Cecen Adasi - Wikipedia
Çeçen — Xəzər dənizinin şimal-qərbində yerləşən, Çeçen arxipelaqının ən iri adası. Çeçen keçidi ilə Aqraxan yarımadasından və Kiçik Bazar, Piçujonok və Yaiçnı adalarından ayrılır.
Çeçen adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu | 15 km |
Eni | 10 km |
Yerləşməsi | |
43°58′47″ şm. e. 47°41′13″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati cəhətdən Dağıstanın Kirov rayonu Mahaçqala şəhəri ərazisinə daxildir[1].
Coğrafiyası
redaktəAdadan şərqdə Prıqunki adası, cənubda isə Bazar, Piçujonok və Yaiçnıy adalarından yerləşir. Adalar öz aralarında kiçik boğazlarla ayrılır. Yaiçnıy adasını Aqraxan yarımadasından Lopatinski keçidi boğazı vastəsi ilə ayrılır.
Adanın qərbində Çeçen (kənd) yaşayış məntəqəsi yerləşir.
Sahil xətti dənizin səviyyəsindən asılı olaraq dəyişir. Onun uzunluğu 15 km, eni 10 km təşkil edir. Sahəsi 55 km²-dir. Sahilləri əsasən Qamışlarla örtülüdür. Əsasən səhra iqlimi hökm sürür. Əsasən su quşları daha çox məskən salırlar. Ada tarixi hadisələrə şahidlik etmişdir. Rusiya vətəndaş müharibəsi dövründə tərəflər arasında əldən ələ keçmişdir. Sovet dönəmində Çapayev adına balıqçılıq sovxozu yerləşirdi.
1965-ci ildə sınaq bazası fəaliyyət göstərirdi[2].
Adlanması
redaktəAda haqqında hələ qədim zamanlardan məlumat verilib. 1500-cü ildə E.P.Qoldşmid məlumat vermişdir. O, adanı sicamatela adlandırmışdır. Digər məlumat isə Qeorq Tektanter 1604-cü ildə adanı təsvir edərək onun qamışlarla örtülü olduğunu və Terek çayının deltasından 8 alman mili şərqdə yerləşdiyini yazırdı.
Bir çox araşdırmaçılar bu adın çeçenlərlə heç bir əlaqəsinin olmadını deyir[3]. Bu ada ilk dəfə XVII əsr mənbələrində rast gəlinir[4], çeçenlərə isə bu isim XVIII əsrdə verilmişdir.
İstinadlar
redaktə- ↑ "Dağıstanın ərazi bölgü xəritəsi". 2006-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.
- ↑ Про ЭКРАНОПЛАНЫ и не только[ölü keçid]
- ↑ Çeçen adasının tarixi. Maxaçqala 1952
- ↑ "Çeçen adası". 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.