Yuxuda Hava gormek

Ucuz Reklam yerləşdir
Ana Səhifə Yuxu Yozmalar Yuxuda HAVA görmək
HAVA - Yuxu Yozmalari
Yuxuda HAVA görməyin mənası mənası yozumu nədir, yuxuda HAVA görmək hansı mənaya gəlir? HAVA ilə əlaqəli şerh və yuxu yozmaları
----
Yozumu: Açıq və sakit havada gəzmək-hər kəsin dostluğunu, sayğısını qazanaraq düşmənlə də dost olmağa, itmiş bir əşyanın tapılacağına, işlərin qaydasında getməsinə işarədir. Yuxuda buludlu, sıxıntılı və dumanlı hava görmək-qayğıya, sıxıntıya və ələmə yozulur. İlk baharın ilıq havasını görmək-rahatlığa, yaxşı yaşamağa, bütün işlərdə ağıllı hərəkət edərək uğurlar qazanmağa əlamətdir. Röyada yer ilə göy arasında ayaq üstə durduğunu görmək-hökmdar tərəfindən qısa sürən şərəf və etibara layiq görüləcəksiniz. Yuxuda açıq hav şəraitində torpaq üzərində gəzdiyini görən adam böyük şərəf və halal mal sahibi olacaq. Yalanşı və təkəbbürlü adamın belə yuxu görməsi heç bir məna ifadə eləmir. Özünü yerlə göy arasında görən kimsənin qəlbi doludur, lakin nə iş görəcəyini bilmir. Röyada havadan yerə düşdüyünü görən adamvəzifəsindən, rütbəsindən məhrum olacaq, əgər vəzifə adamı deyilsə, istədiyinə nail ola bilməyəcəkdir. Havanı saf və bərraq (açıq, şəffaf) görmək-aydın havaya ehtiyac bulunduğundan səfərə çıxmağa hazırlaşan adam üçün bu röya xeyrə yozulmur. Hava insan istəkləri olaraq yozulur. Özünü göylə yer arsında ayaq üstə durub danışan görmək-xeyrə, xoşbəxtliyə, var-dövlətə yozulur. Açıq havada bina tikmək, yaxud çadıq qurmaq-röya sahibi xəstədirsə, bu yuxunun mənası onun ölümünə işarədir. Röya sahibi dənizdədirsə, o gəmi batacaq. Havada uçmaq-dənizdə vəya quruda səyahətə çıxmağa işarədir. Havada qanadlanıb uçduğunu görən adam bu röya qüvvətli və açıq şeyi ifadə edir, bəzən də alacağı mala və sərmayəyə, sayəsində səfərə çıxacaq hökmdara, gəmisinin yeni və möhkəm olduğuna işarə sayılır. Havada qanadsız uçduğunu görmək-quruda və dənizdə səyahət anlamındadır. Göy üzü görünməyəcək dərəcədə hava qaranlıq görünərsə-röya sahibinin başqanla və ya öz rəhbəriylə arası pozulacaq. Rəhəbəri və ya başqanı yoxsa-gözləri kor olacaq.
Yuxu Yozmalari
İCAD (kəşf)
Yuxuda İCAD (kəşf) görməyin mənası mənası yozumu nədir, yuxuda İCA...
KOMANDİR (zabit)
Yuxuda KOMANDİR (zabit) görməyin mənası mənası yozumu nədir, yuxuda...
MƏDƏ (qursaq)
Yuxuda MƏDƏ (qursaq) görməyin mənası mənası yozumu nədir, yuxuda MƏ...
Payızgülü(Xrizantema)
Yuxuda Payızgülü(Xrizantema) görməyin mənası mənası yozumu nədir, y...
İMTAHAN
Yuxuda İMTAHAN görməyin mənası mənası yozumu nədir, yuxuda İMTAHAN ...
Len.Az - Mobil Yükləmə PortalıOnline: 2/28
DMCA.com Protection Status