Ceqem Selaleleri - Wikipedia
Çeqem şəlalələri — Kabarda-Balkariyanın Çeqem rayonunda, Adaysu, Sakal-Tup və Kayart çayları üzərində olan şəlalələri qrupu və təbiət abidəsi. Çaylar sonda Çeqem çayına tökülür. Şəlalələrə ən yaxın yaşayış məntəqələri Aşağı Çeqem və Xuşto-Sırtdır. Rayon mərkəzi olan Çeqem şəhərinə — 44 km, ölkənin paytaxtı Nalçikə isə — 55 km-dir.
Çeqem şəlalələri | |
---|---|
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 30-60 m |
Yerləşməsi | |
43°25′00″ şm. e. 43°13′09″ ş. u.HGYO | |
Ölkələr | |
Rayon | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəÇeqem şəlalələr qrupuna üç şəlalə daxildir. Əyər Çeqem dərəsi boyu cənuba hərəkət etsək, ilk öncə Aşağı Çeqem kəndindən 2 km cənubda yerləşən Kiçik Ceqem və ya Aday-Su şəlaləsinə çatmış olarıq. Bu şəlalə Çeqem çayının eyni adlı qolunun üzərində yerləşir. Çay Çeqemə sağdan birləşir. Şəlalə yoldan 200 m aralı yerləşir. Xarici görünüşcə şəlalə təbiət tərəfindən yaradılmış nəhəng daş novçanı xatırladır. Bu şəlalə ümumi qrupda ən güclü şəlalə hesab olunur. Hündürlüyü təxminən 30 metrdir.
Daha sonra cənubda yerləşən Xuşto-Sırt kəndindən Çeqem kanyonu (Su-Auzu) başlanır. Dərənin eni ən dar hissədə 25 metrə düşür. Kanyondan sonra Böyük Çeqem şəlaləsi gəlir. Şəlalə Sakal-Tup çayında, Çeqem çayının sağ qolunda yerləşir. Xarici görnüşünə görə birinci şəlaləni xatırladır. Ancaq Aday-Su şəlaləsi kimi bol sulu deyil.[1]
Sonda yarım kilometr cənubada, Kayart çayı üzərində Əsas Çeqem şəlaləsi yerləşir. Kayarat çayı da Çeqemin sağ qoludur. Bu şəlalə digər şəlalələrdən qeyri adi görünüşünə görə fərqlənir. Şəlalə özü də kiçik şəlaləlrdən təşkil olunmuş və əsas hissə kaskad şəlaləni xatırladır. Ümumi hündürlük 50–60 metr arasında dəyişir. Əsas şəlalənin yanında olan balaca şəlalə qayalardan tədricən süzülərək tökülür. Su kütləsi hündürlükdən tökülən zaman havaya sovrulan su damcıları tez -tez göy qurşağının yaranmasına səbəb olur.[2]
Çeqem şəlalələri Kabarda-Balkariyanın turizm baxımdan ən məşhur təbiət abidələrindən biri hesab olunur. Buraya həm Şimali Qafqazdan, həm də Rusiyadan turist ekskursiyaları təşkil edilir. Yaxınlıqda turistlər üçün kiçik mehmanxana və restoran fəaliyyət göstərir.
Şəkillər
redaktə-
Kiçik şəlalə
-
Sakal-Tup şəlaləsi
-
Çeqem kanyonu
-
«Ağlayan» qayalar
Ədəbiyyat
redaktəГранильщиков Ю. В. Чегем, Твибер, Безенги. — М.: Физкультура и спорт, 1986.
İstinadlar
redaktə- ↑ "Чегемские водопады". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
- ↑ "Arxivlənmiş surət". 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.