Ziyyeddin Cavtobeli - Wikipedia
Ziyyəddin Cavtöbəli (əsl soyadı Mənliəzizov krımtat. Ziyadin Cavtöbeli (Meñliazizov); 10 sentyabr 1905 – 16 iyun 1991, Səmərqənd) — Krım tatar şairi, müəllim. SSRİ Yazıçılar İttifaqının üzvü (1934). Repressiya qurbanı. Yeddi il həbs düşərgələrində həbs çəkib. 1956-cı ildə reabilitasiya olunub.
Ziyyəddin Cavtöbəli | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1905 |
Vəfat tarixi | 16 iyun 1991 (85 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | yazıçı, şair, müəllim |
Üzvlüyü |
|
Həyatı
redaktəZiyyəddin Cavtöbəli 1905-ci il sentyabrın 10-da Cavtöbə kəndində orta sinif kəndli ailəsində anadan olub.[1][2]
Kənd məktəbini bitirib. 1923-cü ildən Totayköy Pedaqoji Texnikumunda təhsil alıb. 1927-ci ildə texnikumu bitirdikdən sonra Alma-Tərxan kəndindəki məktəbdə direktor vəzifəsində çalışıb. 1923-cü ildən kommunist mətbuatında Krım tatar dilində yazdığı əsərləri ilə çap olunub. Onun yaradıcılığında türk şairi Memed-Eminin (bəy) təsiri olmuşdur.[2] 1926-cı ildə "İnqilabi şeirlər" adlı ilk toplusunu nəşr etdirib.[1]
1928-ci ildən — "Yanı dünya" qəzetinin məsul katibi işləyib. Krım Pedaqoji İnstitutunun tələbəsi olub. "Krımqosizdat"ın baş redaktoru vəzifəsində çalışıb. "Bolşevik yolu" ("Bolşevik yolu") jurnalının redaksiya heyətinin üzvü seçilib. 1934-cü ildən — SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1937-ci ildə onun "Yaş Büvün" ("Gənc nəsil") uşaq şeirlər toplusu nəşr olunub.
1938-ci il noyabrın 11-də Ziyyəddin Cavtöbəli casusluqda şübhəli bilinərək həbs edilir. Bir il sonra, 1939-cu il oktyabrın 23-də SSRİ NKVD-nin Xüsusi İclasında O, 58-ci maddə ilə üç il məcburi əmək düşərgələrində həbsə saxlanmağa məhkum edildi. 1946-cı ilə qədər düşərgələrdə olub. 20 sentyabr 1956-cı ildə reabilitasiya edilib.
Azadlığa çıxandan sonra 1944-cü ildə Krım tatarlarının deportasiya edildiyi Özbəkistan SSR-də yaşayıb. "Lenin Bayrağı" qəzetində çap olunub. "Yırla, insan", "Çeşit illər şiirləri", "Ədəbiyyat sevdaları" və "Ayırılmaz dostlarım" şeir toplularını nəşr etdirib. 1958-ci ilin oktyabrında Daşkənddə Asiya və Afrika ölkələri yazıçılarının konfransında iştirak edib.
1991-ci il iyunun 16-da Səmərqənddə vəfat edib.
Əsərləri
redaktəЙырла, инсан! : шиирлер — Ташкент, 1970. — 96 с. Мама ; Это юность моя ; На рассвете : стихотворения / пер. с крымтат. Т. Машининой // Все народы велики : Сб. стихов. — М., 1990. — С. 102–104. Улу танъ : шиирлер / тертип эткенлер Черкез-Али, У. Эдемова. — Ташкент, 1987. — 144 б.
Əsərləri
redaktə- Йырла, инсан! : шиирлер — Ташкент, 1970. — 96 с.
- Мама ; Это юность моя ; На рассвете : стихотворения / пер. с крымтат. Т. Машининой // Все народы велики : Сб. стихов. — М., 1990. — С. 102–104.
- Улу танъ : шиирлер / тертип эткенлер Черкез-Али, У. Эдемова. — Ташкент, 1987. — 144 б.
İstinadlar
redaktə- ↑ 1 2 "Зиядин Джавтобели (Менлиазизов) (1905 – 1991)". Республиканская крымскотатарская библиотека им. И. Гаспринского. 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-21.
- ↑ 1 2 Литературная энциклопедия. — В 11 т.; М.: издательство Коммунистической академии, Советская энциклопедия, Художественная литература. Под редакцией В. М. Фриче, А. В. Луначарского. 1929–1939
Ədəbiyyat
redaktə- Абдураман, И. Шиириетнинъ анасы — дуйгъу // Йылдыз. — 2000. — № 3. — С. 92–112.
- Алядин, Ш. Биринджи несильнинъ етекчиси // Юксек хызмет. — Ташкент, 1983. — С. 7–26.
- Нагаев, С. Эйи дуйгъулар меджмуасы // Йылдыз. — 1985. — № 6. — С.120–123.
- Урсу Д. П. Деятели крымскотатарской культуры (1921–1944 гг.)