Omer Izgi - Wikipedia
Ömər İzgi (türk. Ömer İzgi; 1 yanvar 1940) — Türkiyə siyasətçisi və hüquqşünası. 2000–2002-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur İzgi 1999–2002-ci illərdə Milliyətçi Hərəkat Partiyasından (MHP) Konya seçki dairəsi üzrə millət vəkili olmuş, lakin 2002-ci il ümumi seçkilərində yerini itirmişdir.
Ömər İzgi | |
---|---|
türk. Ömer İzgi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1940 (84 yaş) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Erkən illəri
redaktəÖmər İzgi 1 yanvar 1940-cı ildə Türkiyədə, Konyanın Doğanhisar şəhərində anadan olmuşdur. Onun atası Mehmed Səlim, anası isə Zeynəb xanımdır.[1] O, Ankara Universitetinin Hüquq fakültəsini bitirmiş və eyni zamanda həmin fakültədə mülki hüquq üzrə magistr dərəcəsi almışdır. İzgi azad hüquqşünas olmamışdan əvvəl Türkiyə Baş Nazirliyində baş ekspert vəzifəsində çalışmışdır.[2]
Siyasi karyerası
redaktəÖmər İzgi 1983-cü ildə Mühafizəkarlar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Mühafizəkarlar Partiyası 30 noyabr 1985-ci ildə adını dəyişərək Milliyətçi Əmək Partiyası olmuşdur. İzgi daha sonra yeni partiyanın baş katibinin müavini seçilmişdir. Milliyətçi Əmək Partiyası 24 yanvar 1993-cü ildə ikinci dəfə adını dəyişərək Milliyətçi Hərəkat Partiyasına çevrilmişdir. İzgi Milliyətçi Hərəkat Partiyasının Ankara Vilayət Təşkilatının sədri, eyni zamanda partiyanın sədr müavini vəzifələrində çalımışdır.[3]
İzgi 1999-cu ildə keçirilən ümumi seçkidə Konyadan millət vəkili seçilmişdir. O, sonradan və sonra Milliyətçi Hərəkat Partiyasının qrup rəhbəri olmuşdur. İzgi 2000-ci ildə keçmiş baş nazir İldırım Ağbuluddan sonra Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə keçməsi üçün Milliyətçi Hərəkat Partiyasının namizədi olmuşdur.[4] Onun namizədliyi Demokratik Sol Partiya tərəfindən də dəstləklənirdi.[5] O, 2002-ci ilin noyabrında keçirilən ümumi seçkilərlə Türkiyənin XXI parlamentinin səlahiyyət müdəti çatana qədər ona sədrlik etmişdir. Bütün digər Milliyətçi Hərəkat Partiyası millət vəkilləri ilə birlikdə İzgi də partiyasının Türkiyə Böyük Millət Məclisində yer qazanmaq üçün tələb olunan 10%-lik seçki baryerinin altına düşməsi səbəbindən mandatını itirmişdir.[4]
Şəxsi həyatı
redaktəÖmər İzgi evlidir. Onun dörd övladı var.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "Ömer İzgi - Biyografya". 2023-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
- ↑ "Ömer İzgi Kimdir?, İnternet | Teknoloji | Yaşam | Ivır Zıvır!". www.guncelyorum.com. 2008-08-20 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Türki̇ye Büyük Mi̇llet Mecli̇si̇". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
- ↑ 1 2 "Ömer İzgi kimdir?". www.biyografi.info. 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
- ↑ "Tarihte Yarın". Haberler. 18 okt 2007. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.