Zenkerleme - Wikipedia
Zenkerləmə - Haqqında Məlumat
Zenker (alm. Senker - endirən) deşiklərin təmiz emalında tətbiq olunan texnoloji əməliyyatdır. Bu əməliyyat üçün istifadə olunan alətə zenker deyilir. Zenkerlə deşiyin qırağı yonularaq ona konuş forması verilir.
Zenkerlərin aşağıdakı növləri vardır:
- Konus zenkerlər, bunların təpəsində konus formasıda 60° altında yerləşmiş kəsici tili olur. Zenkerin baş hissəsi həmişə gövdəsindən böyük olur. Dişlərinin sayı həmişə 3 və ya 5 olur.
- Yastı zenkerlər, düz tilə malik olub, deşiyin ətrafında düzbucaqlı endirmələrin ayardılması üçün tətbiq olunurlar. Tilin mailliyi 180°-dir. Dişlərinin sayı 2, 3 və ya 4 ola bilər.
- Spiral zenker, spiral burğu şəkilli olub 3 və ya 4 tili olur. Bu alətlə açılmış deşik genişləndirilir.
Zenker alətləri adətən tezkəsən alət poladından, ya da bərk xəlitədən hazırlanır.