Istifadeci Toghrul R Sk - Wikipedia
Durğu işarələri
redaktəDırnaq işarələri
redaktə- Yalnız "düz" dırnaq işarələrindən istifadə etməli, “bu”, «bu» və „bu“ kimi digər bənzər simvollar işlədilməməlidir.
- Dırnaq daxilindəki yazıya daxili keçid verildikdə, dırnaq işarələri keçidə daxil edilməməlidir. Məsələn, "Vətən uğrunda" və "İgidliyə görə" medalları. (
"[[mətn]]"
)
Tire və defislər
redaktəUzun tire
redaktəUzun tirelərdən (—) aydınlaşdırma və cümlə üzvlərinə əlavələri ayırmaq məqsədilə istifadə edilir. Məqalələrin prembula (giriş) hissəsindəki qısa təsvirdə tez-tez rast gəlinir. Bu tirelər yalnız eyni hal şəkilçiləri və ya eyni hissəciklər qoşulmuş sözləri aydınlaşdırmaq və ayırmaq üçün işlənə bilər:
- Bakı — Azərbaycanın paytaxtı
- Azərbaycanın ən yüksək təltifinə — "Heydər Əliyev" ordeninə layiq görüldü.
Sitatların sonunda müəllifi göstərdikdə uzun tiredən istifadə edilir:
— Şarl Lui Monteskyö
Ortaölçülü tire
redaktəYanaşı yazılmış istənilən iki eyni mahiyyətli məfhum arasındakı məsafəni, aralığı göstərmək üçün ortaölçülü tiredən (–) istifadə edilir. Bu zaman tirelər sol və sağ hissədən boşluqla ayrılmır:
- səh. 7–19
- 450–500 nəfər
- 1962–1964-cü illər
- Bakı–Qazax magistral yolu
Digər hallarda — tarixlər tam formatda qeyd olunduqda, ayırıcı digər sözlər olduqda və yuxarıdakı şərtlər ödənilmədikdə ortaölçülü tirelərin sol və sağ tərəfləri boşluqla ayrılır:
- 23 iyul 1790 – 1 dekabr 1791 (yanlış: 23 iyul 1790–1 dekabr 1791)
- 14 may – 2 avqust 2011 (yanlış: 14 may–2 avqust 2011)
- 1–17 sentyabr (hər iki rəqəm eyni ayın günlərini bildirir)
- Fevral–oktyabr 2009
- payız 2001 – qış 2002
- 1492 – 7 aprel 1556
- Qalınlığı 15 sm – 2 dm-dir.
Ortaölçülü tiredən mənfi ədədləri göstərmək üçün də istifadə edilir:
- −5 °C (yanlış: -5°C və —5°C)
- −2 °C – 2 °C aralığı (yanlış: −2 °C–2 °C aralığı)
Defis
redaktəDefis mürəkkəb sözlərin və söz birləşmələrinin arasında işlədilir. Defis işarəsi hər bir halda boşluqsuz yazılır:
- ümum-Rusiya, veb-sayt, kontr-admiral (mürəkkəb sözlər)
- həddi-büluğ, əhvali-ruhiyyə, tərcümeyi-hal (izafət birləşmələri)
Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edilərkən şəkilçidən əvvəl defis qoyulur. Bundan əlavə, rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla verilir:
- 2-yə, 3-də, 5-i, 6-nın, 17-si
- 2-ci, 3-cü, 6-cı, 9-cu
Qeyd: Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X.