Ingilis Parki Irevan - Wikipedia
İngilis parkı (İngilis bağı; erm. Անգլիական այգի) — Ermənistanın İrəvan şəhərində yerləş ictimai parkdır. Park İtalyan küçəsində yerləşmişdir. Park Kentron rayonunun mərkəzində 5,5 hektar sahəni əhatə edir. Respublika meydanından cənub-qərbdə yerləşmişdir.
İngilis parkı | |
---|---|
erm. Անգլիական այգի | |
| |
Məlumatlar | |
Ölkə | |
Yerləşməsi | İrəvan, Ermənistan |
Sahəsi |
|
Yaradılıb | 1860 |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİngilis bağı İrəvan şəhərinin ən qədim parklarından biri hesab olunur. Park 1860-cı illərdə İrəvan quberniyasının general-mayoru Mixail Astafyev tərəfindən yaradılmışdır. Sovetdən öncəki dövrdə dəfələrlə abadlaşdırılmışdır. Parkın abadlıq problemi 1880-ci illərdə məşhur Yerevan həkimi Levon Tiqranyanın diqqətini cəlb edir və dumaya müraciət edir. Ancaq şəhər duması bu məsələ ilə maraqlanmır. Bağın abadlıq problemi yenidən 1894-cü ildə müzakirə edilmişdir. Yenidən qurma planı təşkil edilmişdir. Plana əsasən, parkda bir neçə xiyaban olmalı, dükanlar fəaliyyət göstərməli idi. Bataqlaşmış sahələrin drenajlarla qurudulması fikri təklif edilmişdir. Yüzlərlə ağac və kol bitkilərinin əkilməsi planlaşdırılırdı. 1895-ci ildə park 12 ilə kimi kirayə olaraq Sol Baklaçyana verildi. Baklaçyan üç il ərzində abadlıq üzrə planlaşdırılmış işləri həyata keçirməli idi. Əgər parkın vəziyyəti yaxşılacaqdısa, Baklaçyan parkı öz əlində saxlayacaqdı. Baklaçyan öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədi. Buna görə də şəhər başçısı İsaak Melik-Aqamalyan parkın yenidən qurması işləri ilə məşğul olmağa başladı. Abadlıq işləri 10 ildən çox davam etdi. Park yalnız 3 oktyabr 1910-cu ildə ziyarətçilər üçün istifadəyə verilmişdir.[1]
İngilis parkında 1920-ci ildə Ermənistanın tarixində ilk futbol oyunu keçirilmişdir. İrəvan və Aleksandropolya (Gümrü) komandaları bir-biri ilə qarşılaşırdılar.[2] Sovet illərində park 26 Bakı komissarının şərəfinə adlandırılmışdı. Ermənistanın müstəqillik əldə etməsindən sonra parkın ilkin adı bərpa edilmişdi.
Park bu gün
redaktəİngilis parkında hal-hazırda Fransanın və İtaliyanın səfirliyi, Sundukyan adına Erməni teatrı və "Konqress-otel" mehmanxanası yerləşir.
Parkda erməni dramaturqu Qabriel Sundukyan və onun personajı Pepo balıqçısının heykəl büstü qurulmuşdur.
Parkın mərkəzi fəvvarəsi təzə bəy və gəlinlər üçün şəkil çəkdirmək üçün sevimli yerlərdən biridir.
Qalereya
redaktə-
Parkın görünüşü
-
Mərkəzi fəvvarə
-
Parkda abidə
İstinadlar
redaktə- ↑ Очерк истории Еревана. — Издательство Ереванского университета., 1977. — С. 277.
- ↑ "Armenian Encyclopaedia: Football". 2018-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.