Zuvand Dovlet Tebiet Yasaqligi - Wikipedia
Zuvand_Dövlət_Təbiət_Yasaqlığı - Haqqında Məlumat
Zuvand Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda Lerik və Yardımlı rayonları ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların qorunmasıdır.
Zuvand Dövlət Təbiət Yasaqlığı | |
---|---|
Yerləşməsi | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 15 000 hektardır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi heyvanlar aləmi ilə çox zəngin deyil. Burada qayakeçisi, kaftar, çöl donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.[1]
Mənbə
redaktə- ↑ "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.
Xarici keçidlər
redaktəVikianbarda Zuvand Dövlət Təbiət Yasaqlığı ilə əlaqəli mediafayllar var.