Ziyil - Wikipedia
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir.
Ziyil | |
---|---|
XBT-10 | B07 |
XBT-9 | 078.1 |
DiseasesDB | 28410 |
MedlinePlus | 000885 |
MeSH | D014860 |
Vikianbarda əlaqəli mediafayllar |
Ziyilin əlamətləri
redaktəƏtli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür.
Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar.
Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Müalicəsi
redaktəZiyilləri aradan qaldırmağın bir çox yolları mövcuddur onlardan, azot mayesi vasitəsilə ziyili donduraraq, kiçik bir əməliyyatla və ya lazer əməliyyatı ilə ziyili məhv etmək mümkündür
Mənbə
redaktə- Ziyil Arxivləşdirilib 2009-12-19 at the Wayback Machine