geri qaytarmaq düzgün deyil. Yüz ölçüb bir biçmək lazımdır. Nəzərə alacağınızı ümid edirəm. Uğurlar.--Emin • ismarış 15:57, 3 mart 2014 (UTC)
- Kefimizdən etmirik. Mövcud problemləri aradan qaldırmağa çalışırıq. Hörmətlə:--Baskervill (talk) 15:58, 3 mart 2014 (UTC)
- Ana səhifədə texniki deyilsə, istənilən düzəlişlər müzakirə olunmalıdır, əslində.--Emin • ismarış 06:10, 4 mart 2014 (UTC)
- Bu kimi məsələlərin müzakirəsinə ehtiyac yoxdur. Baskervillin Ana Səhifədə etdiyi dəyişiklik qəbahət deyil. Hətta mən bunu MediaWiki ad fəzası vasitəsilə daha geniş miqyasda planlaşdırmışdım... Amma Baskervill məni qabaqladı ;) --►Cekli829 06:49, 4 mart 2014 (UTC)
- Ana səhifədə texniki deyilsə, istənilən düzəlişlər müzakirə olunmalıdır, əslində.--Emin • ismarış 06:10, 4 mart 2014 (UTC)
Linklərlə bağlı keçidlər
redaktəSalam İradə xanım. Kənd meydanında keçirilən Azərbaycan Vikipediyaçılarının I Milli Forumu ilə bağlı mətbuatda işıqlandırılmış xəbər keçidləri mövcuddur. Mən hal-hazırda mövcud olan bütün xəbər keçidlərini əlavə etdim və sizdən ricam sizin tərəfinizdən əlavə edilən 2 xəbər keçidini silməkdi. Çünki yeni bir xəbər olarsa dərhal mənim tərəfimdən əlavə ediləcək. Diqqətinizə görə öncədən minnətdaram. Hörmətlə:--Baskervill (talk) 19:46, 11 mart 2014 (UTC)
Salam, Baskervill. Linkləri sildim. Daxil etdiyiniz linklərə, həmçinin Forumun təşkilində zəhmətinizə görə təşəkkür edirəm.--İrada (talk) 06:24, 12 mart 2014 (UTC)
Zəhmət olmasa Bu linki də siyahıya əlavə edin. --İrada (talk) 08:59, 12 mart 2014 (UTC)
- Youtube.com saytında da Azərbaycanda viki-cəmiyyət genişləndirilməlidir adlı video var. Yurd.tv-də olan material. --Araz Yaquboglu (talk) 12:04, 12 mart 2014 (UTC)
- Nihad bəy sizi yorduğum üçün bağışlayın. Bu keçid məncə daha yaxşıdı. Çünki orada müsahibələrin məğzi sözlə də ifadə edilib. --Araz Yaquboglu (talk) 15:27, 12 mart 2014 (UTC)
Təbrik edirəm
redaktəHörmətli Baskervill. Siz Vikipediyanın inkişafında göstərdiyiniz aktiv fəaliyyətə və Azərbaycan vikipediyasının 100 min məqalə səviyyəsinə çatması üçün çəkdiyiniz gərgin zəhmətinizə görə Vikipediyada xidmətlərə görə III dərəcəli mükafatla təltif edilirsiniz. Təbrik edirəm.--Acategory (talk) 04:25, 28 mart 2014 (UTC)
- Salam Hörmətli Acategory. Göstərdiyiniz yüksək dəyərə görə sizə dərin təşəkkür edirəm. Vikipediya bizim üçün çox mühüm bir mənbədir və nə yaxşı ki, uzun fasilədən sonra bu mənbə yenidən əvvəlki günlərinə qayıtmaq üzrədir. Siz bizim üçün çox dəyərli idarəçilərdən birisiniz. Göstərdiyiniz diqqətə görədə ayrıca təşəkkürlər və 100 minlik məqalə münasibətdə sizi öz növbəmdə təbrik edirəm. Dərin Hörmətlə:--Baskervill (talk) 04:28, 28 mart 2014 (UTC)
Sual
redaktəSalam, bu adam haqqinda meqale yaratmaq olar? Men sadece o vaxt yaraddim, sizin terefinizden pozuldu. Amma mence bu adama meqale dushur. http://www.livelib.ru/author/502338 Ne qeder olmasa yazicidir. Bele Sara Reysi-Təbrizi menasiz meqalelerdense, onun bioqrafiyasi yaxsidir. Men sadece istemirem yaradim, sonra bu meqale pozulsun --NovaSkola (talk) 23:50, 28 mart 2014 (UTC)
- Salam Hörmətli NovaSkola. Linkə baxdım və orada yazılanları oxudum. Həmin şəxsin ensiklopedik olduğunu düşünürəm. Yəni məqaləni yaratmanızda heç bir problem yoxdur. Sadəcə lütfən yazarkən Azərbaycan dilində olan ə və ya ü kimi hərflərin düzgün yazılışına fikir verin. Sizin xarici vikipediyalarda olan fəaliyyətinizlə hər birimiz tanışıq. Əgər bir köməklik lazım olsa buyurub müraciət edə bilərsiniz. Hörmətlə:--Baskervill (talk) 23:58, 28 mart 2014 (UTC)
Mart soyqırımı
redaktəSalam,Baskervill zəhmət olmasa Mart soyqırımı məqaləsindəki "mənbə"nin altndakı yazını pozun. Bir də səhv etmirəmsə, burda İstinadlar olmalıdır, yəni, bu == İstinadlar == . Hörmətlə: --Zaur Turan(1994) (talk) 17:34, 31 mart 2014 (UTC)
Həmin məqalədə baş verən vandalizm halları aradan qaldırıldı və həmin şəxs uzun müddətlik blokandı. Diqqətinizə görə isə sizə təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 19:58, 2 aprel 2014 (UTC)
İstifadəçi səhifəsi
redaktəSalam. İstifadəçi səhifəndə belə bir dəyişiklik etdim. Daha dəqiqi Şablon:Baskervill/Mükafatlar ad fəzasını İstifadəçi:Baskervill/Mükafatlar ad fəzası ilə dəyişdirdim. Vikisistemin belə texniki imkanları olduğu üçün bunu etmək daha məqsədəuyğundur. Çünki şablonlar əsasən daha çox kütləvi istifadə üçün nəzərdə tutulub. İstifadəçi səhifəsi ilə bağlı isə bu kimi hallarda ayrıca şablon yaratmaq səmərəli deyil. Mümkünsə, istifadəçi səhifəndə olan digər belə səhifələrdə özün müvafiq dəyişikliyi edərdin. Hörmətlə, --►Cekli829 03:56, 2 aprel 2014 (UTC)
- Salam bəy. Mən siz deyənləri etmək istəyəndə məndə səhvlər çıxdı. Deyəsən çox istifadəçi blok etməm səbəbindən müəyyən əməliyyatları həyata keçirməm üçün qadağalar mövcuddur. Sizdən ricam Mükafatlar bölümündə etdiyiniz həmin əlavə və dəyişiklikləri digər iki bölümdədə etmənizlə bağlıdı. Hörmətlə:--Baskervill (talk) 19:56, 2 aprel 2014 (UTC)
- Müvafiq dəyişiklikləri etdim. Nəzərinə çatdırım ki, idarəçi olduğuna görə belə əməliyyatları həyata keçirməyin üçün hazırda hər hansısa bir qadağa mövcud deyil... Hörmətlə, --►Cekli829 03:53, 3 aprel 2014 (UTC)
Salam. Bu şəxs barədə məqalənin olması hansı məqsəd daşıyır? Bu şəxs və bu şəxsin rəhbəri olduğu təşkilat barədə bizim vikidə nədən məqalə olmalıdır? Həmin məqalələr silinməlidir. --Baskervill (talk) 21:22, 17 aprel 2014 (UTC)
- Salam Baskervill. Mən heç vaxt, heç bir məqsədlə məqalə yaratmamışam. Mənim Vikidə çalışmaqda məqsədim hər halda məlumdur (məncə hamılıqla məqsədimiz eynidir). O şəxs barədə məqalə kifayət qədər olmasa da ensiklopedikdir. Çünki o dövrü mətbuatda, saytlarda, kitablarda məqalələri, rəyləri, münasibətləri, müsahibələri daim nəşr olunub və olunmaqdadır. Qaldı ki, təşkilat məsələsinə yenə də eynilə məqalə zəif ola bilər. Amma təşkilatın saytı, televiziyası, qəzeti, hər il çap olunan kitabı var. Yenə də sizin fikirlərinizə böyük hörmətim var və müəyyən qədər də dediyiniz "bu şəxsin rəhbəri olduğu təşkilat barədə bizim vikidə nədən məqalə olmalıdır?" fikirlə razıyam. Mən də şəxsən onların fəaliyyətindən narazı biriyəm. --Araz Yaquboglu (talk) 04:47, 18 aprel 2014 (UTC)
Mükafat
redaktəSalam Rüstəm bəy. Sizə Ulduz mükafatı verdim. Bu münasibətlə sizi təbrik edirəm və tərəfinizdən qısa zamanda göstərilən dəyərli fəaliyyətlə buna tam layiq olduğunuzu düşünürəm. Hörmətlə:--Baskervill (talk) 21:54, 17 aprel 2014 (UTC)
Salam. Nihat bəy. Çox sevindim təşəkkür edirəm. RuST4M-RSA (talk) 06:32, 18 aprel 2014 (UTC)
Elman Nəsirov
redaktəSalam, çox hörmətli --Baskervill . Məşhur Politoloq Elman Nəsirov haqda məqalə yaratmaq istəyirəm.Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktorudur. O, Azərbaycanın ən gənc professoru adına layiq görülüb. Keçən dəfə onun haqda məqalə yerləşdirdim və qeyri-ensiklopedik adlandırıb sildiniz. Məqaləni silməməyiniz üçün nə etməliyəm? Çix xahiş edirəm cavab verin! Minnətdaram. — Bu imzasız yazı Elman Nəsirov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Slavic speakers of Greek Macedonia
redaktəSalam hörmətli həmkar. Eyni qayda ilə bir çox istifadəçiyə müraciət edərək onların fikri ilə tanış olmaq istərdim. Yunanıstan əhalisi adlı məqaləni yazmağa yenicə başlamışdım ki, kiçik bir problemlə üzləşdim. Nəticəsi elan edilmiş son sayıma (1951-ci il) əsasən Yunanıstanda əhalinin danışdığı dillərdən biri də slavyan dilidir. Bu toplum haqqında belə bir məqalə var ing.dilli vikidə: Slavic speakers of Greek Macedonia (Yunan Makedoniyasında Slavyan dillilər) buradan anlamaq olmur bu dili bolqar yoxsa makedon dilinə daha yaxın hesab etmək lazımdır. Digər vikilərdə bunlar ya yunan, ya bolqar ya da makedon kimi göstərilib. Bəlkə bu barədə məlumatınız ola: bunlar hansı xalqın alt qrupudur ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:02, 19 aprel 2014 (UTC)
Müraciət
redaktəSalam, Hörmətli Cekli829. Zəhmət olmasa (Cavid Sumqayıtlı) adlı istifadəçinin blok müddətinin vaxtından bir necə gün əvvəl sonlandırılmasına şərait yaradasınız. Çünki həmin şəxsin sabah bizimlə viki görüşü var və hesabı bloklandığından burada heç bir əlavə və dəyişikliklər edə bilmir. Ümüd edirəm ki, müraciətim müsbət cavablandırılacaq. Hörmətlə:--Baskervill (talk) 20:55, 19 aprel 2014 (UTC)
- Baş üstəǃ Ümid edirəm ki, İstifadəçi:Cavid Sumqayıtlı bundan sonra daha səmərəli fəaliyyət göstərəcək. Hörmətlə, --►Cekli829 06:32, 20 aprel 2014 (UTC)
- Müraciətimə müsbət cavaba verdiyiniz üçün sizə öz təşəkkürümü bildirəm. Hörmətlə:--Baskervill (talk) 22:22, 20 aprel 2014 (UTC)
Xahiş
redaktəSalam cənab Baskervill. Mənim Sizdən bir xahişim olacaq, mənim yaratdığım Sitqlogge məqaləsində İsveçrənin xəritəsini və onun üzərinə abidənin koordinatlarını yerləşdirmişəm. Lakin xəritədə koordinat bir az düzgün deyil - yəni o nöqtə ki var (qəsr formasındakı kiçik simvol) o İsveçrənin cənub-qərb hissəsini göstərir. Halbuki abidə İsveçrənin şimalında, yəni Bern şəhərinin yerləşdiyi ərazidə durmalıdır. Bu kiçik problemi həll etməkdə mənə kömək edə bilərsinizmi? --Keete 37 (Farid Aliev) (talk) 21:30, 24 aprel 2014 (UTC)
- Salam cənab Keete 37 (Farid Aliev). Siz deyənləri oxudum və məqalə üzərində dəyişiklik etdim. Zəhmət olmasa baxın görün qalanın indiki yeri xəritədə düzmü göstərilib. Hörmətlə:--Baskervill (talk) 21:36, 24 aprel 2014 (UTC)
- Bəli cənab Baskervill düz yerləşdirmisiniz, çox sağolun köməyə görə! Məndə adətən bu koordinatlarla kiçik problemlər yaranır :-) --Keete 37 (Farid Aliev) (talk) 21:40, 24 aprel 2014 (UTC)
- Nə probleminiz olsa mənə deyə bilərsiniz. Əlimdən gələn qədər bu işdə sizə kömək etməyə hazıram. Birdə mümkün olsa facebook vasistəsi ilə mənimlə əlaqə yaradın. Profilim istifadəçi səhifəmdə göstərilib. Sizinlə bir-iki məsələ barədə fikir mübadiləsi aparmaq istərdim. Hörmətlə:--Baskervill (talk) 21:44, 24 aprel 2014 (UTC)
Salam. Siz mənə yazmısınız ki Musa Bayramov ensiklopedik şəxs deyil. Amma bu bele deyil.O görkəmli alim, 7 kitabın müəllifi, bir çox mukafatlara layiq görülmuş kimyaçılarmızdandir. Mən sizə uzun yazmag istəmirəm amma xahiş edirəm diggətlə məqaləyə göz yetirin. Hörmətlə Laym701 (talk) 12:30, 26 aprel 2014 (UTC)
Orientalist1979
redaktəİnformasiya üçün təşəkkür edirəm :) --Orientalist1979 (talk) 17:07, 30 aprel 2014 (UTC)
"Bilirsinizmi" bölməsindəki yeni materialın köhnəsi ilə əvəz edilməsi barədə
redaktəSalam Baskervil. Azərbaycanca vikipediyasının Ana səhifəsində " Bilirsinizmi" bölməsini 26 mayda mən yeni məteriallarla əvəz etdim. Çünki, bu bölmə vaxtaşırı dəyişdirilməlidir. Amma nədənsə siz onu geri qaytararaq 22 maydakı materialla əvəz etdiniz. Səbəbini bilə bilərəmmi ? Hörmətlə --Acategory (talk) 03:37, 27 may 2014 (UTC)
- Salam. Hörmətli Acategory. Səbəbi çox sadədədir çünki mən onu Ana səhifəyə əlavə edəndən cəmi 2 gündən sonra siz onu yenisi ilə əvəz etdiniz. Vaxtaşırı dəyişməlidir bəli ancaq 2-3 gündən bir dəyişməsin düzgün hesab etmirəm. Hörmətlə:--Baskervill (talk) 12:36, 29 may 2014 (UTC)
Silinən məqalə
redaktəSalam Həmkar. Fikrimcə Asif Əfəndiyev məqaləsi ensiklopedikdir. --Araz Yaquboglu (talk) 15:46, 21 iyul 2014 (UTC)
Gülay Vəli
redaktəSalam,elə həmin tarixdə doğulmuş 13 yaşlı amerikalı uşaq videoblogger haqqda məqaləsi nə qədər normalsa yerli bloggerlərimiz haqqda olması da normaldır. Ki siz amerikada yaşadığınız normaldı,azərbaycanlı olduğunuz üçün normal gəlməməyi də bir o qədər normaldır. Normalara uyğun görmürsüzsə silinməsinə etiraz etmirəm. Hörmətlə.
Azərbaycan dilinin qaydaları
redaktəAzərbaycan dilinin qaydaları deyende neyi nezere tutursuz?--Qobustan 10:01, 25 avqust 2014 (UTC)
Ana səhifənin "Bilirsinizmi" bölməsi barədə
redaktəSalam Hörmətli Acategory. Sizin son zamanlar Bilirsinizmi bölməsində olan maraqlı fəaliyyətinizi yüksək qiymətləndirmək istərdim. Həqiqətən maraqlı faktlar əlavə edərək Azvikiyə gündəlik formada daxil olan şəxslərdə maraq oyardırsınız. Ancaq bir sıra mühüm məsələlər barədə sizə məlumat verməliyəm. Düşünürəm ki, həmin bölməni sizdən və məndən başqa fəal işlədən üçüncü bir şəxs yoxdur. İlk əvvəl ondan başlamaq istərdim ki, həmin bölmədə olan məlumatlar hər dəfə bir sayda olur. Məsələn keçən dəfə 9 olan faktlar bu dəfə 10 dur. Belə qeyri-müəyyənlik hər dəfəsində Ana səhifənin görkəminə təsir edir. Digər bir məsələ ilə bölməyə əlavə edilən şəkilə tərəfinizdən çərcivə (thumb) əlavə edilməsidir ki, buda vizual baxımdan görünüşü pozur.
Bölmə ilə bağlı olan məsələlərimiz bununlada yekunlaşmır. Bu yaxınlarda digər bir idarəçimiz Cekli829 ilə aparılan danışıqlardan sonra o, Bilirsinizmi bölməsi üçün avtomatik yeniləyici yaratdı. Yəni artıq hər səfərində həmin bölməni bizim əllə dəyişməyimizə gərək olmayacaq, biz sadəcə gələn həftə üçün bölmə yaradacağıq. Sizə ümumi təkliflərim aşağıda olan şəkildədir:
- Bilirsinizmi bölməsinin yeni versiyasını yaradarkən məlumatlar 8 faktdan çox olmasın.
- Bölməyə əlavə edilən və Ana səhifədə görünəcək şəkildə çərcivədən (thumb) istifadə edilməsin.
- Bölməni nə siz nə də ki, mən Ana səhifəyə əlavə edək, biz sadəcə yenisini yaradaq və gözləyək ki, sistem özü bunu əlavə etsin necə ki, Tarixdə bu gün və Həftənin seçilmiş məqaləsində sistem əlavə edir.
İnanıram ki, sizinlə bu sahədə olan maraqlı əmakdaşlığımız bu mövsümdə qaldığı yerdən davam edəcək. Dərin Hörmətlə:--Baskervill (talk) 09:43, 25 avqust 2014 (UTC)
- Hörmətli Baskervill və Cekli829. Yeniliyi bəyənirəm və verilən təklifləri də məqbul hesab edirəm. Azərbaycanca vikipediyanın zənginləşdirilməsi üçün irəli sürülən bütün təklifləri qəbul edirəm. Hörmətlə --Acategory (talk) 14:38, 26 avqust 2014 (UTC)
Captcha
redaktə1. Salam, Captcha sistemini necə ləğv eləmək olar? Hər dəfə referat artıranda problem yaradır. 2. Bunu pozmaq lazımdır Kick Ci Star. --Qobustan 14:51, 28 avqust 2014 (UTC)
Bəzi məsələlər :)
redaktəSalam Nihad. Necəsən ? Faceivə yazdım ama diyəsən girmirsən çox. Ona görə bura yazıram.
- )Uyğun bilirsənsə bu məqalələri təsdiq etməyivi istiyərdim:[2][3]
- )EnVikidə və TrVikidə də vare istinadın nömrəsinin üstünə gətirirsən mausu (o quş işarəsini) istinad hər nədisə o ekranda canlanır. Tay mausun sol düyməsini basıb istinad nədi deyə baxmağa ehtiyac olmur. Bunu necə etməyi türk və ingilis Vikinin idarəçilərindən öyrənə bilərsən mənə elə gəlir. Kənd meydanında bir neçə.dəfə bu haqda yazmışam. Bir iki dəfə Tərxan bəy reaksiya verib ama düzəldə bilməyib.
- )Bu şabonu bizdə yaradsan gözəl olar.[4]
- )Hansısa məqalədə bir kitabdan çox istifadə eliyirsənsə istinad kimi tay hər dəfə kitab müəllifi, kitab adı, nəşriyyat, şəhər, ili və s. hər dəfə yazmırsan ya kitabın ya da müəllifin qısaca adını yazırsan bir də uyğun səhifəni. Məsələn səhifə 123. Və istinadın üstünə basmaq olur. Basanda məqalədə (əvvəlcədən Ədəbiyyat siyahısı yaradırsan) gedir ədəbiyyata istinad etdiyin kitabın uzunca adının üzərinə və bilirsən ki, söhbət hansı kitabdan gedir. Misal üçün Dağlaləsi həyəcanı məqaləsinin türkçəsinə baxa bilərsən. Bu şablonu deyirəm.[5]
- )Bir də ki bu məqalənin laboratoriya müddəti bitib, namizəd-ə daxil olmalıdır. İmkan varsa onu da etsən sevinərəm.[6]--samral müzakirə 10:07, 28 avqust 2014 (UTC)
Qarabağ (Ağdam)-loqo.png
redaktəSalam Baskervill. Bu loqo müəlliflik hüququ ilə qorunur. Bu loqodan yalnız həmin təşkilat, qurum və ya markanı tanıtmaq üçün istifadə edilə bilər. Bu şəklin həm Vikipediyada, həm də başqa yerlərdə qeyd edilən şərtlərdən kənar istifadəsi müəlliflik huququnun pozulmasıdır. Ona görə də Ana Səhifədə yerləşdirilə bilməz. Hörmətlə, --►Cekli829 08:54, 30 avqust 2014 (UTC)
- İzahlı məlumata görə təşəkkür edirəm. Məndə orada dirəşdirdim səhərdən :) Hörmətlə:--Baskervill (talk) 14:04, 3 sentyabr 2014 (UTC)
Ana Səhifə
redaktəSalam. Xəbərlər bölməsindəki "Mosul şəhəri uğrunda gedən qanlı döyüşlər nəticəsində şəhər İraq Şam İslam Dövlətinin nəzarətindən çıxaraq, İraq ordusunun və Peşmərgə qüvvələrinin nəzarəti altına keçib." məlumatı düzgün məlumat deyil. Heç yerdə belə şey yazmayıb.--samral müzakirə 18:51, 2 sentyabr 2014 (UTC)
- Həmin ərazi mübahisələr meydanına çevirilib. Bu gün Suriya və İraq da 200-300 min əhalisi olan şəhərlər belə gün ərzində 2 dəfə əl dəyişdirə bilir. Xəbəri mən öz başına əlavə etməmişəm. Homs şəhəri bu gün belə İraq Şam İslam Dövləti adlandırılan təşkilatın əlindən çıxaraq İraq ordusunun nəzarəti alına keçmişdir. Bu səbəbdəndə hay-küy qaldırmağa dəyməz əziz dost. Hörmətlə:--Baskervill (talk) 14:04, 3 sentyabr 2014 (UTC)
- Mosul əl dəyişdirməyib. Tikrit desən bəli, dəyişdirib. Amma Mosul şəhəri İŞİD tərəfindən işğal ediləndən onların əlindədir. Bu mövzudan xəbərdar olan istənilən şəxs bunu bilir. Bu 1. 2-cisi də Homs şəhəri Suriyanın Livan sərhəddinə yaxın ərazidə yerləşən şəhəridir. Bu şəhər Suriyada ola-ola necə İraq ordusu tərəfindən geri alına bilər? :) Nəysə AzVikinin adminləri sizlərsiz. Necə deyərlər "ağa deyir sür dərəyə, sür dərəyə". Nəyi necə istəyirsizsə elə yazın. Uğurlar.--samral müzakirə 18:38, 3 sentyabr 2014 (UTC)
Yardım
redaktəSalam Eminn. Mənim bir məsələdə sənini köməyinə ehtiyacım var. Belə ki, mən Andres Eskobar adlı futbolçunun məqaləsi üzərində işləyirəm. Məqalənin şablonunda bir problemim var. Futbolçu 2 klubda çıxış edib və mən digərini nə qədər etdimsə göstərə bilmədim. Həmin İsveçrə klubu barədə məlumat envikidə var. Mümkün olsa şablon məsələsində kömək edərdin, nədə olsa sənin bu sahədə maraqlı təcrübən var. Hörmətlə:--Baskervill (talk) 21:14, 29 sentyabr 2014 (UTC)
- Salam. Düzəliş etdim, tarixçəyə baxarsan, aydın olacaq.--Emin • ismarış 11:21, 30 sentyabr 2014 (UTC)
- Təşəkkür edirəm.--Baskervill (talk) 13:21, 4 oktyabr 2014 (UTC)
Xan karvansarayı
redaktəSalam. Bu məqaləni niyə slimisiz ? Mənbəm də var ki, bu abidənin digər adı Xan-dır. "KİÇİK KАRVАNSАRАY" ( (az.)). icherisheher.gov.az. İstifadə tarixi: 2014-09-29.--samral müzakirə 07:24, 2 oktyabr 2014 (UTC)
- Mənasız istiqamətləndirməyə görə silmişdim. --Baskervill (talk) 13:20, 4 oktyabr 2014 (UTC)
Salam
redaktəSalam Baskervill. Məncə Vüsalə Musalı haqqında açdığımız səhifəni saxlamaq olardı. Çünki ondan daha az fəaliyyəti olan kişi alimlər haqqında vikipediyamızda xeyli məqalələr mövcuddur. Ölkəmizi xaricdə təmsil edən qadın alimimizin adının vikipediyada olmasl məqsədəuğun olardı. Onsuz da belə qadın alimlərimizin sayı azdır. Hörmətlə.
Honq Konq etirazları
redaktəSalam Baskervill. İngilisdilli vikipediyada Honq Konq etirazlarının vaxtı 27 sentyabrdan 26 sentyabra dəyişdirilib. Ana səhifədəki xəbərlər bölməsində lazımı dəyişikliyi edə bilərsiz.Kim Yushin (talk) 17:10, 5 oktyabr 2014 (UTC)
Diqqətinizə görə təşəkkür edirəm. Lazım olan əlavəni etdim və bir daha sizə güncəl məqalələr sahəsində olan fəaliyyətinizə görə təşəkkür etmək istərdim.--Baskervill (talk) 18:00, 5 oktyabr 2014 (UTC)
Ərəb əlifbalı seçilmiş məqalə
redaktəSalam. Sizin tərəfinizdən atılan bəzi anlaşılmaz addımları anlamaq olmur. Azvikidə ərəb əlifbalı məqalələrin digər vikiyə köçürülməsi və yaxud silinməsi məsələsi gündəmə olduğu bir zamanda sizin ərəb əlifbalı bir məqaləni Ana səhifəyə əlavə etməniz sadəcə təəssüf doğrurur. Bilirəm indi deyəcəksiz ki, mən bütün seçilmiş məqalələri Ana səhifəyə əlavə edirəm. Orada 100 məqalə var və siz əlavə etməyə məqalə tapmadınızmı ? --Baskervill (talk) 20:53, 13 oktyabr 2014 (UTC)
- Ünvanlanan müraciəti oxuyub, ancaq cavablandırmamaq. Sizin məsuliyyətsiz fəaliyyətiniz səbəbindən bu gün Azvikin Ana səhifəsinə ərəb əlifbalı bir məqalə çıxıb. Görün bir məntiq varmı. Bir tərəfdən ərəb əlifbalı yarasız məqalələr silinir və digər bir tərəfdən isə idarəçilərdən biri həmin məqalələrdən birini Ana səhifəyə əlavə edir. Bu gündən Ana səhifəyə seçilmiş məqalələrin əlavə edilməsi işi ilə sizinlə yanaşı məndə məşğul olacam. Hiss edirəm ki, elə olsa daha yazılarımı cavabsız qoya bilməyəcəksiz. --Baskervill (talk) 07:49, 15 oktyabr 2014 (UTC)
Salam, Baskervill. Sizin xeyli cavan və bir azda tələskənliyinizi nəzərə alıb mənə qarşı qaldırdığınız ittihamları olduqca təmkinlə qarşılayıram. Səbəb topladığınız təcrübəni bir az da təkmilləşdirəcəyinizə inanıram. Son zamanlar istifadəçilərə qarşı düzgün davranmamanız buna açıq-aydın sübutdur. Bu gün isə "məsuliyyətsiz fəaliyyətiniz" söyləməniz düzgün mövqe deyil. Birinci mən sistemə yenicə qoşulmuşam. "Ana səhifə"də ki, çatışmamazlıqları aradan qaldırdıqdan sonra öz müzakirə səhifəmi oxudum. Bu zaman siz ikinci mesajı yazmışdınız. İkincisi məqalələrə mən seçilmiş məqalə statusunun verilməsini təmin etməmişəm. Seçilmiş məqalələrdən hər hansının Ana səhifəyə yerləşdirilməsi isə adi haldır. Sadəcə bir ildə bir məqalənin iki dəfə yerləşdirilməsi müstəsnalıq təşkil etməlidir. Üçüncüsü siz Vikipediya sistemi ilə yaxından tanış olmuş olsanız bu mesajı düzgün ünvanlamadığınızı əvvəlcədən bilərdiniz. Dördüncüsü məni müraciəti oxuyub onu cavablandırmamaqda günahlandıran gənc həmkarım özü mənim müraciətimi cavablandırmaması bir yana, həmin müraciəti səhifədən silməklə işini yekunlaşdırmağı üstün tutur. Və sonuncusu yəqin ki, səhvlərinizi açıqca etiraf edib mənə və digərlərinə qarşı düzgün mövqedə olacaqsınız. -- ■ Sultan mesaj 08:31, 15 oktyabr 2014 (UTC)
- Salam. Düzünü desəm istifadəçilərə qarşı olan davranışlarımda heç bir dəyişiklik hiss etmirəm. Mən elə əvvəlki formada işlərimə davam edirəm. Cavan olmağımın isə bu məsələlərə heç bir dəxlisi yoxdur. Məsələ yaşda deyil. Məqalələrə seçilmiş statusunun verilməsi məsələsini Azvikidə fərdlər yox qruplar şəkilində əldə edilən səsvermədə təyin edilir. Sizə də məlum olduğu kimi Azvikidə yararsız vəziyyətdə olan ərəb əlifbalı məqalələr silinir və seçilmiş ərəb əlifbalı məqalələrin isə Azvikidən çıxarılması gündəmdədir. Belə bir vəziyyətdə sizin belə bir addım atmağınız anlaşılan deyil. Digər tərəfdən isə demək istərdim ki, sizin tərəfinizdən istifadəçilərin müzakirə səhifəsinə əlavə edilən şəkillərlə bağlı məsələlər məndə daxil olmaqla bir çoxlarınını bezdirib. Sadəcə beynimdən keçənləri dedim. Hörmətlə:--Baskervill (talk) 19:58, 16 oktyabr 2014 (UTC)
Davranışlarınızda olan dəyişiklikləri sizlərin diqqətinə bir-bir çatdırmaq üçün vaxtım yoxdur. Amma iki məsələni nəzərinizə çatdırmaq istərdim; əvvəlcə siz mənim müzakirə səhifəmdə başlatdığınız bu müzakirədən öncə heç məsələnin kökünü araşdırdınızmı, ən əsası səhifənin tarixçəsinə baxmısınızmı. Hər bir məsələni gündəmə gətirmədən öncə onu ətraflı araşdırmanızı təklif edirəm. Sonra "Digər tərəfdən isə demək istərdim ki, sizin tərəfinizdən istifadəçilərin müzakirə səhifəsinə əlavə edilən şəkillərlə bağlı məsələlər məndə daxil olmaqla bir çoxlarınını bezdirib." söyləməniz mənə çox qəribə gəldi. Axı sizi kim məcbur edir ki, vikipediya qaydalarına uyğun olmayan formada fayılar yükləyəsiniz və nəticədə bu problemlə üzləşəsiniz. Hörmətli həmkarım fayllarda məqalələr kimi qaydalara uyğun şəkildə yerləşdirilməlidir. Əks halda bu qayda pozuntusudur. Və bu işə nəzarət məhz hər bir idarəçinin borcudur.-- ■ Sultan mesaj 17:29, 25 oktyabr 2014 (UTC)
درویشان (بوکان)
redaktəSalam. Bu səhifəni nəyə görə heç bir səbəb göstərmədən əvvəl silib, 2 dəqiqə sonra isə heç bir səbəb göstərmədən bərpa etdiyini öyrənə bilərəmmi? Hörmətlə, --►Cekli829 05:15, 20 oktyabr 2014 (UTC)
- Salam. Bunlar kəndlər barədə olan məqalələrdir. Silinmə səbəbləri barədə düşünürəm ki, sizə məlumat verməyə gərək yoxdur. Bərpa məsələsi isə bir az fərqlidir. Hərdən ərəb əlifbalı məqalələrin olduğu kateqoriyalar gözdən qaçır və onları aşkar etmək üçün məqaləni yenidən geri qaytarmalı oluram. İnanıram ki, burada ciddi bir məsələ yoxdur. Hörmətlə:--Baskervill (talk) 17:07, 20 oktyabr 2014 (UTC)
- Gözdən qaçma zamanı sildiyin səhifəni yenidən bərpa etməyin lazım deyil. Sınaq göstərişi kimi texniki imkanlardan istifadə etsən kifayət edər. Hörmətlə, --►Cekli829 19:15, 20 oktyabr 2014 (UTC)
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Cənubi Florida Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Cənubi Florida Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
--hinkel777 (müzakirə) 11:43, 22 oktyabr 2014 (UTC)
Baskervill Reyhan Əliyeva haqqında yaratdığım məqalə tərəfinizdən silinib. Qeyd etmək istərdim ki, məqalə üzərində iş davam edir və yaradacağım məqalə ensiklopedikdir. məs: Şamxal Məmmədov haqqında və bu cür çoxlu natamam məqalələrə rast gəldim. Sizdən onu bərpa etməyinizi xahiş edirəm.--Chem316 (talk) 08:23, 23 oktyabr 2014 (UTC)
Salam. Tərəfinizdən silinən məqaləm niyə bərpa olunmur bəlkə izah edəsiniz? --Chem316 (talk) 09:53, 26 oktyabr 2014 (UTC)
"Memarlıq ayı"nın yekunları
redaktəOrtaq qrup işi ulduzu | |
Hörmətli Baskervill!
Bu mükafata 2014-cü ilin oktyabr ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Memarlıq ayı" layihəsinə qoşularaq töhfə verdiyiniz üçün layiq görülürsünüz. Nəzərinizə çatdırım ki, Qiymətləndirmə Komissiyası tərəfindən töhfələriniz 91 xal ilə qiymətləndirilmiş və yekun nəticədə 9-cu yeri tutmusunuz. İnanırıq ki, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun növbəti layihələrində də aktiv iştirak edəcək və Vikipediyanın inkişafında əvəzedilməz xidmətləriniz olacaq. Gələcəkdəki töhfələriniz üçün indidən təşəkkür edirəm. Dərin hörmətlə, --►Cekli829 22:59, 1 noyabr 2014 (UTC) |
- Tərəfinizdən göstərilən diqqətə görə sizə təşəkkür edirəm. Maraqlı və deyərdim ki, uğurlu bir layihə oldu. 9-cu yer tutmaq istəməzdim düzü, ancaq memarlığın mənim elədə maraq dairəmə daxil olmadığını nəzərə alsaq heç də pis bir nəticə deyil. Bu ay keçirilən Ədəbiyyat ayında da fəal iştirak etməyə çalışacam və əgər bir gün Tarix ayı təşkil edilsə inanın ki, I yer uğrunda amansız mübarizə gedəcək. Hörmətlə:--Baskervill (talk) 23:07, 1 noyabr 2014 (UTC)
Ana səhifədə keçid linki olan və tərəfimdən yaradılan Kobani blokadası (2014) adlı məqaləni silməkdə məqsədniz nə idi ?--Baskervill (talk) 15:21, 4 noyabr 2014 (UTC)
- Ola bilər ki, mən Kobani blokadası səhifəsindən Eyn əl-Ərəb blokadası səhifəsinə ikiqat yönləndirməni silərkən mexaniki səhv etmişəm. Diqqətiniz üçün sağ olun. --Araz Yaquboglu (talk) 15:38, 4 noyabr 2014 (UTC)
- Birdə məqalələrin intervikilərində problem yaranıb. Bir baxardınız.--Baskervill (talk) 17:44, 4 noyabr 2014 (UTC)
- Düzəltdim. --Araz Yaquboglu (talk) 05:21, 5 noyabr 2014 (UTC)
- Birdə məqalələrin intervikilərində problem yaranıb. Bir baxardınız.--Baskervill (talk) 17:44, 4 noyabr 2014 (UTC)
Şərhsiz
redaktəİdarəçi Baskervil. Mən sizin əqidənizi başa düşdüm. --Acategory (talk) 13:49, 10 noyabr 2014 (UTC)
- Nə əqidəsi ? Məni homoseksuallıqda ittiham edirsiz?--Baskervill (talk) 13:51, 10 noyabr 2014 (UTC)
- Hörmətli Acategory sözün düzü sizdən əsla və əsla belə bir cümlə gözləmirdim. Mən hər hansısa bir cinsi azlığın nümayəndəsi deyiləm və bunu hər yerdə də bəyan etməyə hazıram. Bir Vikipediya idarəçisinə qarşı necə belə sözlər deyirsiniz ? Bu günə qədər siz mənə burada fəaliyyətimə görə bir necə dəfə mükafat vermirsiniz, hər zaman can deyib can eşitmişik. Bəs siz bu mükafatları verəndə, mənə xoş sözlər deyəndə əqidəm barədə heç fikirləşmirdinizmi ? Bu ağır ittihamları özümə qarşı çox ağır formada olan təhqir hesab edirəm. Ancaq siz məndən böyüksüz və inanıram ki, sizin biliyiniz məndən daha çoxdur. Mən burada hər hansısa şəxsi LGBT mövzusunda yazmağa həvəsləndirməmişəm və səmimi olsaq mənimdə belə mövzulara münasibətim bir mənalı olaraq mənfi olub. Sadəcə bir dəyərli istifadəçi əziyyət çəkib məqalə yaradırsa və viki cəmiyyət onu seçilmiş edirsə və yenədə bir digər idarəçi həmin məqalənin Ana Səhifəyə əlavə edilməsi barədə qərar verirsizə, problem nədədir axı ? Son olaraq onu deyim ki, həmin məqalənin seçilmiş olmasına heç mən lehinə səsini verməmişəm. Məqalənin seçilmiş olmasına sefer azeri və Araz Yaquboglu kimi idarəçilər və digər aktiv istifadəçilər səs verib. Daha ətraflı lütfən bura baxın (Məqalə laboratoriyası/Adelin həyatı (film, 2013)) burada lehinə dümyəsini sıxan hər bir adamla deməli eyni əqidəni bölüşürəmiş. Türklər demiş bir yaşıma daha girdim. Hörmətlə:--Baskervill (talk) 13:59, 10 noyabr 2014 (UTC)
- Baskervill, səhvin var, həmin məqalənin SM olması üçün sən səs vermisən;) Buyurub, baxa bilərsən: Vikipediya:Seçilmiş məqalə namizədləri/Adelin həyatı (film, 2013). Hörmətlə, --►Cekli829 15:39, 10 noyabr 2014 (UTC)
- Hörmətli Acategory sözün düzü sizdən əsla və əsla belə bir cümlə gözləmirdim. Mən hər hansısa bir cinsi azlığın nümayəndəsi deyiləm və bunu hər yerdə də bəyan etməyə hazıram. Bir Vikipediya idarəçisinə qarşı necə belə sözlər deyirsiniz ? Bu günə qədər siz mənə burada fəaliyyətimə görə bir necə dəfə mükafat vermirsiniz, hər zaman can deyib can eşitmişik. Bəs siz bu mükafatları verəndə, mənə xoş sözlər deyəndə əqidəm barədə heç fikirləşmirdinizmi ? Bu ağır ittihamları özümə qarşı çox ağır formada olan təhqir hesab edirəm. Ancaq siz məndən böyüksüz və inanıram ki, sizin biliyiniz məndən daha çoxdur. Mən burada hər hansısa şəxsi LGBT mövzusunda yazmağa həvəsləndirməmişəm və səmimi olsaq mənimdə belə mövzulara münasibətim bir mənalı olaraq mənfi olub. Sadəcə bir dəyərli istifadəçi əziyyət çəkib məqalə yaradırsa və viki cəmiyyət onu seçilmiş edirsə və yenədə bir digər idarəçi həmin məqalənin Ana Səhifəyə əlavə edilməsi barədə qərar verirsizə, problem nədədir axı ? Son olaraq onu deyim ki, həmin məqalənin seçilmiş olmasına heç mən lehinə səsini verməmişəm. Məqalənin seçilmiş olmasına sefer azeri və Araz Yaquboglu kimi idarəçilər və digər aktiv istifadəçilər səs verib. Daha ətraflı lütfən bura baxın (Məqalə laboratoriyası/Adelin həyatı (film, 2013)) burada lehinə dümyəsini sıxan hər bir adamla deməli eyni əqidəni bölüşürəmiş. Türklər demiş bir yaşıma daha girdim. Hörmətlə:--Baskervill (talk) 13:59, 10 noyabr 2014 (UTC)
- İstifadəçi:Baskervill əslində qaydalara uyğun olaraq ana səhifədə Adelin həyatı (film, 2013) qalmasını istəyir. Burada başqa mənalar düşünmək fikrimcə lazım deyil. O düzgün olaraq qeyd edir ki, ya vaxtında onu laboratoriyada əksinə səs vermək lazım idi, ya da ana səhifənin arxivində növbəti həftələr üçün nəzərdə tutulması lazım deyildi. İstifadəçi:Keete 37 kifayət qədər zəhmət çəkib məqalə yazıb. Onun zəhmətini yerə vurmaq lazım deyil. --Araz Yaquboglu (talk) 14:51, 10 noyabr 2014 (UTC)
- Məncə də əgər məqalə seçilibsə ana səhifədə yayımlanmalıdı. Fərqi yoxdu LGBT olsun ya nə. Sabah ola bilər ki kimsə Ermənistan məqaləsini SM eləsin. Yayımlamaycağıq ki ana səhifədə düşmənimizdi ?! Bu problemlə mən də üzləşmişəm əslində. Cəmil Həsənli məqaləm il keçib üstündən YM seçilib heç 1 dəfə ana səhifədə yayımlanmayıb.--samral müzakirə 16:32, 10 noyabr 2014 (UTC)
- Buradan həmin məqalənin lehinə səs verən bütün əqidəşalarıma salam göndərmək istəyirəm. --Baskervill (talk) 17:01, 10 noyabr 2014 (UTC)
Məqalə İnkubatoru
redaktəSalam Hörmətli Serkanland. Maraqlı və dəyərli fəaliyyətinizə görə sizə Məqalə İnkubatoru adlı mükafat təqdim etdim. Hörmətlə:--Baskervill (talk) 14:42, 15 noyabr 2014 (UTC)
- Hörmətli Baskervil, işimi qiymətləndirdiyiniz və təqdim etdiyiniz mükafata görə sizə öz təşəkkürümü bildirirəm! --Serkanland (talk) 14:44, 15 noyabr 2014 (UTC)
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Tintin Tibetdə (kitab) məqaləsinin yaxşı məqaləyə namizəd təqdim olunması üçün və ya seçilmiş məqaləyə namizəd təqdim olunması üçün Vikipediya:Laboratoriya/Tintin Tibetdə (kitab) səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
Re:Kobani
redaktəKobani
redaktəSonuncu dəfə olsun ki, Kobani blokadası (2014) adlı məqalənin adını dəyişdirirsiniz. Həmin məqalənin yaradılmasında 1 qram belə əziyyətiniz olmayıb. Bununla 8-ci belə haldır artıq. Əgər birdə olsa sizi bloklayacam. Hələlik. --Baskervill (talk) 22:07, 14 noyabr 2014 (UTC)
- Hər vaxtınız xeyir. İdarəçi olsanız da, sizin mənimlə bu cür tonda ("sonuncu dəfədir dəyişdirirsiniz") danışmağa heç bir səlahiyyətiniz yoxdur. Bura Vikipediyadır, məhəllə tini deyil. İrad olan halda onu qarşı tərəfə nəzakətlə çatdırmağı bacarmaq lazımdır. Bu hər bir istifadəçinin borcudur. Odur ki, xahiş edirəm etika qaydalarına əməl edəsiniz. Bu bir.
- İkincisi, mən məqalənin adını dəyişdirəndə öz qərarımın məqsədini hər zaman qeyd edirdim; mənim dəyişiklərimi bir kəlimə söz demədən geri çəkən istifadəçi və idarəçilərdən fərqli olaraq. Məni blokla hədələnməkdən əvvəl müzakirə səhifəsində öz mövqeyinizin əsasını izah edib bloklama ilə hədələdiyiniz istifadəçilərə bir idarəçi olaraq nümunə olsaydınız, bəlkə onda həmin istifadəçilərin sizin "əsəblərinizlə oynamağa" da səbəbi olmazdı. İdarəçi olmaq müzakirəsiz-bəhanəsiz "əsəblə oynayan" istifadəçiləri blokla susdurub, "burada mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə layihəni idarə etmək demək deyil, hörmətli Baskervill. Hər bir narazılığı müzakirə ilə həll etmək mümkündür. Buna demokratiya deyilir.
- Üçüncüsü də odur ki, idarəçi olduğunuza baxmayaraq, görünür ki, hələ də ensiklopediyanın qaydalarından xəbəriniz yoxdur. Məqaləyə bir elmi işlik belə töhfə verən istifadəçi bununla həmin məqalənin tərkibini ya adını dəyişdirməyə ekslüziv hüquq əldə etmir. Hər hansı istifadəçinin xoş niyyətli töhfəsi də məqaləyə xeyir verə bilər, həmin istifadəçinin məqalə üzrə "bir ya iki qramlıq" əziyyəti çəkib-çəkməməsindən asılı olmayaraq. Vaxtınız olanda, layihənin qaydalarını oxumanız xahiş olunur; heç olmasa ilk iki abzası: en:Wikipedia:Ownership_of_articles. Parishan (talk) 17:24, 22 noyabr 2014 (UTC)
- Yazdığınıza görə əvvəlcə sizə təşəkkür edirəm. Həmin məqalə addım başı istifadəçilər tərəfindən dəyişdirilirdi. Sizdə bunu etmisiz. Məqalə Ana səhifədə görünür. Siz hər dəfə belə bir əlavəni edən zaman Ana səhifədə olan mavi rəngli keçid, qırmızı keçidlə əvəz olunur. Mənə göndərdiyiniz linklərə görə isə sizə təşəkkür edirəm. Zamanım olanda mütləq nəzər salacam. Sizdən isə kiçik bir ricam var. Lütfən başqasının əziyyətlə yaratdığı məqalələrə həmin yaradan şəxsə xəbər vermədən toxunmayın. Bilmirəm bəlkə də kimsə bundan zövq alır, ancaq mənim heç xoşum gəlmir. Hörmətlə:--Baskervill (talk) 20:30, 22 noyabr 2014 (UTC)
- Hörmətli Baskervill, dəyərli zəhmətinizə görə sizə təşəkkür edirəm, lakin təəssüflə qeyd etməliyəm ki, Vikipediyanın qaydalarında "kiminsə əziyyətlə yaratdığı məqalələrə həmin yaradan şəxsə xəbər vermədən toxunmamaq" tələbi bir şərt olaraq göstərilməmişdir. Bu o deməkdir ki, hər hansı bir istifadəçi həmin məqaləyə xoş niyyətli dəyişiklik etməkdə tam azaddır, buna icazə almaq məcburiyyətində deyil və buna görə blokla hədələnməməlidir. Üst-üstə gəlməyən mövqelər yalnız və yalnız müzakirə səhifəsində konsensus yolu ilə aydınlaşdırılmalıdır. Hörmətlə, Parishan (talk) 02:12, 23 noyabr 2014 (UTC)
Layihəyə Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Sizi 1 dekabr 2014 - 31 dekabr 2014 tarixlərində keçiriləcək Ayın məqaləsi layihəsində iştirak etməyə dəvət edirik. "Nəticə cədvəli"nə adınızı buradan, iştirakınızı isə buradan qeyd edib iştirak edə bilərsiz. Layihə çərçivəsində ən yaxşı məqalə qalib olacaqdır. Ən yaxşı məqaləni hazırlayın, Vikipediyaya töhfə verin, qalib olun! |
--Serkanland (talk)
Güney Azərbaycan (ərəb yazısı ilə) vikipediyası
redaktəSalam hörmətli həmkar. Əgər məlumatınz varsa rica edirəm mənə qısa izah şəklində yazın: azb-vikini yaratmaq üçün neçə mərhələ keçilməli və nələr edilməlidir ?. Çünki zənn edirəm bu işin üstə çalışanlar vardı öncələr ancaq indi demək olar ki səs sorağ və ortada bir nəticə yoxdur. Əgər məlumatlı deyilsizsə sizin fikrinizcə bunu kimin vasitəsi ilə öyrənmək olar azərbaycan dilli istifadəçilərdən ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 19:46, 6 dekabr 2014 (UTC)
- Salam hörmətli Asparux Xan Bulqar. Yeni viki layihələrin yaradılması prosesi ilə Vikimediyanın İnkubator adlı bölməsi məşğul olur. AZB vikisinin zənginləşdirilməsi prosesi dayandırılmayıb. Buradan da göründüyü kimi həmin vikidə 3.454 məqalə mövcuddur. Azb vikisinin açılması ilə bağlı müzakirələrə isə buradan baxa bilərsiniz. Ola bilər ki, arada cənublu soydaşlarımızın aktivliyi azalır. Yenə də hamı kimi məndə bu vikinin açılmasını səbirsizliklə gözləyirəm. Hörmətlə:--Baskervill (talk) 20:49, 6 dekabr 2014 (UTC)
- Ətraflı izahınıza görə təşəkkür edirəm. İdarəçi olduğunuz üçün sizdən başqa bilmirəm bu suala kim aydınlıq gətirə bilər: ərəb əlifbası ilə olan məqalələr azvikiyə problem yaradırmı ? Və gördüm ki, layihə lap çoxdan var amma gerçəkləşmir: mən də öncələr müsbət yanaşmamışdım ancaq ətraflı müqayisədən sonra fikrimi dəyişdim. Bu layihə hansı problemlə (və problemlərlə) qarşılaşıb ki uzun müddətdir gerçəkləşmir ? Bunu az bir zamanda həl etmək olarmı ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 21:48, 6 dekabr 2014 (UTC)
- Bu məsələdə ətraflı izah verməyi özümə bir borc bilirəm. Mövcud durumu sizə izah etməyə çalışacam. Əvvəlcədən onu deyim ki, bu mənim şəxsi fikirlərimidir. Yəni bunlara obyektiv düşüncə kimi qəbul etməyin. İnkubatorda yeni bir viki-layihənin açılması ciddi bir prosesdir. Xüsusəndə wikimedia müstəqil domenli vikipediyaların açılmasını ləngidir. Bunun bariz nümunəsi kimi 2014-cü ildə cəmi bir vikipediyanın fəaliyyətə başladığını göstərmək olar. Belə ki, bu ilin 6 noyabr tarixində Nepal və Hindistanda rəsmi dövlət dili olan Maithili dilində Maithili vikipediyası açılıb. Bu dildə 35 milyon insan danışır. Bundan əvvəl ki, il olan 2013-cü ildə isə 2 vikipediya açılıb və bunlardan biridə türk dili olan tuva dilinin vikipediyasıdır. Sadə dillə desək mərkəz il ərzində 1 vikipediyanın açılmasını planlaşdırır. Hər il isə bu yarışda 8-10 civarında vikipediya mübarizə aparır. Son zamanlar daha qızğın yarış talış və azb vikilərinin arasında gedir. Hər hansısa bir vikipediyanın açılması üçün onun müzakirə səhifəsində ciddi formada iştirak etmək və aktiv fəaliyyət göstərək lazımdır. 5-6 nəfərin bir yerə toplaşıb qısa müddətli fəaliyyəti mərkəzi ofisi qane etmir. Əgər siz ərəb əlifbasınıda yaza bilirsinizsə yuxarıda linki olan Azb vikini səhifəsinə daxil olub orada fəaliyyət göstərə və yaxud Azvikidə olan ərəb əlifbalı məqalələri (hansı ki, azb-də yoxdur) ora köçürdə bilərsiniz. İndi isə gələk sizin daha əvvəl ünvanladığınız suala. ərəb əlifbası ilə olan məqalələr azvikiyə problem yaradırmı? bu sualın bir mənalı cavabı xeyrdir. Cənubi Azərbaycanda yaşayan insanlarda bizim qardaşlarımızdır və biz heç bir vəclə onların informasiya almaq hüquqlarını məhdudlaşdırmaq istəmirik. Sadəcə Azvikidə güzgü sisteminin tətbiqi üzərində iş gedir. Başqa bir sözlə latın əlifbası ilə yaradılan bütün məqalələrin ərəb əlifbasına avtomatik formada çevirilməsi sistemini nəzərdə tuturam. İndiki halda isə biz heç bir halda deyə bilmərik ki, Azvikidə 100 min məqalə. Əslində bizdə 90 min məqalə mövcddur. 10 min isə həmin məqalələrdən bəzilərinin ərəb əlifbası ilə olan qarşılığıdır. Başqa sözlə bir məqalədən 2 əlifbada yazılıb. Problem bütün viki cəmiyyəti düşündürür və bir viki fəal kimi sizi əmin etmək istərdim ki, prosesin ədalətli həlli istiqamətində ciddi işlər görməyə səylər edilir. Yaxın zamanlarda bu barədə rəsmi məlumatın elan ediləcəyinə inanıram. Hər birimizin məqsədi dünyanın harasında yaşamasından aslı olmayaraq bütün Azərbaycanlıların öz ana dillərində ensiklopedik məlumatlarla təmin edilməsinə şərait yaratmaqdır. Dərin hörmətlə:--Baskervill (talk) 00:42, 7 dekabr 2014 (UTC)
- İzahınıza görə bir daha təşəkür edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 13:32, 7 dekabr 2014 (UTC)
- Mən sizə təşəkkür edirəm. Əgər sizi başqa hansısa məsələ qaranlıq qalsa mənə yaza bilərsiniz. Sizin sualları mütləq cavablandıraram. Hörmətlə:--Baskervill (talk) 16:29, 7 dekabr 2014 (UTC)
Əlifba.
redaktəSalam, Vikipediya insanların şəxsi fikirlərini məlumatlara əlavə etdiyi yox, umumi fikirlərin yazıldığı yerdi. Bildiyim qədəri ilə Azərbaycan dili üçün ərəb qrafikasınınmı yoxsa latınınmı yoxsa kirilinmi yaxşı olduğunu hər kəsin subyektiv fikrinə qalıb. Fakt budur ki, tarixdə 1000 ildi bu əlifbadan istifadə etmişik. Buna görə Azərbaycan əlifbası səhifəsindəki etdiyim dəyişikliyi xahiş edirəm yerinə qaytarasız. Nəyin düz nəyin yanlış olduğunu qoy insanlar özləri subyektiv müəyyən etsinlər. Bizə düşən olan hadisəni olduğu kimi qeyd etməkdir.
Bloklama
redaktəHörmətli istifadəçi, "Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir" qaydalarının "İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçaldılması", "Vikipediya:İdarəçilərin fəaliyyəti" qaydalarının "Vikipediya istifadəçilərinə münasibət" maddələrinin tələblərini kobud surətdə pozduğunuz üçün "Vikipediya:Bloklama qaydaları"nın "Bloklanma səbəbləri" maddəsinin 4-cü bəndini əsas tutaraq, sizin təcrübəli və Vikipediya üçün faydalı istifadəçi və idarəçi olduğunuzu nəzərə alaraq, müxtəlif müzakirə səhifələrində digər istifadəçilərə qarşı son günlər mütəmadi xarakter alan etik normalardan çox-çox kənar, Vikipediya idarəçisinə yaraşmayan, təhqiramiz və şəxsiyyəti alçaldan şərhlərinizə görə 5 gün müddətinə bloklanırsınız. Nəzərə alın ki, bloku vaxtından əvvəl açmaq cəhdlərinizə görə blok müddətiniz artırıla, həmçinin Vikipediya çərçivəsində digər intizam tədbirləri görülə bilər.
- Bloklanmanıza səbəb olan şərhləriniz bunlardır: [7], [8], [9], [10], [11], [12].
- Xahiş edirəm ki, blok müddətində aşağıdakı qaydalarla yaxından tanış olasınız və istifadəçilərlə münasibətdə daha çox dözümlülük nümayiş etdirəsiniz, çünki idarəçi statusu sizə şəxsi məqsədlərdə istifadə üçün deyil, Vikipediyanın inkişaf etdirilməsində rol oynamağınız üçün verilib.
- Vikipediya:Beş əsas prinsip
- Vikipediya:İdarəçilərin fəaliyyəti
- Vikipediya:Etiket
- Vikipediya:Nəzakət
- Vikipediya döyüş meydanı deyil
- Vikipediya:Xoş niyyətli olduğunuzu göstərin
Ümid edirəm ki, yuxarıda qeyd edilənləri nəzərə alıb gələcək fəaliyyətinizdə müsbət yöndə dəyişikliklər edəcəksiniz. Hörmətlə, Wertuose (talk) 20:01, 14 dekabr 2014 (UTC)
- İadrəçi Wertuose-un mövqeyni dəsətkləyirəm. Azərbaycanca vikipediyada idarəçi --Acategory (talk) 20:21, 15 dekabr 2014 (UTC)
- Cənab Wertuose sizin tərəfinizdən atılan bu addıma görə qətiyyən təəccüblənmədim. Çünki bu sizin mənə qarşı atdığınız ilk yox sayca ikinci belə addımdır. Bir idarəçi digər bir idarəçini bloklayırsa bunu Azvikidə müzakirə etmədənmi edir ? :) Yəni siz digərlər şəxslərlə "Azvikidə" hər-hansısa bir məsləhətləşmə apardınızmı ?! Söhbət bu ensiklopediyadan gedir, hər hansısa sosial şəbəkədə yaradılan qrupda aparılan müzakirədən yox əlbəttə də. Birdə siz nədən qərara gəldiniz ki, məni 5 gün müddətinə bloklamaq bütün məsələləri həll edəcək ? Bəlkə mən 5 günə yox 5 aya "ağıllanacam". Sizin etdiyiniz bu hərəkət özbaşınalıqdır. İndi bu ifadəmidə sizə qarşı təhqir olaraq qəbul edib ürəyiniz istəyən qərar verərsiniz. Mən viki cəmiyyətin birlikdə qəbul etdiyi qərarlara əsla etiraz etmərəm sadəcə "birlikdə" kiminsə fərdi formada verdiyi qərara yox. Digər idarəçilərin bu məsələyə öz münasibətini bildirməməsi və güya təhqir edilən şəxsin ağzına su alıb susması məncə bir daha onu göstərir ki, hardasa müəyyən söhbətlər aparılıb və məni sizin əlinizlə 5 günlük bloklayıblar. Mənim niyyətim Azvikinin işini pozmaq deyil. Gündəlik patrul nəzarəti edirəm və vandalizmə məruz qalan məqalələri bərpa edirəm. Elə siz məni bloklayandan sonra fikir verdim bir necə qeyri-ensiklopedik məqalə yaradılıb və siz onlara əl vurmamısız. Bilmirəm, bəlkə də vaxtınız olmayıb redaktə etməyə. Ancaq nə özünüz redaktə edirsiniz, nə də bir başqasını redaktə etməyə qoyursunuz. Nəsə əşi--Baskervill (talk) 20:09, 15 dekabr 2014 (UTC)
- Baskervill, "İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçaldılması" maddəsinə görə "Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər." Əgər tövsiyə etdiyim qaydalarla tanış olsaydınız, yazdığınız fikirlərin əslində heç bir əsası olmadığını özünüz də dərhal görəcəkdiniz. Siz həqiqətən də hesab edirsiniz ki, həmsöhbətinə qarşı "qudurğan", "sabunlanmaq" kimi nalayiq ifadələr işlətmək normal haldır (İrada xanım, bu sual sizə də aiddir)? Əgər həqiqətən elə hesab edirsinizsə, o halda bunu ictimai şəkildə elan edin və qoy cəmiyyət az-vikini kimlərin idarə etdiyini özü görsün və tanısın. Məni "özbaşınalıq"da ittiham etməyiniz isə mənimlə sizin aranızda olan məsələdir və buna görə blok müddətini artırmaq fikrim yoxdur.--Wertuose (talk) 08:18, 16 dekabr 2014 (UTC)
Baskervillin işlətdiyi ifadələr təhqir hesab edilirsə o zaman mənim müzakirə səhifəmə Ceklinin yazdıqları təhqirlər nədir? Hələ digər səhifələrdəki müzakirələrdə mənə qarşı edilən tərbiyəsizlikləri demirəm. Wertuose, o zaman nədən susdunuz? Avropanın siyasətdə ikili standartı Vikipediyaya da yol açıb.--İrada (talk) 06:29, 16 dekabr 2014 (UTC)
- İdarəçi Acategory Ana səhifəyə əlavə edilən həftənin seçilmiş məqaləsini heç bir səbəb göstərmədən dəyişəndə və mən buna öz etirazımı bildirəndə, mənə qarşı İdarəçi Baskervil. Mən sizin əqidənizi başa düşdüm ifadəsindən istifadə etmişdi. Əslində bu bir təhqir idi. Bundan sonra bir necə dəfə müzakirə səhifəmdə müraciət etsəmdə heç bir cavab ala bilməmişdim və bu səbəbdən mənim bloklanmama cavab verməsini qəbul edə bilmirəm. Cənab Wertuose yaxşı deyirsiniz ki, cəmiyyət az-vikini kimlər tərəfindən idarə edildiyini görsün və tanısın. Məncədə bir gün cəmiyyət həmin insanları tanımalıdır. Sizin mövqeyiniz ədalətli deyil. --Baskervill (talk) 08:30, 16 dekabr 2014 (UTC)
- Əslində bu müzakirəni daha geniş və maraqlı formada aparılmasını arzu edərdim. Mənə bir şey maraqlıdır ki, Azvikidə bir idarəçinin bloklanmasına nədən digər idarəçilər bir fikir bildirmir. Bundan əlavə "təhqirə məruz qalaraq, bütün bəşəri hüquqları pozulan Sefer azeri proseslə bağlı Azvikidə heç bir şikayət etməyib. Bəlkə o təhqir olunduğunu düşünmür ? Bütün bunlar məni Azvikidən neytrallaşdırmaq üçün atılmış bir addımdır. Bunu anlamaq üçün idarəçi falan olmağa heç bir gərək yoxdur. Bir insanın 1 qram ağlının olması tam kifayət edər. Afrasiyab və Keete 37 kimi istifadəçilərin mənim fəaliyyətimə kobud şəkildə müdaxilə edərkən heç kim səsini çıxarmadı və mən bir söz deyən kimi hamının yadına düşdü ki,idarəçi özünü lazım olduğu kimi aparmayıb İrada xanım gözəl qeyd etdi, nə zamana qədər ki, ikili standartlar olacaq inkişaf deyilən bir zad olmayacaq burada. --Baskervill (talk) 08:39, 16 dekabr 2014 (UTC)
- İstifadə elədiyiniz küçə sözlərindən sonra eyni səviyyədə insanlar olmadığımızı fikirləşdim. Ona görə də sizinlə nəyisə müzakirə etmək fikrində deyiləm. Mənə ünvanlanmış təhqirlərinizlə bağlı fikrimi İdarəçilərin müzakirəsi səhifəsində yazmışam, ayrıca, bir idarəçinin kobud təhqirə yol vermiş bir istifadəçini bloklaması üçün başqa istifadəçilərlə müzakirə aparmasına ehtiyac olduğunu da düşünmürəm. Hörmətlə --sefer azeri 09:36, 16 dekabr 2014 (UTC)
- Əslində bu müzakirəni daha geniş və maraqlı formada aparılmasını arzu edərdim. Mənə bir şey maraqlıdır ki, Azvikidə bir idarəçinin bloklanmasına nədən digər idarəçilər bir fikir bildirmir. Bundan əlavə "təhqirə məruz qalaraq, bütün bəşəri hüquqları pozulan Sefer azeri proseslə bağlı Azvikidə heç bir şikayət etməyib. Bəlkə o təhqir olunduğunu düşünmür ? Bütün bunlar məni Azvikidən neytrallaşdırmaq üçün atılmış bir addımdır. Bunu anlamaq üçün idarəçi falan olmağa heç bir gərək yoxdur. Bir insanın 1 qram ağlının olması tam kifayət edər. Afrasiyab və Keete 37 kimi istifadəçilərin mənim fəaliyyətimə kobud şəkildə müdaxilə edərkən heç kim səsini çıxarmadı və mən bir söz deyən kimi hamının yadına düşdü ki,idarəçi özünü lazım olduğu kimi aparmayıb İrada xanım gözəl qeyd etdi, nə zamana qədər ki, ikili standartlar olacaq inkişaf deyilən bir zad olmayacaq burada. --Baskervill (talk) 08:39, 16 dekabr 2014 (UTC)
- Cənab Baskervill, baxın Siz indi məndən ona görə inciyirsiniz ki, mən Sizin tərəfdən cənab Sefer azeriyə edilən təhqirə görə idarəçilərə şikayət etmişəm. Lakin siz heç onu da qeydə almırsınız ki, cənab Acategory Sizə İdarəçi Baskervil. Mən sizin əqidənizi başa düşdüm ifadəsini yazdıqda, mən tamılıqla sizin tərəfinizi saxladım, cənab Acategory-yə isə qeyri-tolerant olduğunu bildirdim. Mən həm sizin tərəfinizdə dura da bilərəm və ya əksinə, sizin etdiyiniz redaktələr barədə şikayət edə. Neytral yanaşma buna deyirlər cənab Baskervill. Yəni mən sizin şəxsiyyətinizin necə olduğu ilə tamamilə maraqlanmıram, məni yalnız sizin Vikipediyada necə idarəçi olduğunuz maraqlandırır. Və mənim burada yeganə ortaq çalışdığım bir idarəçi var - o da sefer azeridir. Mən onunla birgə çoxlu gözəl məqalələr yaratmışıq. Və bu birgə çalışma davam edir. Ona görə də, sizin onu haqqsız yerə alçaltmanız heç bir normalara sığmır. Mənə yazırsız: Keete 37 kimi istifadəçilər - bəyəm mənim burada iştirakım hansısa normaları pozur? Və ya hansısa standartlara cavab vermir? Yazırsız yenə: mənim fəaliyyətimə kobud şəkildə müdaxilə edərkən - deyin zəhmət olmasa, mən nə vaxt sizin hansısa bir məqalənizə əl vurmuşam? Mən ümumiyyətlə, öz tərəfimdən yaradılan məqalələrdən başqa heç bir digər məqaləyə toxunmuram. Çünki onlar mənim maraq dairəmdə deyil. Mən sizə yaratdığınız məqalə ilə bağlı öz mövqeyimi bildirdim - və siz özünüzdə bilirsiniz ki, mən haqqlıyam. Siz o məqaləni səhv adlandırmısınız. Məni ittiham edə-edə siz özünüzə dividiyent qazanmayacaqsınız. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 09:42, 16 dekabr 2014 (UTC)
- İrada xanım, hansı ikili standartdan danışırsız? Sizcə mənə ünvanlanmış ifadələr təhqir deyil? Yəni məni "qudurğan" hesab edirsiz? --sefer azeri 09:47, 16 dekabr 2014 (UTC)
- Cənab Baskervill, baxın Siz indi məndən ona görə inciyirsiniz ki, mən Sizin tərəfdən cənab Sefer azeriyə edilən təhqirə görə idarəçilərə şikayət etmişəm. Lakin siz heç onu da qeydə almırsınız ki, cənab Acategory Sizə İdarəçi Baskervil. Mən sizin əqidənizi başa düşdüm ifadəsini yazdıqda, mən tamılıqla sizin tərəfinizi saxladım, cənab Acategory-yə isə qeyri-tolerant olduğunu bildirdim. Mən həm sizin tərəfinizdə dura da bilərəm və ya əksinə, sizin etdiyiniz redaktələr barədə şikayət edə. Neytral yanaşma buna deyirlər cənab Baskervill. Yəni mən sizin şəxsiyyətinizin necə olduğu ilə tamamilə maraqlanmıram, məni yalnız sizin Vikipediyada necə idarəçi olduğunuz maraqlandırır. Və mənim burada yeganə ortaq çalışdığım bir idarəçi var - o da sefer azeridir. Mən onunla birgə çoxlu gözəl məqalələr yaratmışıq. Və bu birgə çalışma davam edir. Ona görə də, sizin onu haqqsız yerə alçaltmanız heç bir normalara sığmır. Mənə yazırsız: Keete 37 kimi istifadəçilər - bəyəm mənim burada iştirakım hansısa normaları pozur? Və ya hansısa standartlara cavab vermir? Yazırsız yenə: mənim fəaliyyətimə kobud şəkildə müdaxilə edərkən - deyin zəhmət olmasa, mən nə vaxt sizin hansısa bir məqalənizə əl vurmuşam? Mən ümumiyyətlə, öz tərəfimdən yaradılan məqalələrdən başqa heç bir digər məqaləyə toxunmuram. Çünki onlar mənim maraq dairəmdə deyil. Mən sizə yaratdığınız məqalə ilə bağlı öz mövqeyimi bildirdim - və siz özünüzdə bilirsiniz ki, mən haqqlıyam. Siz o məqaləni səhv adlandırmısınız. Məni ittiham edə-edə siz özünüzə dividiyent qazanmayacaqsınız. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 09:42, 16 dekabr 2014 (UTC)
Sefer azeri, mən sizə hədəflənən ifadələrdən söz belə açmadım. Dediyim odur ki, idarəçilərdən heç kim təhqirə yol verməsin. Məni o təəccübləndirir ki, bir istifadəçi və ya idarəçiyə kobudluq etmək, ağzına və ağlına gələni söyləmək olar, digərinə yox. Məgər mənim müzakirə səhifəmdə yazılanları təhqir hesab etmirsiniz? Əgər siz mənə edilən təhqirlərə göz yumursunuzsa sizə edilən təhqirlərə hamı reaksiya verməlidir? Təhqir-təhqirdir, təzəsi -köhnəsi, böyüyü kiçiyi yoxdur. İkili standart odur ki, bir təhqirə hamı reaksiya verir, digər təhqirə isə gözlər tutulur, ağızlar yumulur!--İrada (talk) 11:14, 16 dekabr 2014 (UTC)
- Blok müddətimin bitməsini maraqla gözləyirəm. Hörmətlə:--Baskervill müzakirə 09:32, 18 dekabr 2014 (UTC)
Həftənin seçilmiş məqaləsi
redaktəSalam Hörmətli Sultan11. Sizin Həftənin seçilmiş məqaləsi üzrə 2015-ci il üçün olan məqalələri indidən düzəltdiyinizə görə təşəkkür edirəm. Sadəcə düşünürəm ki, 2015-ci ilin 22-24-cü həftələri üçün olan məqalələr bizə indilik bəs edər. Çünki bu müddət ərzində bizdə böyük bir ehtimalla yeni seçilmiş məqalələr olacaq və biz onları Ana səhifəyə əlavə etmək üçün 2016-cı ili gözləməli olacağıq. Bu mənim şəxsi fikirimdir. Ümüd edirəm ki, nəzərə alacaqsınız. Hörmətlə:--Baskervill müzakirə 20:07, 28 dekabr 2014 (UTC)
- Salam. Təşəkkür üçün çox sağolun. Təklifinizlə razılaşıram və özüm də elə bu fikirdəyəm. Hörmətlə: -- ■ Sultan mesaj 20:22, 28 dekabr 2014 (UTC)
- Bir daha təşəkkürlər. Hörmətlə:--Baskervill müzakirə 20:28, 28 dekabr 2014 (UTC)
Qars vilayəti > Qars ili
redaktəSalam hörmətli həmkar. Əgər münkündürsə Qars vilayəti > Qars ili istiqamətlənməsini ləğv edin. Bu istiqamətlənməyə görə Qars vilayəti məqaləsini yarada bilmirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:47, 31 dekabr 2014 (UTC)