Istifadeci Elsanaturk Qaralamalar Arxiv1 - Wikipedia
Vikipediya:Nəzakət
redaktəNəzakət vikipediyada istifadəçilərin əməl etməli olduğu qaydalar toplusudur və onlar nəzakətlik (kobudluq) hallarının qarşısını almağa yönəlib. Nəzakətsizlik dedikdə vikipediyaçı “şəxsiyyəti hədəfə alan, münaqişə və stress mühiti yaradan davranış” başa düşməlidir. Ona görə də əsl vikipediyaçı digər vikipediyaçı ilə nəzakətlə davranmalıdır.
Nəzakət prinsipi Neytral nəzər nöqtəsi prinsipindən sonra vikipediyanın ən mühüm prinsiplərindəndir. Nəzakətsizlik kimi təsnif oluna bilər:
- Kobudluq
- Şəxsiyyətə yönəlmiş təhqirlər
- Hökmlü, ədalı tonda kiməsə göstərişlər vermək
- Zəif bacarıqları və biliklərinə görə istifadəçiləri ələ salmaq
- “Şəxsi kimi qəbul etmə...” formasında başlayan müraciətlər
- Yalan danışmaq və ya kimisə aldatmaq
- Əsassız ittihamlar
- İstifadəçilərə məhəl qoymamaq (“görməmişəm, eşitməmişəm”)
- İstifadəçilərə dini, irqi, milli, cinsi, cinsi təmayül xüsusiyyətlərinə görə şəxsi hücumlar (ad hominem)
- İstehza, rişxənd, acılama, sancma, sataşma
- Söyüş söymək
- Başqalarının istifadəçi səhifələrini korlamaq
- İstifadəçilərə təhqiramiz adlar vermək və ya onları vandal adlandırmaq
Vikipediya:Neytral mövqe
redaktəNeytral nəzər nöqtəsi vikipediyanın fundamental prinsiplərindən biri və vikipediyanın təməl daşıdır. Bütün vikipediya məqalələri neytral nöqteyi-nəzərdən, qərəzsiz və ədalətli yazılmalıdır və etibarlı mənbələrlə təsdiq edilə bilinməlidir. Bu prinsip bütün məqalələrə və bütün istifadəçilərə eyni dərəcədə aiddir və bu prinsip barəsində heç bir sövdələşmə yolverilməzdir.
Neytral nəzər nöqtəsi vikipediyanın məzmunla bağlı olan üç əsas siyasətindən biridir. Digərləri Təsdiqlənəbilmə və Heç bir şəxsi tədqiqatdır. Bu üç siyasət birlikdə hansı tip mətnlərin vikipediyada yerləşdirilməsini müəyyən edir. Vikipediyanın heç bir qayda və prinsipləri və istifadəçilər arasında heç bir konsensus bu üç siyasətlə müqayisədə üstün ola bilməz.
Əgər konkret məsələ barəsində müxtəlif toqquşan nəzər nöqtələri varsa, əmin olmaq lazımdır ki, mübahisəli məqalədə bütün tərəflərin mövqeyi ədalətli şəkildə təmsil olunsun. Lakin bu yanaşma bütün nəzər nöqtələrinə deyil, ancaq etibarlı mənbələrdən qaynaqlanan və təsdiq edilə bilən perspektivlərə aiddir.
Belə situasiyalarda heç bir nəzər nöqtəsi “həqiqət” kimi təsvir edilib ona fövqəladə çəki verilə bilməz. Bundan əlavə, heç bir digər nəzər nöqtəsi haqqında alşaldıcı tonlarda məlumat vermək, onların səhv olduğunu bildirmək vikipediyaçılara zidd davranışdır. Məqalələri qərəzli şəkildə yazmaq olmaz.
“Faktları təsbit et, mülahizələri yox!” – bu neytral nəzər nöqtəsi siyasətini rezume edən qısa rəhbərlikdir. Burada fakt dedikdə sübuta ehtiyacı olmayan sadə həqiqətlər, mülahizə dedikdə isə mübahisə predmeti ola biləcək abstrakt anlayışlar nəzərdə tutulur. Məsələn, Mars planetdir ifadəsi faktı bildirsə də, Bitlz tarix boyu ən dahi musiqi qrupu olub ifadəsi sadəcə mülahizədir. Ona görə də birinci ifadənin vikipediyaya yazılmasına heç bir məhdudiyyət olmasa da, ikinci tip ifadələr vikipediyanın siyasətlərinə ziddir.
Buna görə də vikipediyada “bir çoxları belə düşünür ki” tipli ifadələrin sui-istifadəsi alqışlanmır.
“Qoy faktlar sənin əvəzinə danışsın” – bu da neytral nəzər nöqtəsini ifadə edən digər qısa rəhbərlikdir. Yəni vikipediyada Adolf Hitler və ya Səddam Hüseyn haqqında məqalələri “Hitler və ya Səddam pis adam olub” cümlələri ilə başlamaq düzgün deyil. Siz sadəcə onların hakimiyyətdə olarkən etdikləri əməlləri (Holokost, mülki əhalinin kütləvi qətli) vikisəhifələrində faktlar formasında yerləşdirsəniz, hər kəs bu şəxslərin xarakteri haqqında real təsəvvür alacaq.
Əgər istifadəçi məqalədə yazılanlarla razı deyilsə onun öz fikirlərini digər məqalə formasında yaratması qadağandır. Yaxşı o olardı ki, narazı tərəf öz fikirlərini və mövqeyini artıq mövcud məqalədə nüfuzlu mənbələrdən sitat gətirməklə bildirsin. Ümumiyyətlə, nüfuzlu mənbələrə istinad vermək neytral nəzər nöqtəsinə nail olmağın ən yaxşı yollarından biridir.
Vikipediya:Etibarlı mənbələr
redaktəVikipediyada məqalələr etibarlı, nüfuzlu və düzlüyünə şübhə olmayan mənbələrə istinad etməlidir. Bunlar üçüncü-tərəf mənbələr olarsa daha yaxşı olar. Etibarlı mənbələr dedikdə nə başa düşülür.
- akademik jurnallar və sair akademik mənbələr
- imzalanmamış məqalələrə münasibətdə imzalanmış məqalələr
- mötəbər informasiya agentlikləri, qəzetlər, saytlar
Ekstremist mənbələrdən istifadəyə müsbət yanaşılmır. Bu cür mənbələrə psevdoelm, təftişçi tarix, şovinist nəzəriyyələr və oxşarlar daxildir.
Şəxslər və ya təşkilatla bağlı məqalələrdə onların özlərinin nəşr etdikləri mənbələrdən ehtiyatla istifadə edilməlidir.
Vikipediya:Etiket
redaktəVikipediya etiketi və ya Vikiket bir istifadəçinin digər istifadəçilərlə necə davranmalı olduğu barədə qaydalardır. Vikipediya rəngarəng auditoriyaya malikdir və hər cür baxış və mövqelərə malik istifadəçilərlə zəngindir. Ona görə də istifadəçilərin bir-biri ilə davranışı bu harmoniyanı qoruyub saxlamağın ən başlıca üsuludur.
- İlk öncə xoş niyyətli olmaq lazımdır. Yəni sizin vikipediyada məqsədiniz maddi gəlir əldə etmək, kimisə reklam etmək və ya digər şəxsi məqsədlər deyil, məhz vikipediyanı zənginləşdirmək olmalıdır.
- Klassik qızıl qaydanı yaddan çıxarmaq olmaz: özünüzə layiq bilmədiyinizi başqasına da etməyin!
- Nəzakətli olmaq əsl vikipediyaçının keyfiyyət nişanıdır. Bunu yaddan çıxarmayın! Yaddan çıxarmayın ki, yazılı ünsiyyətdə sәrhәdi keçmək şifahi ünsiyyətdəkinə nisbətən xeyli asandır.
- Bütün danışıqlarınızı imzalamağı unutmayın. Sözlərinizin arxasında durun (hərfi mənada :)).
- Konsensusa doğru fəaliyyət göstərin, destruktiv olmayın.
- Diqqәtinizi şəxslərə deyil, məzmuna yönəldin.
- Sualları qulaq ardına vurmayın, kar-kor oyunu oynamayın, müraciətləri cavabsız qoymayın.
- Yanlışlarınızı etiraf etməyi bacarın, səhvlərinizi qəbul edin! Üzr istəməyə heç zaman çəkinməyin.
- Öz qüsurlarınızı nəzarətdə saxlayın! Qərəzinizi və qəzəbinizi cilovlayın!
- Bağışlayın və unudun!
- Tərifləməkdən usanmayın. Uğurlu istifadəçilərə daim öz təşəkkürünüzü çatdırın. Mükafatlar və ulduzlar verməkdən çәkinmәyin!
- Mübahisələri başlayan heç vaxt siz olmayın və başlamasına da imkan yaratmayın. Barışıqlara və vasitəçiliklərə əl atın. Başqalarının mübahisələrində vasitəçi olun.
- “Çıxın gedin!” Əgər mübahisənin nəticəsi sizi qane etmirsə və bir şey dəyişə bilmirsinizsə başqa məqalələrin redaktəsi ilə məşğul olun, mübahisəli məqalələri tərk edin. Hirsiniz soyuyanda və arqumentləriniz doğru olanda geri dönərsiniz.
- Yaddan çıxarmayın ki, Vikipediya nə deyil!
- Geri çevirmələrdən uzaq olun və üç dəfə geri çevirmə qaydasına bağlı qalın. savaşlarından kənarda qalın.
- İnsanlara şəxsi hücumlar etməyin, təhqirə keçməyin, qisas almayın, istifadəçiləri damğalamayın (faşist, irqçi və s.), onları kiçiltmәyin, ələ salmayın.
- Xoşlamadığınız istifadəçini izləyərək onun redaktələrinə və fəaliyyətlərinə yerli-yersiz “qulp qoymayın”, insanlara narahatçılıq törətməyin.
- Vikipediyada bitərəf nəzər nöqtəsinə sahib olun.
Vikipediya:Konsensus
redaktəKonsensus vikipediyanın ayrılmaz tərkib hissəsidir və redaktə prosesinin təbii nəticəsi olaraq yaranır. Adətən kimsə vikipediya səhifəsində dəyişiklik edir və daha sonra başqa istifadəçi də həmin səhifəyə dəyişiklik edə bildiyindən o, bir öncəkinin redaktəsi ilə razılaşa və ya razılaşmaya bilər. Bu zaman nəzər nöqtəsindəki fərqlər danışıq və ya müzakirə səhifələrində müzakirə edilir və bu müzakirələrin nəticəsi kimi fərqli baxışlara malik istifadəçilər “mübahisəli” məqalə haqqında konsensus yaradırlar. Hansısa redaktə digər istifadəçilərin də razılığına səbəb olduğunda, adətən susmaq razılıq əlamətidir prinsipi işləyir. Bu zaman digər istifadəçilər adətən həmin redaktəni sükutla qarşılayırlar.
Əgər istifadəçilər arasında fikir müxtəlifliyi varsa, bu müxtəliflik redaktə müharibələrində yox, müzakirə və konsensus qurulmasında öz təzahürünü tapmalıdır. Danışıq və ya müzakirə səhifələrində gedən müzakirələr məhz bundan ötrüdür və onların başlıca məqsədi konsensus qurmaq və neytral nəzər nöqtəsinə nail olmaqdır. Konsensus əldə etmək çətin olduqda istifadəçilər üçüncü müstəqil istifadəçilərin vasitəçiliyinə və mübahisələrin həllinin icma tərəfindən qəbul edilmiş digər prosedurlarına müraciət etməlidirlər.
Konsensus bütün tərəflərin könüllü razılığından yaranır. Bu razılıq adətən danışıqların və ya müzakirələrin nəticəsində yaranmalıdır. Konsensusun işlək olması üçün gərək istifadəçilər də xoş məramlara sahib olmalı, redaktə və istifadəçilərə müraciətlərində nəzakətli, bitərəf və diqqətli olmalıdırlar.
Öz mövqeyində tərs inadkarlıq göstərmək və qarşı tərəfin arqumentlərinə kor olmaq xoş məramlardan uzaqlaşmaq və konsensusa yad hesab edilir. Təcrübəli istifadəçilər bilirlər ki, bəzən qarşı tərəfin mövqeləri onların öz mövqelərindən daha çox sağlam məntiqə dayana bilir. Buna görə də hər bir istifadəçi rasional davranmalı və qarşı arqumentləri qəbul edə bilməlidir.
Konsensus daimi deyil, o bəzən dəyişə də bilər. bir çox hallarda icmanın öz fikrini dəyişməsi təqdirəlayiq haldır. Keçmiş qərarlar hər cür dəyişikliyə, konsensuslar isə yeniliyə açıq olmalıdır.
Vikipediya ona görə vikipediyadır ki, o
- yeni insanlara və yeni istifadəçilərə açıqdır
- böyüdükcə ehtiyacları da çoxalmaqdadır
- çox zaman problemlərə daha uğurlu həll tapa bilir
Konsensus qurmaqda və dəyişikliklər yaratmaqda cəsur olmaq lazımdır. Lakin eyni zamanda da düzgün mühakimə vikiprosesin ayrılmaz atributu olmalıdır.
Konsensus o demək deyil ki, hamı nəticə ilə razıdır, əksinə konsensus o deməkdir ki, hamı nəticəyə tabe olmağa razıdır. Ona görə də konsensus adətən kövrək olur. Lakin bu da o demək deyil ki, hər kəs konsensusu dəyişməyə və ya ləğv etməyə həmişə hazır olmalıdır. Konsensusu dəyişmək istərkən heç də tərəfdarların sayına və gücünә deyil, arqumentlərin sayına və gücünə arxalanmaq lazımdır. Ona görə də ən münasib konsensus üçün hamı ciddi-cəhd ilə çalışmalıdır.
Konsensus müzakirə və danışıqlar səhifələrinin intensiv istifadəsini alqışlayır və tələb edir. Ona görə də məsləhətdir ki, redaktə etməzdən qabaq hər kəs müvafiq müzakirə səhifəsini yoxlasın. Bəlkə sizi maraqlandıran məsələ barədə artıq orada müzakirə gedir? Yaxşı istifadəçi həm kiçik redaktə icmalından, həm də geniş danışıq səhifələrindən səmərəli və rasional istifadə etməyi bacarmalıdır. Yalnız bu yollarla həqiqi konsensusa nail olmaq olar.
Adətən anlaşılmazlıqlar redaktələrin arxasındakı sәbәblәri bilməməkdən qaynaqlanır. Ona görə də məsləhətdir ki, hər kəs redaktə etməmişdən öncə redaktəsinin səbəbini də qeyd etsin. Yalnız bu halda anlaşılmazlıqdan qaynaqlanan konfliktləri aradan qaldırmaq olar.
Vikipediya:Qanunla təhdid olmaz
redaktəQanunla təhdid əsl vikipediyaçıya yaraşmayan hərəkətlərdəndir. Əgər kiminsə vikipediyadakı hәrәkәtlәri xoşunuza gəlmirsə və ya hansısa istifadəçi ilə mübahisəniz varsa, onu qanunla təhdid etmək və ya bu problemləri həll etmək üçün görüşə çağırmaq, duel provokasiya etmək əvəzinə mübahisələrin həlli prosedurlarına müraciət edin.
Əgər sizin mübahisəniz vikipediya ilədirsə, onda sizə Vikimediya fondu ilə əlaqə saxlamağı məsləhət bilirik. Vikipediya vasitəsi ilə başqa insanları qanunla təhdid etmək də yolverilməzdir.
Kimisə qanunla və ya “ənənəvi” yollarla təhdid edənlər, məhkəmə və ya “haqq-hesab çürütməyə” çağıranlar dərhal bloklanacaq! Əgər kiminsə qanunla təhdidlərini görsəniz, bu barədə adminlərə xəbər verin!
Müəlliflik hüququ
redaktəƏgər vikipediya kiminsə, o cümlədən sizin müəlliflik hüququnuzu pozur deyə fikirləşirsinizsə bu barədə dərhal gecikmәdәn adminlərə xəbər verin. Vikipediya müəlliflik hüququna çox ciddi yanaşır və bu hüququn pozulması hallarının qarşısını almaqda sizin fəaliyyətlərinizi tam dəstəkləyir.
Şəxsiyyətin təhqiqi
redaktəƏgər vikipediyanın hansısa məqaləsində hər hansı bir şəxsiyyət haqqında təhqiramiz məlumatın olduğunu düşünürsünüzsə, bu barədə gecikmədən adminlərə müraciət edin. Vikipediyanın siyasəti bu tipli halların qarşısını tamamilə almağa yönəlmişdir və sizin köməyinizi alqışlayır.
Vikipediya:Şəxsi hücum olmaz
redaktəVikipediya səhifələrində şəxsi hücumlar etməyin. İstifadəçilərin şəxsiyyətinə deyil, məqalələrin məzmununa diqqət yetirin. Şəxsi hücumlar əsl vikipediyaçıya şərəf gətirmədiyi kimi, icmaya da zərər verir və yaxşı ensiklopediya yaratmaqda əngəllər törədir.
Debatlar və müzakirələr vikipediya mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Müzakirələr zamanı istifadəçilər nəzakətli olmalı və vikiketi (vikipediya etiketini) gözləməlidirlər. Bu zaman bütün müzakirə istifadəçilərin şəxsiyyəti üzərində deyil, məqalələrin məzmunu üzərində cəmlənməlidir. Müzakirələrdə şəxsi hücumlara keçmək yolverilməzdir.
Şəxsi hücum kimi aşağıdakılar yozula bilər:
- İstifadəçilərin dini, etnik mənsubiyyəti, irqi, cinsi və cinsi təmayülü, siyasi görüşləri, yaşı və fiziki qüsuru, ailə vəziyyəti və sosial sinfi, ictimai mövqeyi və sair cəhətlərinə yönəlmiş epitet və şərhlərin istifadəsi;
- Vikipediya xaricində hansısa istifadəçini təhqir etmək və ya belə təhqirlərə vikipediya səhifəsində keçid vermək;
- Kiminsə hansısa qrupa bağlılığını onun görüş və mövqeyini, redaktələrini qulaq ardına vurmaq üçün bəhanə etmək;
- Qanunla təhdid etmək;
- Ölümlə təhdid etmək və ya “haqq-hesab çürütməyə” çağırmaq;
- İstifadəçi səhifələrində vandalizmlə məşğul olmaq;
- İstifadəçiyə zərər vurmaq məqsədi ilə onun kimliyini vikipediyada aşkar etmək.
Əgər istifadəçi şəxsi hücumlarla məşğuldursa bu barədə adminlərə xəbər verin, adminlər onların barəsində müvafiq tədbirlər görəcəklər.
Vikipediya:Mübahisələrin həlli
redaktəMübahisələrin həlli siyasəti vikipediyada istifadəçilər arasındakı mübahisələrin həlli yollarının məcmusudur. Bu siyasətə aşağıdakılar aiddir:
- İstifadəçi mübahisələr zamanı mübahisənin predmetini digər istifadəçinin şəxsiyyətində deyil, məqalənin məzmunu üzərində cəmləməlidir. Bu zaman əsas diqqət məzmunun qərəzsiz və bitərəf olmasına yönəlməlidir. Məzmunla bağlı problemlər zamanı vikipediya istifadəçilərə yüz ölçüb bir biçməyi məsləhət görür. lər zamanı bitərəf və etibarlı mənbələrə istinad etmək və təsdiqlənə bilən informasiyalara müraciət etmək lazım bilinir. Bununla yanaşı, başqa insanların sizinlə razılaşmasını istəyirsinizsə, həm redaktə icmalında, həm də danışıq səhifələrində redaktələrinizi izah etməniz mәslәhәtdir.
- Soyuqqanlı ol! Bəzən problemlərin çoxu istifadəçilərin tələskənliyindən və özlərini itirmələrindən yaranır. Əslində, bir balaca gözləyəndən və yüz ölçüb bir biçəndən sonra istifadəçilər görür ki, bu problemlərin çoxu sadəcə yaranmaya bilərdi. Bundan başqa qarşı tərəfə də öz hərəkətləri barədə düşünməyə vaxt vermək lazımdır. Vikipediya istifadəçilərdən uzaqgörənlik tələb edir. Bəzən gözləmək müzakirəyə başqa istifadəçilərin də cəlb olunmasına, mübahisənin tərəflərinin artmasına və yeni ideyaların meydana gəlməsinə yol aça bilər. Xüsusilə, təcrübəli vikipediyaçı yeni istifadəçilərlə münasibətlərində səbirli olmalı, onlara hər cür yardım etməlidir.
- Mübahisəli məsələləri müvafiq danışıqlar və ya müzakirə səhifələrində açılan müzakirələr vasitəsilə həll etmək lazımdır. Bunun üçün bütün tərəflər bir-birlәri ilə vikipediya çərçivəsində daim əlaqədə olmalıdırlar. Bu müzakirələr zamanı şəxsi təhqirlərdən və ad hominem hücumlardan uzaq durmaq, soyuqqanlı qalmaq və xoş məramlara sahib olmaq lazımdır. Nəzakət əsl vikipediyaçının bariz xüsusiyyətidir.
- Müvəqqəti barışığa gəlmək bəzən yardımçı ola bilər. Bu barışıq ona görə lazımdır ki, tərəflər əlavə arqumentlər və sübutlar toplaya bilsinlər, hirsləri soyusun, baş verənləri özlәrindә dəyərləndirsinlər və yeni taktika və strategiya seçsinlər. Çox zaman bu cür barışıqlar müvәqqәtilikdәn çıxaraq daimi sülhə çevrilə bilər, çünki zaman problemlərə ən yaxşı həlldir. Bəzən bir çox problemlər vaxt keçdikcə özləri aradan qalxır.
- Üçüncü tərəfə müraciət etmək bir çox hallarda qarşıdurmanı zəiflədə və tərəflərin gözlərindən qaçan həll yolları tapmağa kömək edə bilər. Bunun üçün etibarlı, təcrübəli və müstəqil mövqe sahibi olan qərəzsiz və bitərəf vikipediyaçı seçmək lazımdır. Əgər mübahisələrin həllini istəyirsinizsə, o zaman vasitəçi seçiminiz də ədalətli olmalıdır. Və ya sorğu aparmaq və vikipediya icmasının mövqeyini öyrənmək də mübahisənin həllinə kömək edə bilər. Ən ekstremal hallarda isə (məsələn, vikipediya qayda və siyasətlərinin pozulması, təhqir və nəzakətsizlik, şəxsi hücumlar) adminlərə müraciət etmək lazım bilinir.