Iha Fuyu - Wikipedia
İha Fuyu (伊波 普猷?, 15 mart 1876 və ya 1876[1], Naha – 13 avqust 1947 və ya 1947[1], Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası.[2] "Okinavaşünaslığın atası" hesab olunur.[2] O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir.[2]
İha Fuyu | |
---|---|
yap. 伊波 普猷 | |
Doğum tarixi | 15 mart 1876 və ya 1876[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1947 və ya 1947[1] |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | tarixçi, folklorşünas, dilçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
redaktəİha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur.[2] 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır.[2] Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir.[2] Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır.[2]
1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir.[2]
Elmi töhfələri
redaktəİha xristian, prohibitionist və esperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir.[2] 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür.[2] Burada Ryukyu krallığının "Omoro Soşi" şeirlər antologiyasını tədqiq etmiş, Okinava dili üçün lüğət tərtib etmiş, Okinava folkloruna və dram teatrına aid kolleksiya yaratmış, qədim Okinava dilinin səs sistemini öyrənmişdir.[2]
İhanın Okinava haqqında olan nəşrləri və mühazirələri arxeologiya, tarix, dilçilik, fəlsəfə, etnologiya və ədəbiyyat kimi mövzuları əhatə etmişdir.[2] Əsas əsərləri 11 cilddən ibarət "İha Fuyu zenşu" (1974–76) əsərində toplanmışdır.[2]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 262. ISBN 0-87011-623-1. İstifadə tarixi: 19 oktyabr 2022.