Zelandiya Ada - Wikipedia
Zelandiya (dan. Sjælland [ˈɕɛˌlænˀ]) — Baltik dənizinin ən iri, Danimarkanın isə Qrenlandiya və Disko adalarından sonra üçüncü iri adasıdır.
Zeland adası | |
---|---|
dan. Sjælland | |
Ümumi məlumatlar | |
Sahəsi | 7031 km² |
Uzunluğu |
|
Eni | 116 km |
Hündür nöqtəsi | 126 m |
Əhalisi | 2.147.281 nəfər (2009-cu il) |
Yerləşməsi | |
55°30′00″ şm. e. 11°45′55″ ş. u.HGYO | |
Ölkə | Danimarka |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAda Kattegat ilə Baltik dənizi arasında yerləşir. İsveçdən Öresund boğazı, Fyun adasından isə Böyük Belt boğazı ilə ayrılır. Onun sahəsi isə 7031 km² təşkiledir.
Sahilləri alçaq və parçalıdır. Sahillərində çoxlu sayda körfəzlər vardır: Sayere-Buqt, Ays-Ford. Ada əhəng daşı və gil kimi suxurlardan ibarətdir. Ən hündür nöqtəsi 126 metrdir. Şimal-qərb hissəsi dəniz səviyyəsindən aşağı yerləşir.
Adada çoxlu sayda göl vardır. Onlardan ən irisi Arresö gölüdür. Ən uzun çayı Suso 82 km məsafəyə malikdir. Hələ XX əsrin əvvəllərində ada bütünlüklə fıstıq və palıd meşələrlə örtülü olmuşdur, lakin müasir dövürdə onların sahəsi xeyli azalıb. Zelandiyanın şərqində və yanaşı yerləşən Amager adasında Danimarkanın paytaxtı Kopenhagen şəhəri yerləşir.
Kanalları: Dannesşelod, Esrom, Frederiksverk.
Etimalogiyası
redaktəAdanın adı danımark dilindən tərçümədə Sæl (Suiti) və land (torpaq) mənasını verir, çünki əvvəl adanın sahilləri suitilərlə zəngin olmuşdur. Müasir dan. Sjælland — dəniz torpağı (sjo — dəniz mənasını verir). Adanın adının müasir yazılışı Sjæl (qəlb) sözü ilə uyğun gəlir, beləcə Zelandiyanı qəlb torpağı adlandırmaq olar.