Iran Neft Birjasi - Wikipedia
İran Neft Birjası (fars. بورس نفت ایران), İranın Kiş adasında 17 Fevral 2008-ci ildə fəaliyyətə başlayan neft birjası. Əvvəlcə birjanın 20 Mart 2006-cı ildə açılması nəzərdə tutulurdu. Texniki problemlər səbəbindən bu tarix təxirə salındı.
Təşkilat
redaktəDünyanın üçüncü böyük neft ehtiyatlarına malik ölkəsi və OPEC-in ikinci böyük istehsalçısı olan İran, neftin qiymətində təsiri olan nadir ölkələrdən biridir. Gündəlik 4.4 milyon barrel xam neft istehsal edən İran, bu istehsalın %80-ni ixrac edir. Həmçinin Mərkəzi Asiya və Xəzər neft və qazının dünya bazarına ötürülməsi üçün, Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, ən yaxşı variantdır.
İran Neft Birjasının, hazırda neft əməliyyatlarında iki birja olan London Birjası (IPE) ilə Nyu-york Birjasının oliqopoliyasını qıracağı proqnozlaşdırılır.
Amerika dolları və dünya neft bazarı
redaktəABŞ dolları, gücünü böyük nisbətdə dünya neft ticarətinin dollar üzərindən yeridilməsindən alır. 2001-ci ildən 77 milyon barrelə çatan gündəlik neft istehlakının %26-i təkcə ABŞ tərəfindən edilir. Avropanın ümumi istehlakı isə ümumi məbləğin %22-ni əhatə edir.
İnflyasiya vergisi
redaktəAmerika Birləşmiş Ştatları, inflyasiya ilə mübarizə etmək üçün yeni vergi mənbələri yaratmaq əvəzinə, əvəzsiz olaraq pul kəsmə üsulundan istifadə etdi. Beləliklə, bazarda dollar artıqlığı yarandı və dolların dəyəri aşağı salındı. Qarşılıqsız olaraq istehsal olunan dollara qarşılıq, bazara daha az mal vermə yolu ilə aradakı fərq, bu sayədə vergi qoyulmaqla başladıldı.
İmperiyanın doğması
redaktə1945 Bretton Vudz qərarı ilə doğan Amerika imperatorluğu, Amerika dollarını qızıla tam olaraq çevrilməsi də, xarici dövlətlər üçün dolların qızıl qarşılığı olduğunu elan etmişdir.
İkinci Dünya müharibəsindən sonrakı iyirmi beş il, dünyada, qarşılığı qızıl kimi zəmanət edilən dolların istifadəsi üzərində qurulmuş Bretton Vudz maliyyə sistemi, Şarl de Qollun böyük miqdarda dolları təyyarəyə ataraq Amerikaya aparıb qarşılığında qızıl istəməsinə qədər davam etmiş, 1970-71-ci illərdə əcnəbilər əllərindəki dolların qarşılığı olaraq qızıl istədiklərində 15 Avqust 1971-ci ildə bunu etməyəcəyini bəyan edən Amerika bir imperator olduğunu elan etdi. Bu əslində Amerika hökumətinin iflası demək idi. Amerika dünyanın qalan hissəsindən, qarşılığı olmayan çox böyük miqdarda maliyyəni çəkdi və dünyanın geri qalanı buna cavab verəcək halda deyildi. Dünya vergiyə bağlandı və buna etiraz olunmadı.
Səudiyyə nefti
redaktə1945-ci ildə ABŞ Prezidenti Ruzvelt və Səudiyyə Kralı arasında imzalanan müqavilə ilə Amerika şirkətlərinin Səudiyyə nefti üzərində hakimiyyətini başladan addım atılmışdır. Prezident Ruzvelt, Yalta Konfransının ardından Fevral 1945 tarixində Səudiyyə rejiminin qurucusu Kral Əbdül Əziz Suud ilə Süveyş Kanalında ABŞ döyüş gəmisində görüşmüşdü. Görüşdə Ruzvelt, Səudiyyə neftinə imtiyazlı daxilolma qarşılığında Krala Amerika qorumasını zəmanət etmişdi. Görüşdə Kral ilə Prezident Ruzvelt arasında tərcüməçilik vəzifəsini yerinə yetirən Qüds doğumlu Polkovnik Willam Eddy, daha sonrakı illərdə Dahranda Aramco müşaviri kimi CIA səlahiyyətlisi kimi işləməyə davam etmişdi. 1971-ci ildə Amerika hökumətinin dolların əvəzini qızıl kimi verməyəcəyi məlum olduqda, 1972-1973-cü illərdə Amerika hökuməti Səudiyyə kral ailəsi ilə, kral ailəsinin hökmranlığını qorumaq qarşılığında nefti yalnız dollarla satmaları barədə razılaşma əldə etdi. Digər OPEC ölkələri də bunu yaxından izlədi və neft qarşılığı olaraq yalnız dollarla alış-veriş etmiş oldular.
İran Neft Birjasının təsirləri
redaktəABŞ ilə İran arasındakı ziddiyətin əsl səbəbinin İranın qurmaqda qərarlı olduğu avro-neft birjası olduğu dilə gətirilir.[1]
İran-ABŞ gərginliyi
redaktəDünya neft bazarlarını yaxından izləyən dairələr ABŞ-nin İrana nüvə enerji araşdırmalarından dolayı tutduğu mövqeyin altındakı əsas səbəbin nüvə silah istehsalı narahatlığını deyil İranın Mart ayında açmağı planlaşdırdığı neft birjası olduğunu dilə gətirir. ABŞ iqtisadiyyatının çarxlarını döndərmək üçün hər il 500 milyard dollar pula ehtiyac var. ABŞ iqtisadiyyatını xeyli dərəcədə maliyyələşdirən Çin və Yaponiya, neft ehtiyacının böyük hissəsini İrandan təmin edirlər. Çin, yaxın keçmişdə İranla 70 milyard dollarlıq neft müqaviləsi imzaladı. İran arzuladığı neft birjasını həyata keçirir və satdığı neftin qarşılığını avro olaraq istəməyə başlayarsa, ABŞ iqtisadiyyatının iki mühüm maliyyəçisi əllərindəki dolları satıb avro almağa başlayacaqlarından dolayı dollar, o cümlədən ABŞ, böyük nisbətdə nüfuzlarını itirəcəklər. 80 trilyon dollar borcu olan ABŞ iqtisadiyyatının, İranın avro əsasında qurmaq istədiyi neft birjası şokundan çox mənfi təsir göstərəcəyi məlumdur.
Dollar əvəzinə avroya bağlı bir neft birjası yaradılması ilə;
- Dolların etibarlı valyuta olmaq xüsusiyyətini əhəmiyyətli dərəcədə dəyişməsinə,
- Avroya olan tələbatın artmasına
- Buna bağlı olaraq dəyər qazanmasına yol açacaq.
- Bundan başqa, Neft satışından əldə edilən gəlirlər, yəni "petro-dollar" üçün etibarlı bazarlar olaraq görülən ABŞ maliyyə bazarlarında qiymətləndirilə bilinməyəcək,
- Beləliklə, ABŞ Xəzinəsinin daha az dollar satışa çıxarmasına
- Bu hal da ölkənin maliyyə riskinin yüksəlməsinə, faizlərinə və birjasına mənfi təsir etməsinə yol açacaq.
İran, ixracında əhəmiyyətli mənfi dəyişikliklər olduğundan neft qiymətlərində böyük artım olur. Çünki, dünyada gündəlik 1.5 milyon barrel həcmindən daha çoxu var. Məsələn, 1978-79, inqilab illərində (hələ İraq tam gücü ilə ixrac edərkən) İranın neft ixracı 1.1 milyon barrel düşüncə, dünya neft qiymətləri sürətlə yüksəldi, ABŞ İkinci Dünya müharibəsindən sonra ən sərt ressesiyasını yaşamış, işsizlik nisbəti %10,8 yüksəlmiş, inkişaf etməkdə olan ölkələrdə borc böhranı baş vermişdir.
İran Neft Birjası və avro
redaktəİran Neft Birjasında avro ilə əməliyyat aparılmasının təsiri, ABŞ-nin istədiyi miqdarda əsginas çap olunmayacağı nəzərdə tutulur. Həmçinin bu vəziyyətin, avronun xeyrinə olacağı bilinməkdədir. İran Neft Birjasının gətirəcəyi təsirlə Aİ-nın yaxın gələcəkdə, maliyyə baxımdan ABŞ-yə çata biləcək mövqeyə gələcəyi ehtimal edilir.
İstinad
redaktə- ↑ Is the Iran Oil Bourse the casus belli? 10 may 2019 tarixində mənbəyindən arxivləndi. 09 mart 2006, 321energy.com , Yoxlanıldı: 10 may 2019.