Istifadeci Muzakiresi A Zakirqizi - Wikipedia
Vikipediya | Xoş gəldiniz, A.Zakirqızı! |
Tez-tez soruşulan suallar | Salam, A.Zakirqızı. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
-- Cekli829 14:11, 13 sentyabr 2010 (Sumqayıt vaxtı ilə)
Salam, hörmətli A.Zakirqızı. Fəallığınız təqdirəlayiqdir, xüsusilə də geniş ictimaiyyətin az tanıdığı keçmiş ziyalılar haqqındakı məqalələriniz maraqlıdır. Sizə uğurlar arzulayıram.
Birdə, mümkünsə özünüzün istifadə səhifənizi yaradın. Başqalarınkından da nümunə kimi istifadə ermək olar. --Acategory 15:38, 6 mart 2011 (UTC)
Təbrik edirik
redaktəHörmətli A.Zakirqızı. Siz çalışqanlığınıza və məsuliyyətli fəaliyyətinə görə "Gümüş qələm" nişanı ilə təltif edilirsiniz. Təbrik edirəm. --Acategory 18:45, 9 mart 2011 (UTC)
Kitabxanamdakı kitab
redaktəHörmətli A.Zakirqızı. Bu gün şəxsi kitabxanamı nəzərdən keçirərkən oradan 25 il əvvəl aldığım Zakir Məmmədovun 64 səhifəlik " Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, Azərnəşr, 1986" kitabına rast gəldim. Qiyməti baha deyildi. Yadıma gəlir ki, o zaman bu kitabı maraqla oxumuşdum. Hörmətlə --Acategory 13:01, 30 may 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Earth Song məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --sefer 16:53, 16 iyun 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! İdarəçi seçkisi ilə əlaqədar burada (Vikipediya:İdarəçilər) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə --Ebrahimi-amir 06:25, 4 iyul 2011 (UTC)
Nə üçün?
redaktəHörmətli Cekli829. Zakir Məmmədov (alim) məqaləsində Alimlər və Filosoflar kateqoriyalarını nə üçün silmisiniz? Həmin kateqoriyalar başqalarında mövcuddur. Xahiş edirəm, bunun səbəbini izah edəsiniz.--A.Zakirqızı (talk) 14:15, 22 avqust 2012 (UTC)
- Alimlər və Filosoflar kateqoriyalarının o məqalədə olması, viki dili ilə desək, kateqoriya ağacına zidd idi. Çünki həmin məqalədə Alimlər və Filosoflar kateqoriyalarının alt kateqoriyaları olan Azərbaycan alimləri, Azərbaycanlı alimlər, Azərbaycan filosofları, Azərbaycanlı filosoflar kateqoriyaları da mövcud idi. Bu halda məqalədən çıxartdığım 2 kateqoriyaya orada ehtiyac yoxdur. Digər məqalələrdə də müvafiq redaktələri etmək lazımdır. Hörmətlə, --►CEKLİde gəlsin 03:08, 23 avqust 2012 (UTC)
Hörmətli Cekli829. Alimlər və Filosoflar kateqoriyalarını nə üçün yalnız Zakir Məmmədov (alim) məqaləsindən silirsiniz, digər məqalələrdən ixtisar etmirsiniz? Başqa məqalələri niyə bu cür redaktə etmirsiniz? Bu ayrı-seçkiliyin səbəbi nədir? Xahiş edirəm, bunu izah edəsiniz.--A.Zakirqızı (talk) 14:50, 23 avqust 2012 (UTC)
- Ayrı-seçkilikdən söhbət gedə bilməz. Zamanım olduqca digər məqalələrdə də müvafiq redaktələri edirəm. Əgər vaxtınız və marağınız varsa, bunu Siz də edə bilərsiniz. Hörmətlə, --►Şahdağlı Cekli 03:07, 24 avqust 2012 (UTC)
Burada söhbət sizin Zakir Məmmədov (alim) məqaləsinə xüsusi diqqət yetirmənizdən gedir. Yəni digər məqalələrdə həmin kateqoriyaları ixtisar etmək əvəzinə, Zakir Məmmədov (alim) məqaləsini "redaktə" edirsiniz. Hörmətlə, --A.Zakirqızı (talk) 12:41, 24 avqust 2012 (UTC)
- Məgər Zakir Məmmədov (alim) məqaləsi Sizin şəxsi monopoliyanızdadır? Mənim fəaliyyətimə diqqət yetirsəniz xüsusi diqqət yetirdiyim məqalələrin yalnız Şahdağ xalqları ilə bağlı məqalələr olduğunu görə bilərsiniz. Müvafiq kateqoriyanı isə mümkün olduğu qədər bütün məqalələrdən ixtisar etməyə çalışıram. Hörmətlə, --►Şahdağlı Cekli 12:49, 24 avqust 2012 (UTC)
Zakir Məmmədov (alim) məqaləsini hər kəs redaktə edə bilər. Lakin hər hansı kateqoriyanı ixtisar etməyə Zakir Məmmədov (alim) məqaləsindən başlamağınız qəribədir. Hörmətlə, --A.Zakirqızı (talk) 12:58, 24 avqust 2012 (UTC)
- Hər şeyin bir başlanğıcının olması Sizə niyə qəribə gəlir axı? Mənim əvvəllər də belə redaktələrim olub. 94 min redaktəmin içərisindən onları tapmağım çox böyük zaman alacağı üçün təəssüf ki, linkini Sizə təqdim edə bilmirəm. Əgər vaxtınız və marağınız olsa, buyurun, axtarın. Hörmətlə, --►Şahdağlı Cekli 13:09, 24 avqust 2012 (UTC)
Azb
redaktəSalam. Cənubi Azərbaycan vikipedisini yaradılmasına qarşı olmağınızın niyəsin bilmək istəyirəm. Təşəkkürlə
Buna baxın ki indi Ərəbcə Viki ola-ola Mısır-Ərəbcə vikisidə yaranıb. Neçə Kürtçə vikisi var. İranda bir sıra vikilər var ki çətinlikcə dil sayılır. İki olmaq Az Vikiyə pis deyil ki yaxşıdır. Bu iki viki birbirin daha gücləndirib və tanıtdıracaqdır. --Arjanizary (talk) 07:40, 13 mart 2013 (UTC)
"İbn Xəlliqan"
redaktəBilmək istərdim, nə üçün "İbn Xəlliqan" məqaləsində mütəfəkkiri Xəllikan deyil, Xəlliqan kimi təqdim etmisiniz. Ərəbcə Xəllikan yazılır. Azərbaycanda orta əsr mənbəsi kimi alimin əsərindən istifadə edilərkən də əsasən İbn Xəllikan kimi yazılır. Hörmətlə, --A.Zakirqızı (talk) 08:12, 9 fevral 2014 (UTC) Salam. Oxuduğum bəzi yazılarda və kitablarda Xəlliqan olaraq görmüşdüm. Ola bilsin doğru deyil. Dəyişdirə bilərəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 08:23, 9 fevral 2014 (UTC)
- Siz ərəbcə bilirsiz ?--Asparux Xan Bulqar (talk) 08:59, 9 fevral 2014 (UTC)
İbn Xəllikan adını oxumaq üçün ərəbcəni yox, yalnız ərəb əlifbasını bilmək lazımdır. Atam ərəbşünasdı. Tədqiatımla əlaqədar əvvəllər ərəbcəni müəyyən qədər atamdan öyrənmişdim. Bacım da ərəbşünasdır. Ərəbcə mətn lazım olanda onun köməyindən də istifadə edirəm. Hörmətlə, --A.Zakirqızı (talk) 10:21, 9 fevral 2014 (UTC)
- Bəlkə biləsiz Əhməd ibn Abbasın (İbn Xəllikan) əsərinin əlyazması harda saxlanılır ?--Asparux Xan Bulqar (talk) 10:36, 9 fevral 2014 (UTC)
Atam tədqiqatlarında filosofların irsini araşdırarkən İbn Xəllikanın əsərinin iki cildindən istifadə etmişdir.(Misir, h. 1275-ci il) --A.Zakirqızı (talk) 10:47, 9 fevral 2014 (UTC)
- Cavab burda imiş. Nəysə sualı dəyişim: Bizim tarixçilərdən bu əlyazmanı görən olubmu ?--Asparux Xan Bulqar (talk) 10:48, 9 fevral 2014 (UTC)
Tarixçiləri bilmirəm, amma atam fəlsəfə tarixçisi kimi bu əsəri görüb, oxuyub, araşdırmasında istifadə edib. Bunu Zakir Məmmədovun əsərlərinə nəzər salmaqla da bilmək mümkündür.--A.Zakirqızı (talk) 10:52, 9 fevral 2014 (UTC)
- İddia edilir ki, bu əsərdə Saləh əd-Dinin mənşəyi kürd olaraq verilib. Bu əsərin ing. tərcüməsinin I cildindən hələ ki, 338 s. oxumuşam qardaşları haqqında məlumatlar (mənşələri vurğulanmır, atası Əyyubdan yazılanda onun haradan-Azərbaycan-Dvin) olduğu yazılıb) vardır. Bəlkə biləsiz bu iddia əsaərin hansı cildində hansı səhifədə verilən məlumata əsaslanır ?--Asparux Xan Bulqar (talk) 11:01, 9 fevral 2014 (UTC)
İbn Xəllikanın əsərinin İhsan Abbas tərəfindən çapa hazırlanan Beyrutda 1972 ildə 8 cilddə çap edilən nüsxəsindən hazırda bacım istifadə edir. Həmin nəşrin I cildində 255 s.-də - Əyyubun atası Şazi Dvin əhlindəndir - yazılmışdır. 260 s. isə - Əyyubinin atasının doğum yeri Azərbaycan vilayətlərindən olan Dvin şəhəridir - kimi qeyd edilmişdir.--A.Zakirqızı (talk) 11:37, 9 fevral 2014 (UTC)
- Bu həmin əsərdir ? Odursa hansı cildidir ?--Asparux Xan Bulqar (talk) 11:41, 9 fevral 2014 (UTC)
Həmin əsərdir. Mən yazdığım 1972-ci ildə, sizin göstərdiyiniz bu kitab 1978-ci ildə çap edilib. Əsərin səh. eynidir. I cilddə bunlar yazılmışdır. --A.Zakirqızı (talk) 11:58, 9 fevral 2014 (UTC)
- Bu keçiddəki həmin I cilddir ?--Asparux Xan Bulqar (talk) 12:07, 9 fevral 2014 (UTC)
- Salam. Əgər münkündürsə bunun (اوردغا) düzgün necə oxunduğunu latın əlifbası ilə yazın. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:10, 24 fevral 2014 (UTC)
A.Zakirqızı, salam. Necəsiniz? Mən çətin bir situasiyaya düşmüşəm. Tarixçi olmadığıma görə qərar qəbul etməkdə Sizin köməyinizə ehtiyacım var. Məsələ belədir: Mənə müraciət olunub [1]. Mən bilmək istəyirəm Şəki hökmdarlığı həqiqətən də mövcud olubmu? Əgər olubsa, harada - indiki Şəki rayonunda , yoxsa Zəngəzurda? Bu müzakirəyə də baxın, [2] vaxtınız olsa. Hörmətlə, --İrada (talk) 15:34, 15 fevral 2014 (UTC)
Əli Kərimli məqaləsi
redaktəSalam. Hal-hazırda laboratoriyada olan Əli Kərimli məqaləsinin yaxşı məqalə seçilməsi seçkisində əleyhinə səs vermisiz. Bunun səbəbini öyrənə bilərəm mi. Hər hansı çatışmazlıq və ya artıqlıq sezmisinizsə bunu məqalənin üzərində işləyən biri kimi mənə bildirə bilərsiz ki, mən də nəzərə alım. Məqalənin laboratoriyada olacağı müddətin başa çatmasına hələ həftələr var. Yəni ki, gec deyil.--samral müzakirə 23:31, 20 fevral 2014 (UTC)
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam ! Bakı Slavyan Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Məqalə laboratoriyası/Bakı Slavyan Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
Tiflis əyalətinin müfəssəl dəftəri
redaktəSalam hörmətli A.Zakirqızı. Uzun müddətdir ki, Azərbaycanın Milli Elmlər Akademiyasının Ziya Musa oğlu Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Şahin Məcid oğlu Mustafayevin müəllifi olduğu (Giriş və tərcümənin müəllifi) Tiflis əyalətinin müfəssəl dəftəri: Borçalı və Qazax, 1728-ci il. kitabını axtarıram. Kitab Bakıda, "Pedaqogika" nəşriyyatında, 2001-ci ildə nəşr edilib, 256 səhifədir. Bu kitab mənə hədsiz dərəcədə lazımdır. Əgər bu məsələdə nəsə köməklik edə bilsəz sizə minnətdar qalardım. Hərçənd burada (az.viki-də) belə kimdən kömək istəyəcəyimi bilmirəm. Hörmətlə !--Asparux Xan Bulqar ([[İstifadəçi müzakirəsi:Asparux Xan Bulqar|talk]]) 09:18, 10 may 2014 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! İqtisadçı Bakı QVK məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/İqtisadçı Bakı QVK səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Yaqut əl-Həməvi
redaktəSalam hörmətli həmkar. Bildiyiniz kimi Yaqut əl-Həməvinin 1224-1228-ci illərdə yazdığı Mucam əl-Buldan adlı əsəri var. Bu əsər haqqında qısa izahedici məqalə yazmaq istəyirəm. Ancaq məqalə başlığını düzgün necə adlandırmaq lazımdır bilmirəm: çünki bizim elektron resurslarda Mucam əl-Buldan, Mücəmül Buldən, Mücəm əl-Buldən və sairə kimi şəkillərdə adı keçir bu əsərin. Mən ərəbcə yaxşı oxuya bilmirəm: lütfən bunlara - 1 + 2 + 3 + 4 + 5 + 6 + 7 - baxın və yazın əsərin adı dilimizdə doğru olaraq necə səslənir. Əziyyət verdiyim üçün üzürlü sayın. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 09:54, 30 avqust 2014 (UTC)
Salam
redaktəSalam hörmətli həmkar. Əgər münkündürsə mənə öz e-mailinizi yazın. Hörmətli!--Asparux Xan Bulqar (talk) 18:45, 6 dekabr 2014 (UTC)
- Bağışlayım bəlkə də buna ehtiyyac yoxdur. İbn Hişamın 1928-ci ildə Hindistanın Heydərabad şəhərində nəşr edilmiş ərəb dilində o məşhur əsərini tapdım və Azərbaycanla bağlı I Müaviyyənin səyyahla etdiyi söhbətin kitabdakı səhifəsini müəyyən etdim. Bu əsər alman dilində də varımdır, almanca oxuyuram: bunu başa düşmək mənə çətin deyil, ancaq ərəbcə olan əlyazma (orjinal) oxuduğuma görə Heydərabadda (Hindistan) saxlanılır və daha səhih olan 1928-ci l nəşridir deyə fikirləşirəm. Həmin səifədə olan mətn ərəcə (ərəb əlifbası ilə) və mətnin bizim dilə tərcüməsi (taın əsaslı milli əlifbamızla) lazımdır. Çünki kitab olduqca önəmli və səhih mənbə haqqındadır və "azərbaycanlıların" adı və etnogenezi və tarixi ilə bağlı məqalələrdə mənbə olaraq istifadə olunacaqdır. Yəqin ki, 10-20 cümlə olar tərcüməyə etiyac olan hissə-sizdən rica etməyə üzüm gəlmir çünki bu bilirəm özünüz yox xahişlə başqa bir şəxsə etdirirsiz. Razı olmasazda mən inciməyəcəm, ancaq işdi alınarsa əziyyət verəcəyim üçün sizdən üzr istəyirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:16, 6 dekabr 2014 (UTC)
Vikipediyaya vaxtım olanda daxil olduğum üçün yazınızı indi gördüm. Bacım ixtisasca ərəbşünas-filoloqdur, ərəbcədən filoloji tərcümələri var. İbn Hişamın kitabındakı həmin hissəni tərcümə edə bilər. Hörmətlə,--A.Zakirqızı (talk) 06:34, 7 dekabr 2014 (UTC)
- Hörmətli həmkar bunu öncəki söhbətlərimizdən bilirəm. Yenə deyirəm üzürlü sayın əziyyətə görə: sadəcə istinad kimi Azərbaycan və Azərbaycanlıların tarixi ilə əlaqədar məqalələrdə istifadə etmək üçün ərəbcə və dilimizdə olan tərcüməsi istifadə edilsə bütün eynikökdən olan istifadəçilərə yarıdımı dəyəcək bəzi bizi sevməz iddialara cavab olması üçün. Allah razı olsun ! O məşhur kitabın (1347/1928-ci ildə Heydərabad/Hindistan nəşrini) sizə göndərirəm: https://archive.org/details/atiyjan . Səhv oxumadımsa mənə kitabın 402-ci səhifəsində olan mətni lazımdır ancaq ricam budur ki, imkan olsa gözucu bütün səhifələrə baxasız ola bilər görmədiyim nəsə önəmli detalı nəzərimdə saxlamamışam. Başqa bir link də var: http://ia802303.us.archive.org/8/items/dail_nihaya/tijan_himyar.pdf ancaq ona hələ baxmamışam-sadəcə gördüm deyəsən həmin kitabdır-ancaq əmin olmadım həmin nəşrdir ya yox. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:57, 7 dekabr 2014 (UTC)
- Kitabın 402-ci səh. "...Ubeyd dedi: Ondan uzun zaman keçdi, ötdü və Mosul ərazisində dağa endi. Şəmər ibn Qətaf ibn Muntab ibn Əmir ibn Zeyd ibn İmlaq ibn Zi Əns yüz min [döyüşçüyə] başçılıq etdi. Onlarla Azərbaycana daxil oldu. Döyüşçüləri öldürüldü və əsir götürdü. Sonra irəli hərəkət etdi, iki daşa öz hərəkəti haqqında yazdı. Onlar [iki daş] bu gün Azərbaycanın ərazisindədir. Müaviyyə dedi: Sən Allah Azərbaycan qədimdir? Ona dedi ki, Türk ərazisi olmuş və cəmlənmişlər..." 436-cı səh."Müaviyyə dedi: Türk və Azərbaycan nədir? Ubeyd dedi: o ikisi onların ölkəsidir, ey əmirəlmöminin"
- Hörmətli həmkar bunu öncəki söhbətlərimizdən bilirəm. Yenə deyirəm üzürlü sayın əziyyətə görə: sadəcə istinad kimi Azərbaycan və Azərbaycanlıların tarixi ilə əlaqədar məqalələrdə istifadə etmək üçün ərəbcə və dilimizdə olan tərcüməsi istifadə edilsə bütün eynikökdən olan istifadəçilərə yarıdımı dəyəcək bəzi bizi sevməz iddialara cavab olması üçün. Allah razı olsun ! O məşhur kitabın (1347/1928-ci ildə Heydərabad/Hindistan nəşrini) sizə göndərirəm: https://archive.org/details/atiyjan . Səhv oxumadımsa mənə kitabın 402-ci səhifəsində olan mətni lazımdır ancaq ricam budur ki, imkan olsa gözucu bütün səhifələrə baxasız ola bilər görmədiyim nəsə önəmli detalı nəzərimdə saxlamamışam. Başqa bir link də var: http://ia802303.us.archive.org/8/items/dail_nihaya/tijan_himyar.pdf ancaq ona hələ baxmamışam-sadəcə gördüm deyəsən həmin kitabdır-ancaq əmin olmadım həmin nəşrdir ya yox. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:57, 7 dekabr 2014 (UTC)
Kitabda sizin göstərdiyiniz hissələr bunlardır.Uğurlar. --A.Zakirqızı (talk) 19:39, 9 dekabr 2014 (UTC)
Kitabın hər ikisi h. 1347-ci ildə çap edilib. İstifadə olunan nüsxə Heydərabadda, digəri Yəməndə çapdan çıxıb. --A.Zakirqızı (talk) 19:50, 9 dekabr 2014 (UTC)
- Təşəkkür edirəm. Üç məsələni də soruşsam ürəyim sakitləşəcək: bu kitablardan hər hansı birində əsərin əlyazmasının harda olması barədə məlumat varmı ? + mətnlərin əlyazmada hansı səhifədə olması göstərilibmi ? + hər iki kitabda uyğun məlumatlar uyğun səhifələrdədirmi (yəni hər ikisndə də 402 və 436) ? Belə ki, almanca olan tərcümədə həm də məlumatın əlyazmada hansı səhifədə olduğu verilib. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:02, 9 dekabr 2014 (UTC)
İstifadə olunan nüsxə: h. 1347 ildə Heydərabadda çap edilib. I nəşrdir. Ön söz yoxdur. Sonda aşağıdakı əlyazmalar barədə məlumat verilir.
- Əsas: h. XI əsrin sonunda Sənadakı əsas olduğu deyilən Heydərabad nüsxəsidir.
- Londonda 2901 şifrəsilə saxlanılan nüsxə, Hind nüsxəsinin əsli olması deyilir. Əvvəlkində 3 il öncədir. Lakin onun bəzi nöqsanları vardır.
- Berlin ümumi kitabxanasında saxlanılan nüsxə, çoxlu sözlərə və nöqsanlara baxmayaraq əvvəlki ikisindən qədimdir.
Digəri Yəmən Ərəb Respublikasında çapdan çıxıb. II nəşr olması ön sözdə yazılıb. Ön sözün müəllifi doktor Əbdüləziz Məqalihdir. Onun məqaləsinin sonunda 1979-cu il tarixi göstərilir. Məqalə müəllifi I nəşrin London nüsxəsi əsasında alman şərqşünaslarının ön sözsüz yazdığını bildirir. Daha sonra iki əlyazma haqqında məlumat verir. Səna şəhərində olan nüsxə qədimdir, təxminən 500 ilə çatır. Yazılması 1034 il rəcəb ayının 16 başa çatıb. Onun katibi Məthər ibn Əbdürrəhman ibn Məthər ibn imam Şərəfəddindir. II nüsxəni alim əsl hesab etmişdir. Həmin nüsxə Londonda 2901 şifrəsilə saxlanılır. Katibi Yəmən oğullarından Əli ibn Məhəmməd ibn Hacər Qəmlanidir, 1031 il şaban onu tamamlamışdır, iki nüsxə arasında 4 il fərqi vardır.
Heydərabadda çap edilən kitabda 402 səh. Yəməndə çapdan çıxan kitabda 416 səh., I kitabda 436 səh. II kitabda 449 səh. Hər iki kitabda əlyazma səhifələri barədə məlumat yoxdur. Hörmətlə,--A.Zakirqızı (talk) 19:20, 10 dekabr 2014 (UTC)
- Allah sizlərdən razı olsun. Təşəkkür edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 19:56, 10 dekabr 2014 (UTC)
Evliya Çələbi-II
redaktəSalam hörmətli həmkar. Çarəsiz qalıb sizə yazası oldum. Çünki ərəb əlifbası ilə oxuya bilən dost-tanışlar qaneedici şəkildə yardım edə bilmədilər. Əgər münkünsə Övliya Çələbinin kitabında üç cümləni orjinalında olduğu şəkildə oxuyub latın əlifbası ilə mənə yazın. Qars vilayəti üçün gərəklidir. Səhifə 321-də tanışlar belə oxuyublar (zənnimsə qüsurlu):
- ... Burdan qalxaraq mehsuldar yerler içere gederek Axsaxəyə vardıq. Buranin adi Axsaxə ise de bu lefzi dört çevresinde bulunan eqvam kendi lehcelerince söylerler. Meselen Axsaqə, Axrqəsqə, Aqsaqə ...Feqet defterxaneyi padeşahide "Çıldır iyaletine müteserrif filan paşa" div tehrir olunur. .... — bu üç cümlə gərəklidir ki, düzgün orjinalında olduğu kimi latın əlifbası ilə yazılsın. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:51, 2 fevral 2015 (UTC)
azb wiki üçün metada yardım
redaktəsəlamlar Zakirqızı bacı yorulma!
imkanı olsa lütfən burdakı yazdığın qarşı səsdən vazgeçib onu sil.
bizim bu vikiyə çox ehtiacımız var. bu viki də açılmasa 20 - 30 ilə-dək iranda heç bir nəfər də azərbaycanlı qalmayıb hamısı farslaşacağ.
çox sağol .
Məqalə
redaktəSalam hörmətli, A.Zakirqızı. Məqaləyə yerləşdirilmiş şablonu çıxarmamışdan əvvəl, şablon vasitəsiylə qeyd edilən problemləri aradan qaldırmaq lazımdı. Alim və tədqiqatçılar haqqında məqalələrdə müəllifin bütün kitab və məqalələrinin qeyd etdiyiniz şəkildə sıralanması düzgün deyil. Çünki, siz müəllifin biblioqrafiyasını yox, haqqında vikiməqaləsi yazırsız. Bu və digər problemlər aradan qaldırılmamış zəhmət olmasa məqalədən vikiləşdirmə şablonunu çıxarmayın. Məqalədə o qədər mənbəsiz məlumat var ki, bir-bir onların yanına mənbəsiz şablonu qoysaq gərək bir neçə günümüzü bu işə həsr edək. Ona görə də, istinad problemi həll edilməmiş mənbə azlığı şablonunun məqalədən çıxarılması düz deyil. Hörmətli --sefer azeri 05:10, 6 avqust 2015 (UTC)
Etdiyiniz bu dəyişiklik Vikipediya qaydalarına ziddir. Qaydaları pozduğunuza və tövsiyələrə əməl etmədiyinizə görə bloklana bilərsiniz. Sizə Vikipediya qaydalarını və Vikipediya məlumat sistemini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm. Qeyd: Aktuallığını qoruyan xəbərdarlıqları silmək tövsiyə olunmur. Belə ki, bu hərəkət bəzi hallarda Vikipediya qaydalarının pozulması kimi qiymətləndirilə bilər. |
Hörmətlə --sefer azeri 08:54, 6 avqust 2015 (UTC)
Həmçinin bax
redaktəSalam həmkar. Nərgiz Əliyeva məqaləsində siyahılara əlavələriniz olarsa burada etməyiniz məsləhətdir. --Araz Yaquboglu (müzakirə) 09:51, 9 oktyabr 2015 (UTC)
Ülkər Məmmədova səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Ülkər Məmmədova səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Fəridə Mir-Bağırzadə səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Fəridə Mir-Bağırzadə səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Samirə Mir-Bağırzadə səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Samirə Mir-Bağırzadə səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.