Ilasin Magarasi - Wikipedia
İlasın (Qızılquş) (başq. Ыласын) başqırdca — qızılquş, rəsmi olaraq Elasın — Başqırdıstanın İşimbay rayonunda olan mağara.1985-ci ildə təbiət abidəsi kimi qorunur. Qorunan ərazinin sahəsi 100 hektardı. Qorunan əraziyə əhəngdaşlarından təşkil olunmuş mağara, eləcə də Cənubi Uralın enliyarpaqlı ağaclarından ibarət qərb yamacları daxildir.[1]
İlasın | |
---|---|
başq. Ilasın | |
Ümumi məlumatlar | |
Amplitudası | 28 m |
Uzunluğu | 487 m |
Eni | 10 m |
Sahəsi | 1025 m² |
Həcmi | 5287 m³ |
Tipi | karst |
Giriş sayı | 5 |
Yerləşməsi | |
53°23′40″ şm. e. 56°23′53″ ş. u.HGYO | |
Ölkələr | |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Seleuk çayı hövzəsinə daxil olan Utınlıqol çayının sağ sahilində yerləşir. Mağara İşimbay royunun Xazinova kəndindən 1,5 km cənub-şərqdə yerləşir.
Mağara karst mənşəlidir, orta karbonun əhəng daşlarından təşkil olunub.
Mağara əsas zaldan və şərqi, şimal-şərqi və cənub-şərqi girişlər sistemindən ibarətdir. Mağaranın uzunluğu — 487 metr, orta eni — 10 metr, orta hündürlüyü — 5 metr, amplitudası — 28 metr, sahəsi 1025 m², həcmi isə 5287 m³-dir.
Əsas giriş arka şəkilli olub (eni 12 metr, hündürlüyü 7,6 metr) 30 metrlik qıf daxilində yerləşir. Giriş 170 metr hündürlükdədir. Girişdən yuxarıda digər dörd əlavə giriş yerləşir. Əlavə girişlər yan mağaraya aparır. Əsas girişdən geniş formada olub buzla örtülüdür. Əsas giriş tədricən uzunluğu 80 metr olan zala birləşir.
Mağaranın tavanı düzdür və şaçaqşəkilli formaya malikdir. Üzəri kiçik stalaktitlərdən ibarətdir. Daxildə kiçik su çuxurlarına rast gəlinir. Mağaranın divarları da düzdür. Döşəmədə buz stalaqmitlər (hündürlüyü 7 metr) üstünlük təşkil edir. Daxildə gil, çınqıl və daş kəsəkləri üstünlük təşkil edir. Əsas zaldan şimal-şərqə (uzunluğu 20 m), cənub-şərqə (uzunluğu 100 m) və cənuba çıxışlar var. Cənub çıxışın sonunda dərinliyi 0,2-1,5 metr olan göl var. Göldən sonra dairəvi çıxış var və cənub-şərqi çıxışla birləşir. Bu çıxışın sonunda da göl yerləşir. Girişlərin döşməsində gil, stalaqmit, kiçik heyvanların sümükləri toplanıb.[2]
Mağara daxilində yayda temperatur 2—6°С olur. Girişlərin birində qartallar məskunlaşıb.
İstinadlar
redaktə- ↑ "CD Econet". 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
- ↑ "Пещеры Хазинская и Ыласын". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-01.
Ədəbiyyat
redaktə- Мартин В. И., Усольцев Л. Н. Пещеры Хазинская и Ыласын на Южном Урале // Пещеры. Вып. 8 (9). Пермь, 1970. С. 41-52.
- Перечень классифицированных пещер на территории СНГ 1998
- Перечень классифицированных пещер СССР 1989