Zemfira Ebdulsemedova - Wikipedia
Zemfira Feyzulla qızı Əbdülsəmədova (15 mart 1961, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası.
Zemfira Əbdülsəmədova | |
---|---|
Doğum tarixi | 15 mart 1961 (63 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktrisa, pedaqoq |
Fəaliyyət illəri | 1982-ci ildən |
Təhsili | |
Üzvlüyü | |
IMDb | ID8703254 |
Həyatı
redaktəZemfira Əbdülsəmədova 15 mart 1961-ci ildə Bakı şəhərində anadan olub.[1] Bakı şəhəri 70 və 250 nömrəli orta məktəblərdə təhsil almışdır.[2] 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "teatr və kino aktyorluğu" fakültəsini bitirib. 1982-ci ildə Şəki Dövlət Dram Teatrının truppasına daxil olur. Teatrda ilk rolu rejissor Hüseynağa Atakişiyevin qurluşunda olan Vilyam Şekspirin "Romeo və Cülyetta" əsərində Cülyetta obrazı olub. "Romeo və Cülyetta" tamaşası Rusiyanın Moskva və Tatarıstanın Kazan şəhərlərində Şekspir festivalında böyük uğurla nümayiş etdirilmişdir.[3][4]
1985-ci ildə Z. Əbdülsəmədova Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında işə dəvət olunur. Burada ilk rolu Vaqif İbrahimoğlunun quruluşunda Fikrət Əmirovun "Gözünüz aydın" musiqili komediyasında tibb kapitanı "Gülər" obrazı olmuşdur. Daha sonra teatrda Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan kimi sənətkarlarla tamaşalarda oynayır. 1989-cu ildə Hüseynağa Atakişiyevin dəvəti ilə Gənclər Teatrında işə dəvət olunur və 2006-cı ilə kimi bu teatrda bir-birindən maraqlı obrazlar yaradır.[1][4] Həyat yoldaşı aktyor Ədalət Əbdülsəməd ilə də Gənclər Teatrında işləyərkən tanış olub ailə qurur.[5]
Zemfira Əbdülsəmədova 2015-ci il fevral ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrla yanaşı pedaqoji fəaliyyətlə məşğul olan aktrisa Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənətindən dərs deyir.[6][4]
24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.[7]
Ailəsi
redaktəZ. Əbdülsəmədova aktyor Ədalət Əbdülsəməd ilə evlidir, 2 uşaqları var.
Əsas rolları
redaktə- Cülyetta — "Romeo və Cülyetta" (V. Şekspir)
- Nisə xanım — "Sərgüzəşti-vəziri-xani-Lənkəran" (M.F. Axundov)
- Kamilə — "Toy" (S. Rəhman)
- Nayman ana — "Əsrə bərabər gün" (Ç. Aytmatov)
- Selebin — "Teymur Ləng" (K.Marlo)
- Gülbahar — "Anamın kitabı" (C. Məmmədquluzadə)
Dövlət Gənclər Teatrı
- Leyli və anası — "Leyli və Məcnun" (M. Füzuli)
- Leyla — "Kəndimizin narları" (R. Əlizadə)
- Xeyransa — "Laləli düzən" (R. Əlizadə)
- Zöhrə — "Dadaşbala əməliyyatı" (R. Əlizadə)
- Zərifə — "Arvadımın əri özüməm" (G. Xuqayev)
- Qurbanəli bəyin arvadı — "Qurbanəli bəy" (C. Məmmədquluzadə)
- Ana — "Ələddinin sehrli çırağı" (Ərəb Xalq nağılı)
- Ögey ana — "Göyçək Fatma" (Azərbaycan Xalq nağılı)
- Ober – Qofmeysterina, şəhərli — "Şelkunçik" (E. T. A. Hofman)
- Hacı Kamyabın arvadı — "Xortdanın cəhənnəm məktubları" (Ə. Haqverdiyev)
- Buqa — "Qohumlar" (V. Şurayeva, Ə. Əmirli)
- Ana — "Yarımcıq qalmış" (Y. Abramov, L. Bəyim)
- Qumru — "Ünvansız qatar" (Ə. Əmirli)
- Şirin nənə — "Şirinlər" (P. Culliford)
- Roza nənə — "Oskar və Roza nənə və ya Tanrıya 14 məktub" (E. E. Şmit)
- Qarı — "Qızıl balıq" (A. S. Puşkin)
Mükafatları
redaktə10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9], 7 may 2021-ci ildə[10] və 6 may 2023-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.[6]
2022-ci ildə "4.4 Qısa Tamaşalar Festivalı"nda "İnanıram" tamaşasında ifa etdiyi Ana obrazındakı ifasına görə festivalın "Ən yaxşı aktrisa" nominasiyası üzrə mükafatlandırılıb.
Filmoqrafiya
redaktə- Yuxu (film, 2001)
- Qara "Volqa" (film, 1994)
- 3 bacı (film, 2012–2014) (bədii serial)
- Ağabəyovlar (film, 2012–2014)
- Xoca (film, 2012)
- Pərvanələrin rəqsi (teleserial, 2012)
- Sirr (teleserial, 2012)
- Həyat varsa (teleserial, 2012)
- Qisas (teleserial, 2014)
- Qardaşlar (teleserial, 2015)
- Cehizsiz gəlinlər (teleserial, 2016)
- Pərdə (film, 2016)
- Xənnas (film, 2017)
- Stalinin başı (film, 2017)
- Ögey ana (teleserial, 2017)
- Təhmin və Zaur (film, 2018)
- Yanlış anlama (film, 2018)
- Taxta Ayı (film, 2018)
- Qara yazı (teleserial, 2019)
- Bir qadın (teleserial, 2019)
- Taksi Liza (film, 2019)
- Mən burda tək olmuşam (film, 2020)
- Kəndinə Gəl (film, 2020)
- Asəf (film, 2021)
- Köhnə çamadanlar (film, 2022)
- Tənha (film, 2022)
- Orizuru (qısametrajlı film, 2022)
İstinadlar
redaktə- ↑ 1 2 "Bu gün aktrisa Zemfira Əbdülsəmədovanın doğum günüdür". az.baku-art.com (az.). 15 mart 2022. İstifadə tarixi: 24 iyun 2022.
- ↑ İctimai TV. "Məşhurların ilk dərs günü" (az.). Youtube.com. 15.09.2023. İstifadə tarixi: 2023-09-15.
- ↑ ""Çərçivə qoymuram, amma çərçivələri də aşmıram" – aktrisa Zemfira Əbdülsəmədova ilə MÜSAHİBƏ". 24media.az (az.). 11 avqust 2020. İstifadə tarixi: 24 iyun 2022.[ölü keçid]
- ↑ 1 2 3 ""Bir itkidən ayrılmamış, digəri ilə qarşılaşdım"- Zemfira Əbdülsəmədova". ucnoqta.az (az.). 7 iyun 2020. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2022.
- ↑ "Aktrisa Zemfira Əbdülsəmədova: "Rejissora görə serialdan imtina etmişəm"". kulis.az (az.). 11 avqust 2017. İstifadə tarixi: 24 iyun 2022.
- ↑ 1 2 "Bu gün aktrisa Zemfira Əbdülsəmədova 61 yaşını qeyd edir". bakuplus.az (az.). 15 mart 2022. İstifadə tarixi: 24 iyun 2022.
- ↑ "AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQINA YENİ ÜZVLƏR QƏBUL OLUNUB". aki.az (az.). aki.az. 24 iyul 2023. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2023.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
Xarici keçidlər
redaktə- "Qənirə Paşayeva aktrisa Zemfira Əbdülsəmədova ilə görüşüb". moderator.az (az.). 22 mart 2021. İstifadə tarixi: 24 iyun 2022.
- "Sevilən aktrisanın yubileyidir". sonxeber.net (az.). 15 mart 2021. İstifadə tarixi: 24 iyun 2022.
- ""Köhnə çamadanlar" hər kəsi müharibə illərinə qaytardı". sputnik.az (az.). 13 may 2022. İstifadə tarixi: 24 iyun 2022.
- ""Köhnə çamadanlar" bədii filminin təqdimatı oldu". sosial.gov.az (az.). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. 1 may 2022. İstifadə tarixi: 24 iyun 2022.