Zulkifl - Wikipedia
Zulkifl (ərəb. ذو الكفل; e.ə. təxm. 1600?–1400?) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. Yəhudi-xristian mənbələrində İezekil adı ilə tanınır. Misir fironunun sarayında yaşadığı, Musa peyğəmbərə yardım etdiyi, 75 il yaşadığı və müasir İraq ərazisində vaizlik etdiyinə inanılır. Onun indiki Suriya ərazisində vəfat etdiyi və Türkiyənin Diyarbəkir bölgəsində dəfn edildiyi güman edilir.
Zulkiflin peyğəmbər olmadığına dair bəzi iddialar olsa da, İslam alimləri arasında ümumi qəbul olunmuş fikir onun peyğəmbər olmasıdır. Hazırda İraqın Xillə şəhərində Cəlairilər dövrünə aid Zulkifl məscidi fəaliyyət göstərir.
Zulkifl Quranda
redaktəZulkiflin adı Quranın iki surəsində çəkilir — Ənbiya surəsinin 85-ci ayəsində və Sad surəsinin 48-ci ayəsində.
— (Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbir edən kimsələrdən idi.
— Biz onları mərhəmətimizə qovuşdurduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.
— Ənbiya surəsi, 85-86-cı ayələr
— (Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsəi və Zülkifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!
— Sad surəsi, 48-ci ayə
Adın etimologiyası
redaktəOnun Zulkifl adlanması barədə müxtəlif fərziyyələr vardır. Ərəb dilində "Zu" sözü "sahib olan şəxs" mənasındadır, belə ki, Quranda bəzi digər şəxslərin də adında bu söz işlənir. Məsələn, "Zülqərneyn" sözü "2 buynuzu olan şəxs", Yunis peyğəmbərə aid edilən "Zünnun" sözü isə "balığı olan şəxs" mənasını verir. "Qifl" sözü ərəbcə "qoşa" və ya "surət" mənalarına malikdir.
Bu adın "iki taleyi olan adam" mənasını verdiyi fikri daha çox qəbul olunsa da, bəzi din alimləri bu adı "əvəzini ikiqat görən şəxs" şəklində izah edirlər.
Xarici keçidlər
redaktə- Zulkiflin həyatı (ing.)
- İraqda Zulkifl məscidi Arxivləşdirilib 2012-07-28 at the Wayback Machine (ing.)