Imren Aykut - Wikipedia
İmren Aykut (türk. İmren Aykut; 1940, Kozan, Adana ili) — Türkiyə iqtisadçısı və dövlət xadimi.
İmren Aykut | |
---|---|
türk. İmren Aykut | |
Vəzifədədir | |
8 yanvar 1996-cı ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1940 |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iqtisadçı, sindikatçı[d] |
Bioqrafiyası
redaktə1940-cı ildə Türkiyənin Adana ili Kozan şəhərində anadan olmuşdur. Atatürk adına ibtidai məktəbi, sonra Adanadakı qızlar liseyini bitirir. 1964-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir[1].
Sonra İngiltərədəki Oxford Universitetində oxuyur. İşçi-işəgötürən münasibətləri, əmək münasibətləri və həmkarlar ittifaqları üzrə təhsil alır. Bundan sonra Norveçdəki Oslo Universitetində "müəssisə rəhbərliyində işçilərin iştirakı" proqramı üzrə təhsil alır. Daha sonra İttifaqlar Konfederasiyasında və İngiltərədəki Əmək Nazirliyində müxtəlif araşdırmalarla məşğul olur. Doktor dərəcəsini "İşçilər üçün valyuta məzənnələri (Türkiyə xaricində) və bunların Türk iqtisadiyyatı baxımından təhlili" adlı işinə görə almışdır.
1964–1975-ci illərdə Aykut iki həmkarlar ittifaqında kollektiv əmək mübahisələri şöbəsinin müdiri, 1975–76-cı illərdə işçi-işəgötürən münasibətləri üzrə mütəxəssis və kağız işçiləri həmkarlar ittifaqının baş katibi vəzifələrində çalışmışdır.
Siyasi karyera
redaktə1983-cü ildə Milliyyətçi Demokratik Partiyanın qurulmasında iştirak edir. 1986-cı ildə Milliyyətçi Demokrat Partiyası ləğv edildikdən sonra Anavətən Partiyasına qatılır. 1987, 1991, 1995-ci illərdə ümumi seçkilərdə İstanbuldan millət vəkili və 1999 Adanadan millət vəkili seçilir.
1983–1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü vəzifəsini icra etmişdir. Turqut Özal və Yıldırım Akbulut hökumətlərində Əmək və Sosial Müdafiə naziri vəzifəsində çalışıb. Məsud Yılmazın iki ofisində Dövlət Naziri vəzifəsini də icra edib. 30 iyun 1997-ci ildən 11 yanvar 1999-cu ilədək İctimai işlər və mənzil tikinti naziri işləyir. Ümumi seçki yolu ilə parlamentə girdikdən sonra bu vəzifəyə gələn ilk türkiyəli qadın nazirdir.
İstinadlar
redaktə- ↑ "Dr. İmren Aykut" (türk). Kim Kimdir?. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-24.