Incevar - Wikipedia
İncəvar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur.[1][2][3]
İncəvar | |
---|---|
Ölkə | Ermənistan |
Tarixi
redaktəXalac çayının sol sahilində yerləşirdi.[4]
Toponimi
redaktəToponim türk mənşəli qıpçaq tayfasından olan incə etnonimindən[5] və "möhkəmləndirilmiş kənd, bənd, qala" mənasında işlənən var sözündən[6] əmələ gəlmişdir və "incə tayfasına mənsub qala, kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
redaktəKənddə 1873-cü ildə 66 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 129 nəfər, 1904-cü ildə 140 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır[7]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1922-ci ildə geri qayıtmış əhali qonşu Xələc kəndində yerləşdirilmişdir[8][9]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin keçmiş sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 45 nəfər azərbaycanlı yaşamışdır[10]. 30-cu illərin sonunda kənd ləğv edilmişdir. İndi ölü kənddir.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Зелинский С.П. Экономический быт государственный крестьян Зангезурского уезда Елизаветпольской губернии. “Материалы для изучения экономического быта гос. крестьян Закавказского края”. . IV. 1886.
- ↑ Тревер К.В. Очерки по истории и культуры Кавказской Албании. М. -Л.,. 1959.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Инҹәвар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.49
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.113
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 56–57, 134–135
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. . Bakı. 1995.
- ↑ Рашид ад-Дин. П.ереписка. М.,. 1972.
- ↑ Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд",. 1932. səh. 57-135.