Zeyve Nekropolu - Wikipedia
Zeyvə_nekropolu - Haqqında Məlumat
Zeyvə nekropolu — Şərur rayonunun eyniadlı kəndi yaxınlığında ilk dəmir dövrünə aid arxeoloji abidə.[1]
Zeyvə nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Yerləşir | Zeyvə kəndi |
Aidiyyatı | İlk Dəmir dövrü |
Tikilmə tarixi | eradan əvvəl 1-ci minillik |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
redaktəTikinti işləri zamanı aşkar olunmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində gil qab nümunələri (əsasən boz rəngdə bişirilmiş kasa, piyalə və küpə tipli qablar və onların müxtəlif hissələri) toplanmışdır. Tapıntılar Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Zeyvə nekropolunun materialları Naxçıvanın ilk dəmir dövrü abidələri (I və II Kültəpə, Sarıdərə, Kolanı, Şahtaxtı) içərisində özünə geniş analogiya tapır. Zeyvə nekropolunun eradan əvvəl 1-ci minilliyə aid olduğu ehtimal edilir.
İstinadlar
redaktə- ↑ Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan. 2005.