Ibrahim Akin - Wikipedia
İbrahim Akın (1961, Ulubey[d], Uşak ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
İbrahim Akın | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İzmir (2.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəİbrahim Akın 1961-ci ildə Uşak ilinin Ulubey ilçəsində anadan olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 7 il həbsxanada saxlanılıb.[1]
Uşakda İnsan Hüquqları Dərnəyinin yaradılmasında yer alıb. Sosial Araşdırmalar, Mədəniyyət və İncəsənət Fondunun, həmçinin Dostluq və Yardım Fondunun təsisçisi olub. İzmir Düşüncə Cəmiyyəti və Ege Ətraf və Mədəniyyət Platformasının (EGEÇEP) üzvü olub.
Azadlıq və Dayanışma Partiyası (ÖDP) İzmir il şöbəsinin sədri və ÖDP Məclisinin üzvü vəzifələrində təmsil olunub. EDP İdarə Heyətinin, YSP İdarə Heyətinin, HDP Baş Məclisinin üzvü olub.[1]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]