Ip Man 2 Film 2010 - Wikipedia
"İp Man 2" (çin. 葉問2, ing. Ip Man 2 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
İp Man 2 (film) | |
---|---|
çin. 葉問2 | |
Janr | Döyüş, dram |
Rejissor | Vilson İp |
Prodüser | Reymond Vonq |
Ssenari müəllifi | Edmond Vonq |
Baş rollarda |
Donni Yen Sammo Hun |
Bəstəkar | |
İstehsalçı | Mandarin films |
Distribütor | Netflix, Disney+ |
İlk baxış tarixi | 29 aprel 2010[1], 30 aprel 2010[1], 17 iyun 2010[1], 18 avqust 2010[1], 22 yanvar 2011[1], 28 yanvar 2011[1], 11 fevral 2011[1] |
Müddət | 109 dəqiqə |
Büdcə | $12,902,809 |
Gəlir | $49,721,954 |
Ölkə | Honkonq |
Dil | Kanton dili |
İl | 2010 |
Əvvəlki film | İp Man (2008) |
Sonrakı film | İp Man 3 (2015) |
Rəng | rəngli |
Çəkiliş yeri | Honkonq |
IMDb | ID1386932 |
Məzmun
redaktəYaralı İp Man dostunun köməyilə Foşandan müvəffəqiyyətlə qaçır. İp Man burada çətin günlərini yaşayır. O ailəsini dolandıra bilmir. Hətta evinin kirayə pulunu verə bilmir. Buna görə də o Vin-Çun döyüş stilini tədris etməklə pul qazanıb ailəsini dolandırmaq istəyir. İp Manın dostu ona geniş bir zal tapır. Bundan sonra İp Man şagird yığmaq üçün elanlar yazıb divara yapışdırır. Bir neçə gün onun yanına şagird gəlmir. Bir gün bir xanım paltarları İp Manın zalının yanında yumaq üçün İp Mandan icazə istəyir. İp Man icazə verir və xanıma əziyyət olmasın deyə paltarı özü asır. Bu zaman İp Manın yanına əlində elan kağızı olan bir oğlan gəlir. Xanım həmin oğlanı görüb İp Mana xəbər verdi. Oğlan İp Mana məğlub olacağı təqdirdə onun şagirdi olacağını dedi. İp Man onu asanlıqla məğlub etdi. Döyüş bitəndən sonra oğlan heç bir söz deməyib getdi. Bir neçə saat sonra həmin oğlan üç nəfərlə İp Manın yanına gəlir. Oğlan üç nəfərə İp Manın yaxşı Kunq Fu bildiyini dedi. Amma həmin üç nəfər oğlana inanmırlar. İp Manla döyüşmə istəyirlər. Onlar da həmin oğlan kimi asanlıqla məğlub olurlar. Bundan sonra həmin oğlan İp Manın şagirdi olmaq üçün ona yalvarır və üç oğlan da İp Manın şagirdi olmaq istəyir. İp Man razı olur. Beləliklə İp Man Vin Çun döyüş sənətini şagirdlərinə öyrətməyə başlayır. İp Manın ilk şagirdinin köməyilə onun şagirdləri artmağa başlayır. Bir gün İp Man axşam vaxtı dükana evə piroq almağa gedir. Birdən iki satıcının bir nəfərin arxasınca qaçdığını gördü. Həmin adam Si Çun idi. İp Manı onu tanıyırdı. Si Çun dükandan qızardılmış ördək oğurlamışdı. İp Man onlara yaxınlaşdı və səbəbini öyrəndikdən sonra ördəyin pulunu özü verdi. Si Çun isə qaçdı. Si Çunun oğlu İp Mana onun qaçdığı yeri göstərdi. Si Çun heç nə xatırlamırdı. O yaponlar tərəfindən başından zədə aldıqdan sonra heç nə xatırlamırdı. Si Çun onları yaxın buraxmadı. İp Man Si Çunun belə olmasının günahını özündə gördü və o Si Çunun oğluna kömək edəcəyinə söz verdi. İp Manın Si Çunun oğluna iş tapır. Bir gün İp Manın şagirdi divarlara Vin Çun elanları yapışdırarkən başqa oğlanlarla sözü düz gəlmədi. Onlar heç kim olmayan yerə gəldilər. İp Manın şagirdi onların döyüşə başladı. Dostunun məğlub olduğunu görən oğlanlar İp Manın şagirdinə hücum etdilər və onu döyüb balıq bazarına apardılar. İp Man dərs keçərkən onun şagirdinin döydüyü oğlanın qardaşları İp Manın yanına gəldilər. Onlar İp Mana şagirdinin balıq bazarında olduğunu dedilər və şagirdini almaq üçün pul gətirməyini tapşırdılar. İp Man balıq bazarına getdi. İp Man oğlanlara şagirdini geri qaytarmalarını xahiş etdi. Onlar şagirdini İp Mana qaytardılar. Pulu gətirmədiyinə görə İp Manın üstünə düşdülər. İp Man onları döyməyə başlayır. Adamlar həddən artıq çox və silahlı idilər. Təkbaşına onlarla bacarmaq olmazdı. Ona görə də İp Manla şagirdi qaçmaq istəyərkən onların müəllimi ilə rastlaşır. Müəllimin adı Hundur. Ustad Hun ona məktəb açmaq üçün bəzi qaydalara əməl etməli olduğunu dedi və bu qaydalara əməl etmədiyinə görə İp Manla şagirdini həbs etdirdi. Polis İp Manın evinə gəlib onun arvadına İp Manın döyüşdüyü üçün həbs olunduğunu və onu azad etmək üçün girov pulu ödəməyini dedi. İp Manı azad etmək üçün pulu çatmır. Buna görə də arvadı İp Manın dostunun yanına gedib İp Manı azad etmək üçün ondan kömək istəyir. İp Manın dostu həbsxanaya gəlib girov pulunu ödəyir və İp Man həbsdən çıxır. Lakin şagirdini həbsdən çıxarmaq üçün İp Manın pulu yoxdu. Onu həbsdən çıxarmaq üçün dostu kömək edir və şagirdi həbsdən çıxır.
Rollarda
redaktəAd | Rol |
---|---|
Donni Yen | İp Man |
Sammo Hun | Hunq Çun-nam |
Xuanq Çiaominq | İp Manın ilk şagirdi |
Lin Hunq | İp Manın həyat yoldaşı |
Derren Şahlavi | "Tvister" adlı Britaniyalı boksçu |
Həmçinin bax
redaktə Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |