Zibeyde Seydayeva - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zibeydə Mikayıl qızı Şeydayeva (1 aprel 1860, Quba – 1981) — Peşəkar Azərbaycan xalça ustası, "Əmək veteranı" medalı laureatı, Quba Şəhər Sovetinin deputatı[1]
Zibeydə Şeydayeva | |
---|---|
Zibeydə Mikayıl qızı Şeydayeva | |
Doğum tarixi | |
Doğum yeri | Quba |
Vəfat tarixi | (120 yaşında) |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | rəssam |
Janr | Xalçaçılıq |
Stil | Xalçaçılıq |
Mükafatları |
Həyatı
redaktəZibeydə Şeydayeva 1860-cı il aprel ayının 1-də Quba qəzasının Hil kəndində anadan olmuşdur.
Zibeydə Mikayıl qızı Şeydayeva əmək fəaliyyətinə 1874-cü ildə başlamışdır. Çar Rusiyası dövründə manifakturaya üzv olmuş, evdə palaz, xalça və sumaq toxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə o, Qusardakı "Sumaq " xalça emalatxanasının üzvü olmuşdur. 1974-cü ildən etibarən ömrünün sonunadək Quba xalça emalatxanasında çalışmışdır.
Z. M. Şeydayeva 1975-ci ildən etibarən Quba Şəhər Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir.
Mükafatları
redaktəZibeydə Şeydayevanın 100 illik əmək fəaliyyəti dövrün partiya və hökumətləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əmək fəaliyyətinin 100 illiyi ilə əlaqədar olaraq və əl ilə yüksək keyfiyyətli xalçalar toxunmasında böyük müvəffəqiyyətlərinə, gənclərə xalça toxumaq ustalığının öyrədilməsi sahəsində xidmətlərinə görə Azərbaycan SSRİ Yerli Sənaye Nazirliyi Quba xalça emalatxanasının xalçaçısı olan Zibeydə Şeydayeva "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmiş, 1975-ci ildə isə "Əmək veteranı" medalına layiq görülmüşdür.
Zibeydə Şeydayeva 8 yaşından xalça toxumağa başlamış, ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirmişdir. Toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilmiş ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilmişdir. Bir neçə xalçası Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində (Bakı) saxlanılır.
Vəfatı
redaktəPlanetimizin ən qocaman əmək veteranı Zibeydə Mikayıl qızı Şeydayeva 121 yaşında, 1981-ci ildə vəfat etmişdir.
Xatirəsi
redaktəRamiz Axundov tərəfindən Zibeydə nənə adlı qısametrajlı sənədli televiziya filmi çəkilmişdir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.