Ilqar Huseynov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İlqar Həsrət oğlu Hüseynov — Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı, "Kulturologiya tarixi" elminin banisi, kulturologiya üzrə mütəxəssis, kulturologiya elmləri doktoru, professor.[1]
İlqar Hüseynov | |
---|---|
İlqar Həsrət oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Lerik |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | 24.00.01. kulturologiya |
Elmi dərəcələri | kulturologiya elmləri doktoru, |
Elmi adı | ADMİU-nun professoru |
İş yerləri | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Mükafatları | Beynəlxalq "XX əsrin gənc alimi" diplomu, "Qızıl Qələm" mükafatı |
İlqar Hüseynov |
Həyatı
redaktəİlqar Həsrət oğlu Hüseynov 1965-ci il fevalın 14-də Lerik rayonunda anadan olmuşdur. 1982–1988-ci illərdə ADİİ-də (indiki ADMİU) ali təhsil almışdır. O, təhsil müddətində Nizami Gəncəvi adına təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. İ. Hüseynov əmək fəaliyyətinə 1988-ci ildə başlamış, 1993-cü ilə qədər universitetin klub müdiri, 1989–1993-cü illərdə saathesabı müəllım, 1993-cü ildən bu günə qədər tam ştat müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Pedaqoji fəaliyyəti dovründə 1000-ə yaxın müxtəlif mövzularda elmi-kütləvi tədbirlərin təşkilatçısı və ssenari müəlifi olmuşdur. Bu tədbirlərin əksəriyyəti mətbuatda və kütləvi-informasiya vasitələrində geniş işıqlandırılmışdır. Yaxşı işinə görə dəfələrlə universitetin rəhbərliyi tərəfindən təşəkkürə layiq görülmüş, fəxri fərman, diplom və ADMİU-nun yubiley medalları və döş nişanı ilə təltif edilmişdir. 1994–2000-ci illərdə ADMİU-nun tələbə elmi cəmiyyətinin sədri olmuşdur.
1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Dövlət Mədəniyyət Akademiyasında pedoqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Əyləncə-oyun ünsiyyətinin tərbiyə potensialının realizə edilməsi" adlı dissertasiya müdafiə etmişdir. 1999–2002-ci illərdə İ. Hüseynov ADMİU-nun Elmi Şurasının katibi, 2002-ci ildən 2012-ci ilədək "Tətbiqi kulturologiya" kafedrasının, 2012–2014-cü illərdə isə qurum dəyişikliyi ilə əlaqədar olaraq "Mədəniyyət və muzeyşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
İ. Hüseynov 2004-cü ilin dekabrında Azərbaycanda ilk dəfə kulturologiya sahəsi üzrə "Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti" adlı dissertasiya müdafiə etmiş və 2008-ci ildə kulturologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. O, 2008–2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Sənətşünaslıq" bölməsi üzrə ekspert şurasının üzvü olmuşdur. 2002–2008-ci illərdə ADMİU-nun "Tətbiqi kuturologiya" kafedrası universitetdə ilk dərə olaraq İlqar Hüseynovun rəhbərliyi altında "Mədəniyyət dünyası" (elmi redaktoru Mübariz Süleymanlı) və "Mədəniyyət: problemlər, perspektivlər" adlı elmi məqalələr toplusu nəşr etdirmişdir. 2000–2014-cü illərdə İ. Hüseynov Mədəniyyət və Turizm Nazirliyinin "Mədəni-maarif"
(sonra adı dəyişdirilərək "Mədəni həyat") jurnalı və ADMİU-nun "Mədəniyyət dünyası" elmi məqalələr toplusunun redaksiya heyətinin üzvü olmuşdur. 2008–2010-cu illərdə AAK-ın Eksrert Şurasının üzvü, 2011-ci ildə isə respublikada AAK tərəfindən təsdiqlənmiş kulturologiya üzrə müdafiə şürasının üzvü olmuşdur. Kulturologiya sahəsində mükəmməl elmi biliklərə malik olan İ. Hüseynov 1999–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində dərslik, dərs vəsaitləri və proqramlar üzrə Elmi-Metidik Şurasının "İncəsənət" bölməsində qrif komissiyasının üzvü və həmin şuranın sədr müavini olmuşdur. 2011-ci ildə ümmummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə, respublikamızın qüdrətlənməsi naminə təhsil sahəsindəki yüksək fəaliyyətinə, savadlı kadrların hazırlanmasındakı xidmətlərinə görə "Parlamentin səsi" qəzetinin rəy sorğusuna əsasən ilin "Elm xadimi" fəxri mediya diplomu ilə təltif olunmuşdur. Onun rəhbərlik etdiyi magistrantlar ADMİU-da müvəffəqiyyətlə dissertasiya müdafiə edirlər. İ. Hüseynov 2012-ci ildə ADMİU-da və BSU-da keçirilən beynəlxalq elmi konfranslarda bölmə sədri olmuşdur. O, İran İslam Respublikası, Rusiya Federasiyası, Türkiyə, Ukrayna elmi mətbuatında elmi məqalələr və tezislərlə, habelə 20-yə yaxın beynəlxalq və respublika konfranslarında elmi məruzələrlə çıxış etmişdir. 2012-ci ildə Azərbaycan kütləvi informasiya vasitələri Həmkarlar İttifaqının rəyasət heyəti İ. Hüseynovu elmin inkişafında xidmətlərinə görə "Azərbaycan bayrağı" və "Xalqın nüfuzlu ziyalısı" Fəxri diplomları ilə təltif etmişdir. İ. Hüseynov Azərbaycan Respublikasında ilk bələdiyyə seşkilərində (1999) Bakı ş. Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsinə üzv seçilmişdir. O, YAP-ın fəal üzvlərindəndir.
İ. Hüseynov Azərbaycanda və xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konfranslarda və elmi seminarlarda fəal iştirak edir. O, 300-ə qədər elmi məqalə, dərslik, dərs vəsaiti, monoqrafiya, proqram, metodik tövsiyə və digər elmi-metodik göstərişlərin müəllifidir. Bunlardan, "Ənənə və müasirlik: ABŞ-da böyüməkdə olan gənc nəslin mədəni asudə vaxtının təşkili", "Ənənə və müasirlik: İngiltərə və Fransada mədəni fəaliyyətin təşkili", "Kulturologiyada tərbiyə prosesinin rolu", "Kulturologiya və onun əsas istiqamətləri", "Muzeyşünaslıq", "Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti", "Tətbiqi kulturologiya", "Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi", "ABŞ-da asudə vaxt", "Turizmin əsasları", "Dünya muzeyləri və tarixi mədəniyyət abidələri", "Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili", "Dünya mədəniyyət siyasəti", "İctimaiyyətlə əlaqələr" və s. xüsusi qeyd etmək olar.
İ. Hüseynov "XX əsrin gənc alimi" beynəlxalq diplomu ilə təltif olunmuş, onun "Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti" adlı monoqrafiyası "Qızıl qələm" mükafatına, "Turizmin əsasları" dərsliyi isə III Respublika kitab satış-sərgisində II mükafata layiq görülmüşdür.
İ. Hüseynov 2011–2012-ci illərdə Respublikada fəaliyyət göstərən Kulturologiya və onun ümumi məsələləri (sənətşünaslıq, kulturologiya) üzrə ixtisaslaşmış namizədlik və doktorluq dissertasiya şurasının üzvü olmuşdur. O, həmin illərdə həmçinin, mədəniyyət və turizm üzrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın üzvü olmuşdur. İ. Hüseynovun elmi rəhbəri olduğu dissertant Elnurə Kazımzadə 2011-ci ildə və İran İslam Respublikasının vətəndaşı Ədalət Nemati isə 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən kulturologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışlar. Pedaqoji fəaliyyəti dövründə 50-dən çox magistr və doktoranta elmi rəhbərlik etmiş və etməkdədir. Hal-hazırda müdafiəyə hazırlaşan 1nəfər fəlsəfə doktorunun və 1 nəfər də elmlər doktoru iddiaçısının elmi rəhbəridir. İ. Hüseynov 2012-ci il 12 iyun tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu" mövzusunda keçirilən Kulturoloqların II Beynəlxalq Forumunda "Kulturologiya tarixi — bəşəriyyətin mədəni varlığını və təkamülünü tədqiq edən elm kimi" adlı məruzə ilə çıxış etmişdir. Beynəlxalq "Vikipediya ensiklopediyası" İ. Hüseynovu Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı və "Kulturologiya tarixi" elminin banisi adlandırmışdır. (http://az. Wikipedia.org/wiki/?axtar=%C4%Bolqar H%C3%BCseynov).
İlqar Həsrət oğlu Hüseynov hazırda universitetin ictimai–siyasi və mədəni həyatında fəal iştirak edir. O, 1999–2012-ci illərdə ADMİU-nun Elmi Şurasının üzvü, 2010-cu ildən hal-hazıra qədər universitet Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, Kulturologiya fakültə Həmkarlar Təşkilatının sədridir.
16 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərədindən Azərbaycan Respublikasının "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülmüşdür. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Mədəni həyat" jurnalında fəaliyyətinə görə "Şərəf" diplomu ilə təltif olunub. İ. Hüseynov 2017-ci ildə Bakı Mültikulturalizm Mərkəzində kurs keçmiş və xüsusi seltifikatla təltif olunmuşdur.
Bakı Biznes Universitetində 2018–2019-cu illərdə keçirilən fəlsəfə üzrə doktorantura üzrə imtahan qəbul komissiyasının sədri olmuşdur. O, 2019-cu ildə pedaqoji sahədəki səmərəli fəaliyyətinə görə ADMİU-nun rektoru tərəfindən fəxri fərmanla təltif olunmuşdur. 2019-cu ildən hal-hazıra kimi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda AAK-ın yaratdığı Kulturologiya üzrə Müdafiə Şurasının üzvü və elmi seminarın sədridir. 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Argentina səfirliyinin birgə layihəsi əsasında "Azərbaycan mədəniyyətinin dünəni və bu günü" mövzusunda ADMİU-nun Elmi Şurasında geniş elmi məruzə ilə çıxış etmişdir. İ. Hüseynov 2021-ci ildə tədris sahəsindəki uğurlarına görə Respublika təhsil işçiləri Həmkarlar Komitəsinin "100 illik medal"ı ilə təltif olunub. 2021-ci ildə Turizm və Menecment Universitetində Yekun Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur. 2021-ci ildə AMEA-nın Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Humanitar Elmlər üzrə Problem Şuranın üzvü seçilmişdir. Hazırda ADMİU-nun Kulturologiya fakültəsinin bakalavr və magistr təhsil səviyyələrində müxtəlif ixtisaslar üzrə Yekun Dövlət Atesstasiyasının (DAK) üzvüdür. 2021-ci ildə Bakı Humanitar kollecində "Turizmin işinin təşkili" üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
İ. Hüseynovun kulturoloji problemlərlə bağlı radio və televiziyadakı çıxışları, mətbuatdakı yazıları, simpozium və konfranslardakı məruzələri həmişə yüksək dəyərləndirilib. İ. Hüseynov müdafiə olunan 10-dan çox namizədlik və doktorluq dissertasiyasına opponentlik etmişdir. Onun tələbələrindən 20-dən çox elmlər namizədi, elmlər doktoru, dosent və professorlar vardır. O, cümlədən xeyli sayda əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, Əməkdar artist, Xalq artisti fəxri adı almış tələbələri vardır. Bunlardan filologiya elmlər doktoru, professor Gülşən Əliyeva (Kəngərli), dosentlər: Tamilla Əhmədova, İlhamə Səfərova, Aygün Eyvazlı, Səyavuş Məhişov, Xanım Mustafayeva, Elnurə Kazımzadə, Sevinc Əsgərova, Sahib Vəliyev, Əməkdar artist Zakir Əliyev, Mətanət İskəndərlini və s. qeyd etmək olar. O, 2022-ci ildən professor elmi adını almışdır.
İ. Hüseynov ADMIU-nun professor, müəllim və tələbə kollektivi arasında xüsusi hörmətə malik olan təcrübəli pedaqoqdur.
Ailəlidir, iki övladı, bir nəvəsi var.
- Ənənə və müasirlik. ABŞ-da böyüməkdə olan gənc nəslin mədəni asudə vaxtın təşkili. Dərs vəsaiti. Bakı. ADMİU. 1996. 216 səh.
- Ənənə və müasirlik. İngiltərə və Fransada mədəni fəaliyyətin təşkili. Dərs vəsaiti. Bakı, ADMİU. 1996. 236 səh.
- Kulturologiyada tərbiyə prosesinin rolu. Dərs vəsaiti. Bakı. ADMİU. 1996. 96 səh.
- Kulturologiya və onun əsas istiqamətləri. Dərs vəsaiti. Bakı, ADMİU. 1998. 136 səh.
- Muzeyşünaslıq. Dərslik. III fəsil. İlqar Hüseynov. Azərbaycan muzeyləri. Bakı, Mars-Print. 2002. 448 səh.
- Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti. Monoqrafiya. Bakı, Mars-Print. 2002. 308 səh.[3]
- Tətbiqi kulturologiya. Bakı, Mars-Print. Dərslik. 2004. 436 səh.
- Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi. Dərs vəsaiti. Bakı, Mars-Print. 2006. 216 səh.
- ABŞ-da asudə vaxt. Dərs vəsaiti. Bakı, Mars-Print. 2004. 236 səh.
- Turizmin əsasları. Ali məktəblər üçün dərslik. Bakı, Mars-Print. 2007. 436 səh.
- Dünya muzeyləri və tarixi mədəniyyət abidələri. Dərs vəsaiti. Bakı, Mars-Print. 2008. 298 səh.
- Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili. Ali məktəblər üçün dərslik. Bakı, Mars-Print. 2008. 378 səh.
- Qədim dünya mədəniyyəti. Ali məktəblər üçün dərslik. Bakı, Mars-Print. 2009. 428 səh.
- Kulturologiya tarixi. Ali məktəblər üçün dərslik. Bakı, Mars-Print. 2012. 876 səh.
- Dünya mədəniyyət siyasəti. Ali məktəblər üçün dərslik. Bakı, Mars-Print. 2012. 586 səh.
- İctimaiyyətlə əlaqələr. Dərslik. Bakı, 2017. 478 səh.
İstinadlar
redaktə- ↑ Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti: kultrologiya e. d-ru а. dər. al. üçün təq. ol. dis-nın avtoreferatı
- ↑ Azərbaycan Milli Kitabxanasının Elektron kataloqunda professor İlqar Hüseynovun elmi əsərlərinin siyahısı
- ↑ "Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti: monoqrafiya" (PDF). 2020-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-15.