İstər müharibədən əvvəl, istərsə də postmüharibə dövründə Ermənistanın müxtəlif dairələr tərəfindən himayə edilməsi heç kimə sirr deyil. Azərbaycan məhz himayədarlarına arxalanan Ermənistanın hücumlarından zaman-zaman əziyyət çəkib. Ermənistan bir dövlət kimi həm siyasi, həm də maddi baxımdan öz “ağaları”nın bütün dəstəyindən mütəmadi olaraq bəhrələnib.
Hər kəsə məlumdur ki, Ermənistan məhz arxalandığı ölkələrdən gördüyü dəstək hesabına Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayıb. Ciddi siyasi təzyiqə məruz qalmayan bu ölkə Azərbaycanın torpaqlarını işğal etdikdən sonra dağıdıb, talan edib. Baxmayaraq ki, hər fürsətdə “ağaları”na xəyanət edən bu ölkə eyni zamanda himayədarlarının siyasi alətinə çevrilib. Görünən odur ki, Ermənistanın arxasında dayanan bəzi qərb ölkələri onun xəyanətlərinə baxmayaraq himayə etməkdə davam edirlər. Sanki Ermənistanın siyasi riyakarlığı heç bir zaman onların gözünə görünmür və yaxud da onlar özləri bunu görməzdən gəlirlər.