Cin Xalq Azadliq Ordusu - Wikipedia
Çin Xalq Azadlıq Ordusu — 1 avqust 1927-ci ildə Nançanda Homindana qarşı kommunistlər (general Cu Qe-nin başçılığı ilə) üsyan qaldırdı, bu tarix çinlilər tərəfindən milli-azadlıq ordusunun yaranması kimi qəbul edilir (People's Liberation Army Day).
Çin Xalq Azadlıq Ordusu | |
---|---|
中国人民解放军 | |
Ölkə | |
Daxildir | Çin Kommunist Partiyası |
Tərkibi | |
Döyüşlər | |
chinamil.com.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktə1946-cı ilin yayından etibarən Çin Xalq Azadlıq ordusu adlanmağa başlayır. Buna qədər İşçi-Kəndli İnqlab ordusu, İşçi-Kəndli Qırmızı ordu, 8-ci ordu və Yeni Dördüncü Korpus kimi adlanırdı. 1949-cu il Çin Xalq Respublikasının yaranmasından sonra isə ÇXR-in silahlı qüvvələri Xalq Azadlıq Ordusu adlanmağa başladı. Bu ordu dünyanın ən böyük ordusudur. Uniformaları Generallarda və əsgərlərdə eyni rəngdədir, yəni yaşıl rəngdə[1].
Bunun sayəsində ordu içində rütbələrin olmadığı düşünülür. Bu haqda ordu tərəfindən rəsmi açıqlama verilməmişdir. Əsgərlərin papaqlarının ön tərəfində kommunizmin emblemi olan qırmızı ulduz vardır. ÇXAO-nun əsgəri heyət sayına görə dünyada birinci yerdədir. Bunun səbəbi əhalinin sayının çox olması və hərbi xidmətin ölkədə çox prestijli fəaliyyət hesab edilməsidir[1].
ÇXAO-na Mərkəzi Hərbi Komissiya (MHK) rəhbərlik edir (ona hərbi sahədə qanun yaratmaq hüququ verilib), hansı ki, rəsmən partiyadan ayrı fəaliyyət göstərir və yalnız Milli Xalq Konqresinə hesabat verir. MHK-ya və Çin Kommunist Partiyasına (ÇKP) bir qayda olaraq eyni şəxs rəhbərlik edir. Bu orqanların tərkibi 1982-ci il konstitusiyasına əsasən gizli saxlanılır. Eyni zamanda MHK-nın sədri vəzifəsi de-fakto olaraq ÇKP-də ən mühüm vəzifə sayılır. Yalnız bu vəzifəyə sahib olan şəxs ölkənin tamhüquqlu lideri sayıla bilər. ÇKP-nin Mərkəzi Komitəsinin, tərkibinin 20%-ni yüksək və orta rütbəli hərbçilər təşkil edir. ÇXAO ÇKP-nin rəhbərliyinin nəzarəti altındadır və yalnız xarici təcavüzə qarşı müdafiə üçün deyil, eyni zamanda daxili problemləri həll etmək üçün polis vəzifəsini yerinə yetirir. Bunun üçün 1982-ci ildə Silahlı Milis Qüvvələri (SMQ) yaradılmışdır. SMQ-nin tərkibinə 1.5 milyon heyət daxildir. Onun tərkibinə ÇXAO-nun bir hissəsi və bir neçə piyada diviziyası daxildir. SMQ Mərkəzi Hərbi Şura ilə yanaşı, eyni zamanda Dövlət Şurasına tabedir[1].
Kişilər üçün hərbi xidmətə çağırış 18 yaş müəyyən edilmişdir. Hərbi xidmət müddəti 2 ildir. Könüllülər Qanuna əsasən 49 yaşa qədər xidmət edə bilər. 50 yaşa qədər olan kişilər ehtiyat qüvvə hesab olunur. Müharibə dövründə 350 milyon insan silahlanmağa qadirdir. Orduya çağırışçı ehtiyatlarının həddən artıq çox olması, çağırışçıları seçim əsnasında aparılmasına imkan verilir, bu da hərbi rəhbərliyə ən yaxşılarını yəni, daha yüksək keyfiyyətlərə malik olanlarla müqavilə bağlamağa şərait yaradır. Xidməti müqavilə, 3 ildən 30 ilə kimi bağlana bilər. Hərbi xidmət müddəti, 18–35 yaş arası müəyyən edilmişdir. Əsgərliyə çağırılmayanlar ordunun ehtiyat qüvvəsi hesab olunur və xalq milis ordusunda qeydiyyata alınır, hansı ki, onların ümumi sayı 36.5 milyon nəfərdir. Onlar ÇXAO-nun tərkibində təşkil olunmuş, partizan hərəkatının döyüşə hazır ehtiyat qüvvəsi hesab olunur[1].
Hazırda Çin ordusunun sayı təxminən 2,3 milyon nəfərdir. ÇXAO sayına görə dünyada birincidir. İkinci yerdə isə 1,5 milyon şəxsi heyətlə ABŞ ordusu gəlir. Çin Xalq Azadlıq ordusunun sayı yaxın 2–3 il ərzində 700 min nəfər azaldılacaq. Şəxsi heyətin sayının azaldılması, ordunun daha da müasir və yüksək texnologiyalı edilməsi üçün aparılan islahat çərçivəsində həyata keçiriləcək. İxtisar ilk növbədə quru qoşunlarında olacaq. Çin eyni zamanda Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin sayını artırmağa hazırlaşır. Bəzi məlumatlara görə bu qoşun növlərinə ali təhsilə malik şəxsləri cəlb edəcəklər[1].
Çin ordusunun, zəif tərəfi onun köhnəliyindədir, yəni ordudakı əsas texnikalar Sovet ordusunun XX əsrin 50–60-cı illər texnikalarının əsasında hazırlanıb (tankların 70%, hərbi təyarələrin isə 80% dən çoxu), buna görə müasir tələblərə cavab vermir. Buna baxmayaraq son zamanlar Çin sürətlə öz ordusunun, maddi-texniki bazasının keyfiyyətini artırmaqdadır. Misal olaraq Rusiyadan alınan tankları göstərmək olar. Bundan əlavə, Avropa və Rusiya texnologiyaları əsasında öz şəxsi silahlarını da istehsal edir (məs:T-96 tankları, J-10 qırıcı təyyarələri). Çin bütün leqal və qeyri leqal yollarla Qərbdən və Rusiyadan ən müasir texnologiyaları əldə edir. Bəzi ekspertlər bildirir ki, 2002-ci ildən bəri Çin öz texnologiyalarını sürətlə inkşaf edirməkdədir, hətta bəzi göstəricilərinə görə Rusiyanı qabaqlayır. Çinin hərbi büdcəsi son 20 il ərzində ardıcıl olaraq hər il artıb və nəticədə hazırda bu ölkə müdafiə büdcəsinin həcminə görə dünyada ABŞ-dən sonra 2-ci yerə çıxıb. ÇXR hərbi qüdrətini artırmaqda davam edir. Belə ki, ölkənin hərbi büdcəsi cari ildə 11,2 faiz artaraq 106,4 milyard dollara çatıb[1].
Rəsmi Pekin hamını əmin edir ki, qlobal hərbi liderliyə can atmır və hərbi büdcənin artırılması ÇXAO-nun qarşısında dayanan cari məsələləri həll etmək istəyilə bağlıdır. Ancaq region ölkələrinin hökumətləri tam başqa fikirdədir və belə ehtimal olunur ki, rəsmi Pekinin hərbi xərclərini stabil şəkildə artırması, Asiya ölkələrini qeyri-regional ölkələrlə hərbi sahədə əməkdaşlığı gücləndirməyə vadar edəcək. Çinin hərbi sənayəsi, hərbi təyyarə daşıyan gəmi, stels texnologiyalı gözə görünməz hərbi təyyarələrin, kosmik orbitdəki peykləri vurub sala bilən raketlərin istehsalı kimi istiqamətləri əhatə edir[1].
Çinin artan hərbi qüdrətini balanslaşdırmaq üçün, ABŞ ötən il[2] regionda hərbi mövcudluğunun genişlənməsinə söz vermişdi. Vaşinqton hər il hərbi məqsədlər üçün $740 mlrd vəsait xərcləyir. Region boyu yerləşdirilmiş ABŞ hərbi bazalarında minlərlə qoşun saxlanmaqdadır. Rəsmi Pekin Vaşinqtonun regionda artan hərbi nüfuzundan narahatdır. Çin hesab edir ki, ABŞ bu dövləti mühasirəyə almaq istəyir. Pekinin Vyetnam, Fillipin və Yaponiya ilə uzun müddətdir ki, davam edən ərazi çəkişmələri var. Bundan əlavə Çin Tayvanı öz ərazisi hesab edir və bu ölkə ilə sərhəddə Tayvana istiqamətləndirilmiş yüzlərlə raket yerləşdirib[1].
Statistika
redaktəHazırda Çin ordusunun sayı təxminən 2,3 milyon nəfərdir. Çin xalq-azadlıq ordusu sayına görə dünyada birincidir. İkinci yerdə isə 1,5 milyon şəxsi heyətlə ABŞ ordusu gəlir[3].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "Çin Xalq Azadlıq Ordusu". 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-01.
- ↑ Hansı dövrdən söhbət getdiyi aydın deyil
- ↑ Çin ordusunda ixtisarlar gözlənilir [ölü keçid]