Imperiya Qadagasi - Wikipedia
İmperiya qadağası (alm. Reichsacht) Müqəddəs Roma İmperiyasında kiminsə qanundan kənar olduğunu elan etməyin bir növü idi.[1] Müxtəlif vaxtlarda bu, Müqəddəs Roma İmperatoru, Reyxstaq və ya digər məhkəmələr tərəfindən elan edilə bilərdi.[2] alm. Geächtete (təxminən 17-ci əsrdən etibarən, danışıq dilində Vogelfreie, "quş kimi azad") kimi tanınan imperiya qadağası altında olan insanlar bütün hüquqlarını və mülklərini itirdilər. Onlar qanuni olaraq ölü sayılırdılar və hər kəsə hüquqi nəticələr olmadan onları soymağa, yaralamağa və ya öldürməyə icazə verilirdi. İmperiya qadağası avtomatik olaraq bir insanın aforoz edilib kilsədən xaric edilməsindən sonra tətbiq edilirdi, habelə imperiya qadağası altında olan bir şəxsə kömək təklif edən hər kəsə şamil edilirdi.
Qadağan edilmiş şəxslər qanuni orqana müraciət edərək qadağanı geri götürə bilərdilər. İmperiya qadağasının daha güclü versiyası olan Aberacht (Mənfurluq) geri qaytarıla bilməzdi. İmperiya qadağası bəzən bütün feodal əraziyə tətbiq edilirdi. Bu halda, digər feodallar onlara hücum edə və onları fəth etməyə çalışa bilərdilər. Qadağanın bir şəhərə və ya digər mülkə təsiri ondan ibarət idi ki, o, imperatora bilavasitə tabeçiliyi itirdi və gələcəkdə imperatordan başqa ikinci bir senyora sahib ola bilərdi.
İstinadlar
redaktə- ↑ Starn, Randolph. Contrary Commonwealth: The Theme of Exile in Medieval and Renaissance Italy. Berkeley: University of California Press. 1982. 23. ISBN 0-520-04615-3. OCLC 8052509.
- ↑ Marquardt, Bernd. "Imperial ban". Encyclopedia of Early Modern History Online (ingilis). 2015. doi:10.1163/2352-0272_emho_sim_026352. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |