Zvyozdniy Qesebesi - Wikipedia
Zvyozdnıy qəsəbəsi — keçmiş qəsəbə, ruh şəhər, vaxtı ilə Çukotka Muxtar Dairəsinin İultinski rayonu ərazisində yerləşən yaşayış məntəqəsi. Şmitov körfəzi sahilində (Çukot dənizi) yerləşir.
Zvyozdnıy | |
---|---|
rus. Звёздный | |
70°56′00″ şm. e. 179°36′00″ q. u.HGYO | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1960-x |
Saat qurşağı | UTC−12 |
Əhalisi | |
Əhalisi | 0 nəfər (2015) |
Vikianbarda əlaqəli mediafayllar |
M.V. Lomonoson Arktika ərazisində nəhəng «torpaq» olduğunu bildirmişdir. O, Çukotun şimalında «Somnitelnıy» adasının olmasını bildirir. Sonradan ada aşkarlanır və qütb araşdırmaçısı və dənizçi Ferdinand Petroviç Vrangelin şərəfinə adlandırılıb. Adanın buxtalarından biri adaya verilən ilkin adı olan «Somnitelmıy» olaraq adlandırılmışdır
Tarixi
redaktə1926-ci ildə gəlmələr Qeorgiy Alekseeviç Uşakovun rəhbərliyi ilə Rocers buxtasına çıxaraq burada ilk daimi yaşayış məntəqəsi olan Uşakovskoye qəsəbəsini inşa edirlər. Gəlmələrin sayının çoxluğu səbəbindən adanın başqa hissəsində yeni yaşayış məntəqəsinin salınması planlaşdırılır. Əsasən Eskimoslar və Çukçalar Uşakovskoyedən 30 km qərbdə Comnitelnıy buxtasında yeni yaşayış məntəqəsini salırlar. Daimi yaşayış məntəqəsi isə Zvyozdnıy adı ilə 1960-cı illərdə formalaşır. Belə ki, burada hərbiçilər hərbi aerodrom, əsgər yataqxanaları, radiolokasiya stansiyaları inşa edirlər. Bu obyektlər Havay burunda yerləşdirilir[1]. Ada aeroportu «Somnitelnıy buxtası» stansiyası rolunu oynayırdı. Qəsəbədə ada ilə əlaqə yaradılan yeganə məntəqə helikopter enişi yeri rolunu oynayırdı. İlk əvvələr tədarük olunan mallar Şmidt burnu qəsəbsindən gətirilirdi. 1966-cı ildən isə helikopterlərin eniş yeri Uşakovskoye qəsəbəsinə köçürülür[2]. Zvyozdnıy qəsəbəsindən Uşakovskoye və oradan isə Perkatkun qəsəbəsin torpaq yol olmuşdur.
1970-ci ildə hərbi baza bağlanılır. Sonradan isə artıq 1980-ci ildə qəsəbə tamamən boşalır. Əslində isə qəsəbədə cəmi 7 nəfər yaşayırdı. Burada Çukça ailəsi olan Ulvelkot, onun arvadı Klyok və Vrangel qoruğunun əməkdaşları yaşayırdılar[3]. Burada 1978—1981 illərdə daimi olaraq: V. Qaev, V. Pridatko (Dolin), Y. Kriveski arvadı və uşağı ilə; qoruğun əməkdaşı F. Zelinski. Ulvelkot nə qədər ki, sağ idi hər payız Morj ovuna çıxırdı. Yay ayları əraxiyə ekspedisiyalar təşkil edilir və ərazinin gölləri tətqiq edilirdi. 1980-ci ildə qəsəbədə müvvəqətidə olsa An-24 təyyarələrini qəbul edə biləcən palasa hazırlanır.
Somnitelnıy buxtasında Lelinqradlı qeoloq İ.V. Evstifeevin (1953) qəbri yerləşir. Həmçinin məşhur ovcçu Ulvelkotun qəbri yerləşir.
Ədəbiyyat
redaktə- Гербачевский В. П. Начальник острова Врангеля: Повесть. — М, 1982.
İstinadlar
redaktə- ↑ "Министерство природных ресурсов Российской Федерации". 2005-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-16.
- ↑ Сашенков Е. Авиапочта Чукотки // Филателия СССР. — 1982. — № 11.
- ↑ Придатко-Долин В. "О древней одежде морских зверобоев". Моя Арктика. 2009. 2012-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-25.