Ziqmund Yen - Wikipedia
Ziqmund Yen (alm. Sigmund Werner Paul Jähn; 13 fevral 1937[1][2][…], Morqenröte-Rautenkrants[d], Saksoniya, Almaniya Reyxi[d][5] – 21 sentyabr 2019[3][4][…], Ştrausberq[d], Brandenburq, Almaniya Federativ Respublikası) — Almaniya Demokratik Respublikasının ilk və yeganə pilot-kosmonavtı, ADR-in qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı, ehtiyatda olan aviasiya general-mayoru.
Ziqmund Yen | |
---|---|
alm. Sigmund Jähn | |
Doğum tarixi | 13 fevral 1937[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 sentyabr 2019[3][4][…] (82 yaşında) |
Vəfat yeri |
|
Uşağı | 2 |
Təhsili | |
Fəaliyyəti | kosmonavt, qırıcı təyyarə pilotu, çapçı[d], pioner dostluq lideri[d], pilot |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1937-ci ildə Morqenqröte-Rautenqranç qəsəbəsində taxta kəsən zavodunda çalışan fəhlənin ailəsində anadan olmuşdur. 1943-1951-ci illərdə yerli məktəbdə təhsil almış, 8-ci sinifdən Klingentalda yerləşən "Falkenşteyn Mətbəə"sində çapçı ixtisası üzrə çalışmağa başlamışdır.
1955-ci ildə ADR Milli xalq ordusunun sıralarına daxil olmuş, oradan isə onu Frans Merinq adına ali hava qüvvələri hərbi məktəbinə kursant kimi götürmüşdülər.[6] 1958-ci ildə məktəbi bitirdikdən sonra Hərbi Hava Qüvvələri sıralarına daxil olmuşdur.
1966-1970-ci illərdə Yuri Qaqarin adına hərbi-hava akademiyasında təhsil almışdır. 1976-cı ilin dekabrında üçmərhələli seçimdən sonra polkovnik-leytenant olan Ziqmund Yen "İnterkosmos" proqrammı üzrə kosmik uçuşlar hazırlığına daxil olmuşdur.
26 avqust 1978-ci ildə sovet kosmik gəmisi "Soyuz-31"-in tədqiqatçı-kosmonavtı kimi Valeri Bıkovski ilə birlikdə Salyut-6 orbit stansiyasına enmə ekspedisiyasını yerinə yetirmişdirş Enmə "Soyuz-29" kosmik gəmisində yerinə yetirilmişdir. Uçuş 7 sutka 20 saat 49 dəqiqə 4 saniyə müddətində davam etmişdir.
1983-cü ildə Potsdamda yerləşən Yerin fizikası Mərkəzi İnstitutunda elmlər doktoru dərəcəsini almışdır.
1984-cü ildə polkovnik rütbəsini almış, 1986-cı ildə isə ADR Hərbi Hava Qüvvələrinin general-mayoru rütbəsinə yüksəlmişdir.Almaniyanın birləşdirilməsinə az müddət qalmış ADR Milli xalq ordusu sıralarından ehtiyata buraxılmışdır.
Almaniyanın birləşdirilməsindən sonra 1990-1993-cü illərdə Moskvada yerləşən DLR alman kosmik agentliyinin və Avropa Kosmik agentliyinin nümayəndəsi kimi çalışmışdır. Sonralar Avropa Kosmik agentliyində kosmonavtların hazırlanması mərkəzində nümayəndə kimi çalışmışdır.
Mükafatları
redaktə- ADR qəhrəmanı
- Sovet İttifaqı Qəhrəmanı
- Karl Marks Ordeni
- "Lenin" ordeni
- Kosmosu tədqiq medalı[7]
- Almaniya Demokratik Respublikasının əməkdar hərbi təyyarəçisi
Sitatları
redaktə"Almaniya Demokratik Respublikasında yaşayan əziz tamaşaçılar. Mən insanın kosmosa ayaq basmasında ilk alman olmaq imkanı əldə etdiyimə görə çox şadam." ( Uçuş zamanı bu sözləri demişdir)
".... mənim gördüklərimin hamısı xoşbəxtlik idi: açıq mavi rəngdə parlayan bizim Yer kürəsi yuxudakı kimi idi.... (1998-ci ildə "SUPERillu" jurnalına verdiyi müsahibədə bu sözləri bildirmişdir."
Maraqlı faktlar
redaktə"17737 Ziqmundiya" asteroidi 2001-ci ildə Ziqmund Yenin şərəfinə adlandırılmışdır.
"Qud bay, Lenin!" filmində Ziqmund Yenin personajı yer almışdır. Lakin filmdə, birləşmiş kapitalist Almaniyasında Yenin taksi sürücüsü işləməsi faktının həqiqət olub-olmaması dəqiqləşdirilmir. Ziqmund Yen özü onun obrazının filmdə istifadə olunmasına razılıq vermişdir.
Almaniyanın pop-qrupu "Die Prinzen" 1999-cu ildə "Wer ist Sigmund Jähn?" ("Ziqmund Yen kimdir") mahnısını yazmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Йен Зигмунд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.britannica.com/EBchecked/topic/1432341/Sigmund-Jahn.
- ↑ 1 2 Raumfahrt: Erster deutscher Raumfahrer Sigmund Jähn ist tot (alm.). ZDF.
- ↑ 1 2 Sigmund Jähn // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118556533 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Зигмунд Йен, биография". 2009-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-11.
- ↑ "Указ Президента Российской Федерации от 12 апреля 2011 года № 437 «О награждении медалью „За заслуги в освоении космоса" иностранных граждан»" (PDF). 2012-02-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-11.