Zeynal Bey Turbesi - Wikipedia
Zeynal bəy türbəsi— Türkiyədə, Batman ilinin olan Hasankeyfdə (Hısn-ı Keyfa) yerləşir. Türbə Dəclə çayından şimalda, Hasankeyf körpüsündən qərbdədir.
Zeynal bəy türbəsi | |
---|---|
37°43′29″ şm. e. 41°25′21″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Yerləşir | Hasankeyf, Batman ili |
Aidiyyatı | Ağqoyunlular |
Memar | Əbdürrəhmanoğlu Pirhüseyn |
Sifarişçi | Uzun Həsən |
Tikilmə tarixi | 1473 |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vikianbarda əlaqəli mediafayllar |
Türbənin şimal giriş qapısı üzərindəki kitabədə Uzun Həsənin hakimiyyəti dövründə ölən oğlu Zeynal bəy Bayandur üçün tikdirildiyi qeyd edilir. Türbənin tikiliş ili kitabədə qeyd olunmasa da, onun Otluqbeli döyüşündə (1473) qəfil hücuma keçməsi və Osmanlı ordusuna qarşı etdiyi bü hücumda ağır yaralandığı, bir müddət sonra vəfat etməsi barədə məlumatlar var.[1]
Anadoluda Zeynal bəy türbəsinin başqa oxşarı yoxdur. Türbənin üzərindəki kitabədən məlum olur ki, "Ustad Əbdürrəhmanoğlu Pirhüseyn" tərəfindən inşa edilmişdir.[2][3][4]
Türbə dairəvi formada, silindirik formada inşa edilmişdir. Baxım zəif olduğundan qəza vəziyyətindədir. Üzərindəki və içərisindəki naxışların və yazıların bir hissəsi dağılmışdır.
Ilısu Barajının tikintisi sona çatdıqdan sonra su altında qalmaması üçün xüsusi texnolohiya vasitəsilə 12 may 2017-ci ildə Hasankeyf Yeni Mədəniyyət Parkına daşınmışdır.[5]
Planı
redaktəXaricdən slindirik formada olan türbə, daxildə səkkizbucaqlı şəklindədir. Yuxarı hissə kürə formasında olan qübbə ilə örtülür. Şimal və cənubunda iki böyük qapı yuxarısında, qərb tərəfdə bir pəncərəsi var.
Türbənin alt hissəsi daşlardan tikilmiş və silindirik şəkildədir. Bu hissənin üzəri tamamilə uçmuşdur, arxa hissəsindəki daşlar sökülmüşdür. Qərb tərəfdə taşlarla bəzənmiş olan məzar otağının girişi var.[6] Alt hissəsində iki kərpic sırası vardır. Kərpiclərə qədər olan hissə sadə daşlardan ibarətdir. Azərbaycandakı oxşarları kimi bu türbənin də aşağı hissəsindəki saşların üzəri demək olar ki, örtülməmişdir. Üfüqi və şaquli şəkildə uzanan bu kərpiclər türbənin xarici görünüşündə də təsir göstərirlər. Belə ki, onlar həm də bəzəkdirlər.
Qübbəsinin üzəri kərpiclərlərlə bəzədilmişdir. Bu hissə demək olarki dağılmışdır.[q 1]
Qeydlər
redaktə- ↑ Bu hissəsi əsasən Səmərqənddəki türbələrə çox bənzəyir. Məsələn, Bibi xanım türbəsi, Şah Zində türbələri və s.
İstinadlar
redaktə- ↑ Uzunçarşılı. c. II, s.101.
- ↑ Gabriel.s.81.
- ↑ Yetkin.s.140.
- ↑ Meinecke.s.153.
- ↑ milliyet.com.tr. "Ve 650 yıllık türbe yeni yerine yerleştirildi!". 12 Mayıs 2017. 12 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 July 2017.
- ↑ Gabriel.s.80.
Ədəbiyyat
redaktə- M. Meinecke. Fayence dekorationen Seldschuki scher Sakralbautenın Kleinasien. Tübingen — TEILI, 1976.
- İ. H. Uzunçarşılı. Osmanlı tarixi. II c. Ankara — Atatürk Universiteti, 1988.
- A. Gabriel. Voyages Archeologiqes Dansla Turquie Orientale. Paris, 1940.
- Ş. Yetkin. Anadoluda Türk Çini Sənətinin İnkişafı. İstanbul. 1977.