Istahsizliq - Wikipedia
İştahsızlıq - Haqqında Məlumat
İştahsızlıq — Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxa bilən və qida qəbuluna olan istəyin azalmasını əks etdirən simptom, psixoloji xəstəlik. İştaha qidalanma istəyi və aclıq hissi deməkdir. Bu hiss kifayət qədər qidalı maddələrin və enerjinin bədənə daxil olmasını və maddələr mübadiləsinin fasiləsiz təminatını tənzimləyir. İştaha hissi mərkəzi sinir sistemi və həzm traktı arasında olan qarşılıqlı əlaqə nəticəsində yaranır. Bu hissin istər azalması, istərdə artması orqanızmdə normal maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.
İştahsızlıq | |
---|---|
XBT-10 | R63.0 |
XBT-9 | 783.0 |
MeSH | D000855 |
Vikianbarda əlaqəli mediafayllar |
Səbəbləri
redaktə- Nevrotik anoreksiya. Nevrotik anoreksiya diaqnozu ən çox (90%) gənc xanımlarda (15–25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Bəzən bu xanimların istəyi uğursuzluqla nəticələnir və bir müddət sonra onlarda iştahasızlıq, qidalanma fobiyası (qorxusu) yaranır. Daha geniş Nevrotik anoreksiya….
- Həzm sisteminin xəstəlikləri. İştahasılıq daha çox qaraciyərin parenximatoz patologiyaları və mədə xəsstəlikləri, xüsusilə də mədə xərçəngi zamanı qeyd edilir. İştahazılığın aşağıdakı səbəbləri qeyd edilə bilər:
- Ağız boşluğunun, udlağın, qida borusunun iltihabi və tumoroz (xərçəng) dəyişiklikləri
- Mədə xəstəlikləri: qastrit, xora, mədə çıxacağının stenozu (daralması), mədə xərçəngi
- Bağırsaq xəstəlikləri: Enteritlər, Kron xəstəliyi, xoralı kolit, appendisit, xroniki ishal, bağırsaq stenozları
- Qaraciyər və öd yollarının xəstəlikləri: qaraciyərin kəskin və xroniki iltihabi xəstəlikləri, qaraciyərdə durğunluq, öd daşı xəstəliyi.
- İntoksikasiya. İntoksikasiya bədənin bu və digər kənar maddələrlə zəhərlənməsi mənasını verir. Aşağıdakı intoksikasiya növləri iştahasızlıq yarada bilər:
- Akoqol: alkoqoldan asılı olan insanlarda səhərlər iştahasızlıq qeyd edilir və diş fırçalayan zaman qusma da yarana bilir. Gün ərzində iştaha getdikcə açılır və hətta ifrat yüksələ də bilir.
- Narkotik: narkotikdən asılı olan insanlarda arıqlama, solğunluq, yorğunluq, yuxuculluq, davaranış pozğunluqları, ürəkbulnama kimi əlamətlərlə yanaşı işthasızlıqda qeyd edilir.
- Dərman: bir çox dərmanların qəbulu zamanı əlavə təsir kimi iştahasızlıq qeyd edilir. Bu dərmanlara xərçəng əleyhinə istifadə edilə sitostatiklər, ürək xəstəliklərində istifadə ediləm ürək qlükozidləri və s. aid edilə bilər.
- Peşə zəhərlənmələri: qurğuşunla, arsenlə, haloid karbohidrogeni kimi maddələrlə xroniki zəhərlənməsi iştahasızlıq yarada bilir.
- Hərarətin olması. Bu və ya digər səbəbdən bədən temperaturunun normadan yüksək olması iştahazılıqla müşayət olunur.
- Anmiya. Qanazlığının səviyyəsindən aslı olaraq fərqli dərəcədə iştahasızlıq rast gəlinir və anemiyanın aradan qalmaxması ilə qaydasına düşür.
- Maddələr mübadiləsinin pozğunluğu. Uremiya və ya hiperkalsemiya (kalsiumun qan zərdabənda yüksək olması) iştah pozğunluğuna səbəb ola bilər.
- Endokrin pozğunluqlar. M.Addison və hipofiz xəstəlikləri iştahasızlıqla müşayət olun bilər.
- Hipertoniya. İştahanın pozulması artıq xəstəliyim daha bədxassəli xarakter almasına işarədir.
- Xroniki infeksiyalar. HİV və vərəm kimi infeksiyalar zamanı iştahasızlıq qeyd oluna bilər.
- Hamiləlik. Xüsusilə də hamiləliyin birinci trisemesterində iştahasızlıq ola bilər.