Cubuqlu Naz - Wikipedia
Çubuqlu naz (lat. Genista flagellaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü.
Çubuqlu naz | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Klad: Triba: Cins: Növ: Çubuqlu naz |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəQafqazın endemik növüdür. Böyük Qafqaz dağlarında, aşağı qurşaqda, quru dağ yamaclarında bitir.
Botaniki təsviri
redaktəUzunluğu 15-30 sm, qalınlığı 2 mm olan, nazik və zəif budaqlı kollardır. Yarpaqları uzunsov, ensiz-neştərvari, 15x1-2 mm, yarpaqaltlıqları çox xırdadır. Çiçəkləri sarı, qısa saplaqlı, kasacığı yapışıq, tükcüklü, pərləri xətvari-neştərvari, qalxanı enli yumurtavari, 10x8 mm, apeksi yumru, bünövrəsi ürəkvaridir. Paxlaları yapışıq, tükcüklü, xətvari-uzunsov, 18-22 x 4 mm-dir.
Ekologiyası
redaktəİşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazın aşağı dağ yamaclarında bitir.
İstifadəsi
redaktəTərkibində boyaq maddələri vardır.