“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq potensialı böyükdür və tam şəkildə istifadə olunmur. Bəzi problemlər var və onlar hələ də öz həllini tapmayıb. Bu, ilk növbədə, iqtisadiyyat sahəsində olan problemlərdir”.
Bunu “Len.Az”a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.
O hesab edir ki, əsas çətinliklərdən biri Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasıdır: “Məhz ona görə bəzi problemlər yaranır, Avropa İttifaqından ixrac məsələsi öz həllini tapmayıb”.
Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar yekunlaşmaq üzrədir. Sabiq XİN başçısı söyləyib ki, sənəd üzərində işin başa çatdırılması üçün heç bir əngəl yoxdur: