Zurab Pataridze - Wikipedia
Zurab Aleksandroviç Pataridze (gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე; 9 sentyabr 1928, Tiflis – 5 iyun 1982, Tbilisi) — gürcü və sovet dövlət xadimi. 1975-1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.
Zurab Pataridze | |
---|---|
gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 sentyabr 1928 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 iyun 1982 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktə1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur.
1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı.
1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 1972-ci ilin iyun ayından Gürcüstan SSR-nin Kp MK-nın katibi təyin edildi.
1975-ci il dekabr ayından 1982-ci ildə vəfatına qədər Gürcüstan SSR Nazirlər Sovetinə rəhbərlik edirdi.
SSRİ Ali Sovetinin 9-10 çağırış deputatı və 1976-cı ildən Sov. İkp MK üzvlüyünə namizəd olmuşdur.
1982-ci il iyunun 5-də avtomobil qəzasında həlak olmuşdur. Tbilisinin Saburtalo rayonunda yerləşən ictimai xadimləri panteonunda dəfn edilmişdir.
Mükafatları
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Bioqrafiyası (rusca)